Elmlər doktoru

Vikipediya, azad ensiklopediya
(Tibb elmləri doktoru səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Elmlər doktoru (rus. доктор наук) — Keçmişdə Kommunist bloku ölkələrində və hazırda bəzi MDB ölkələrində elmlər namizədi və ya fəlsəfə doktoru elmi dərəcəsindən sonra verilən yüksək elmi dərəcə.

Keçmiş SSRİ-də elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində elmlər namizədi və ya fəlsəfə doktoru dərəcəsi olan və müvafiq səviyyədə dissertasiya müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.[1]

  1. Elmlər doktoru // İsgəndər Səklikov. Pedaqoji terminlər lüğəti. — Bakı: "Azəri" nəşriyyatı, 2021. — səh. 116.