Tirana Universiteti
Tirana Universiteti | |
---|---|
Universiteti i Tiranës | |
41°19′04″ şm. e. 19°49′19″ ş. u.HGYO | |
Əsası qoyulub | 16 sentyabr 1957 |
Tip | ictimai |
Rektor | Prof. Dr. Dori Kule (2008-ci ildən)[1] |
Tələbə sayı | 114.000 |
Müəllim sayı | 900 |
Şəhər | Tirana |
Ölkə | |
Sayt |
unitir.edu.al unitir.edu.al/en/ |
Vikianbarda əlaqəli mediafayllar |
Tirana Universiteti (alb. Universiteti i Tiranës) və ya qısaca TU — Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən dövlət universiteti.
Tarixi
[redaktə | mənbəni redaktə et]1957-ci ildə Tirana Dövlət Universiteti (alb. Universiteti Shtetëror i Tiranës) adı ilə aralarında ən vacibi 1947-ci ildə qurulmuş Elmlər İnstitutu olmaqla 5 institutun birləşməsi nəticəsində qurulmuşdur. 13 aprel 1983–1992-ci il tarixləri arasında universitet Enver Hoksa Tirana Universiteti (alb. Universiteti i Tiranës "Enver Hoxha") adlanmışdır.
Haqqında
[redaktə | mənbəni redaktə et]Tirana Universiteti Albaniyanın ən böyük və ən nüfuzlu universitetidir.[2] Universitet 8 kollecdən, 50 akademik şöbədən, 41 təhsil proqramından ibarətdir. Təhsilin əsas hissəsi Tiranada verilsə də, universitetin Albaniyanın şimalındakı Kukes və cənubundakı Saranda şəhəri də daxil olmaqla bir çox şəhərdə filialı var.
Universitet Bolonya prosesinə uyğun olaraq üçillik bakalavr, 1 və ya 2 illik magistr, 3–5 illik doktaruntura dərəcəsi təklif edir.
Universitetdə 114.000-dən çox tələbə təhsil alır.
Gələcəkdə Tirananın cənub-şərqində yeni korpusun açılması planlaşdırılır.[3] Tirananın cənub-şərqində tələbə şəhərciyi yerləşir.
Tirana Universiteti kolleci 35.000 şagirdi ilə Avropada ən böyük kolleclərdən biri, Balkan yarımadasında isə ən böyük kollecdir.
Fakültələr
[redaktə | mənbəni redaktə et]- Tibb:
- Tibb
- Odontologiya
- Əczacılıq
- Sosial elmlər:
- Təbiət elmləri:
- Tarix-Filologiya:
- Tarix
- Coğrafiya
- Albaniya linqvistikası
- Alban ədəbiyyatı
- Jurnalistika
- Hüquq
- İqtisadi elmlər:
- Biznes informatikası
- Maliyyə
- İqtisadiyyat
- Marketinq-Turizm
- Xarici dillər:
- İngilis dili
- Fransız dili
- İspan dili
- İtalyan dili
- Alman dili
- Türk dili
- Rus dili
- Balkan dilləri
- Çin dili
- Fiziki təhsil
Rektorlar
[redaktə | mənbəni redaktə et]- Zica Kellici (1957-1961)
- Kahreman Yilli (1961-1970)
- Jorqyi Sota (1970-1972)
- Aqim Mero (1972-1974)
- Perikli Prifti (1974-1975)
- Petrit Radoviçka (1975-1981)
- Osman Kraya (1981-1988)
- Nikolo Konomi (1988-1991)
- Etem Likay (1991-1992)
- Halil Sikya (1992-1993)
- Raymond Şarko (1993-1995)
- Nestor Tereska (1995-1997)
- Mareqlen Spiro (1997-2003)
- Şezay Pokaj (2003-2008)
- Dori Kule (2008-h.h.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2013-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.
- ↑ "Arxivlənmiş surət". 2011-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.
- ↑ "Arxivlənmiş surət". 2013-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- unitir.edu.al — Rəsmi saytı (alb.)