Tikanlı kəvər
Tikanlı kəvər | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Tikanlı kəvər |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Tikanlı kəvər (lat. Capparis spinosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinin kəvər cinsinə aid bitki növü.
Yarımkol bitki olub, 2 m-ə qədər uzunluqda budaqları var. Yarpağı girdə-yumurtavarı, yaxud ellipsvarı olub, saplaqlıdır. Çiçəkləri iri, rəngli ağ olub, tək-tək halda yarpaqların qultuğunda yerləşir. Meyvəsi giləmeyvəyə bənzəyən qutucuqdan ibarətdir. Toxumları kürəvarıdır, tünd-qonur rənglidir, təqribən qaraya çalır. Bitki may-iyul aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Azərbaycanda kəvər Samur-Dəvəçi ovalıqlarında, Abşeronda, Kür-Araz çayları ovalıqlarında, Lənkəran və Naxçıvanın dağ ətəyi sahələrində yayılmışdır. Xüsusən, qeyd edilən rayonların ovalıqlarında, aşağı dağ qurşağında, yarımsəhralıq yerlərdə ehtiyatı daha çoxdur.
Kəvərin çiçəklərinin qönçə dövründə onda 100-150 mq % C vitamini, 0,32 % rutin, 21-28 % azotlu maddələr, 4-5 % piyli maddələr olur. Toxumlarında 25-30 % piyli yağ vardır ki, bu da tərkib etibarilə 12-13 % doymuş yağ turşularından, 22-24 % olein, 33-51 % linol turşularının qliseridlərindən ibarətdir.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Yabanı halda Aralıq dənizi sahillərində, Cənubi Avropada, Qafqazda, Orta asiyada, Pakistanda və Hindistanda yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Çoxillik yarımkol bitkidir. Oduncaqlı əsas gövdədən hər tərəfə sürünən, uzunluğu 2 m-dək olan budaqları çıxır. Çoxsaylı kiçik yarpaqlarıyumru və ya ellipsvari formalı, ucu biz, qısa saplaqda yerləşir, saplaqların bünövrəsində iynə kimi yalançı zoğları vardır. Çiçəkləri tək, iri (diametri 5-8 sm), ağ bəzən sarımtıl və ya çəhrayı çalarlıdır. May-iyunda, bəzən iki dəfə (sentyabr-oktyabrda)çiçəkləyir. Meyvələri uzunsov-oval, ətli, giləmeyvə şəkilli, uzunluğu 2 sm-dək, yaşıl rənglidir. Yetişdikdə içəri tərəfdən çoxsaylı, qonur toxumları, burulan dörd laylarla açılır. Kökü qalın, güclüdür.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Yaxşı drenajlı, günəşli yerdə, pH 6, 3-8, 3 olan quru torpaqlarda bitir. Qışda temperaturu +10 °C-dən aşaği olmayan rayonlarda becərilməsi məsləhətdir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Azərbaycanda tikanlı kəvər ancaq yabanı növü halda yayılmışdır. Böyük və Kiçik Qafqazda, Abşeronda, Şamaxıda, Naxçıvanda, Sumqayıtda, Xızıda və s. rayonlarda bitir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Qabığının həlimi iştaha artıran və mədənin fəaliyyətini yaxşılaşdıran ədviyyat kimi istifadə edilir. Köklərin hər qabığı diş ağrısında çeynənir və irinli yaralarda istifadə olunur. Kaperslərin meyvələrində steroid saponinlər, alkaloidlər, karbohidratlar (32,9%), askorbin turşusu (150 mq %-dək) və yağ (3,75%);küklərin qabığında-staxidrin alkaloidi vardır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 503.