Triller (janr)
Triller — ədəbiyyatda, filmlərdə, videooyunlarda və televiziyalarda istifadə olunan janrdır. Narahatlıq, gərginlik və təşviş hissləri bu janrın əsas elementləri hesab olunur. Bu janrın əsas alt janrı (sub janr) isə psixoloji triller janrı hesab olunur.[1] Con Kennedinin qətli hadisəsindən sonra siyasi triller və paranoyya triller janrları özlərinə həddindən artıq populyarlıq qazanmışdırlar. Triller filmlərinin ən yaxşı nümunələrindən bəzilərini triller (gərginlik) elementlərindən ustalıqla istifadə edən Alfred Hiçkok çəkmişdir.[2]
Triller janrı əsasən tamaşaçını film boyu daimi həyəcan içində saxlayaraq onu müəyyən əhval-ruhiyyələrə girməyə sövq edir. Bunlar yüksək səviyyədə gözləmə və ya ümid etmə, qərarsızlıq, narahatlıq, həyəcan, gərginlik və dəhşət kimi hisslərdirlər. Bu janrda qırmızı siyənək (ing. red herring) və Klifhanger (ing. Cliffhanger) kimi ədəbi üsullardan müntəzəm olaraq istifadə olunur. Ən vacib məlumatı tamaşaçılardan gizli saxlamaq, döyüş və təqib səhnələri trillerin bütün alt janrlarında müntəzəm olaraq istifadə olunan üsullardırlar. Bununla belə, hər bir alt kateqoriyanın özünəməxsus olan xüsusiyyətləri və metodları da mövcuddur.[3]
Kriminal triller alt janrında, əsasən, fidyə, girov, silahlı qarət, qisas, adam oğurluğu kimi üsullardan istifadə olunur. Müəmma triller alt janrında isə, əsasən, təhqiqat və detektiv hekayələri kimi elementlərdən istifadə olunur. Psixoloji triller alt janrında isə ağıl oyunları (müxtəlif hiylələrdən, məntiqi üsullardan və s. istifadə etmək), psixoloji mövzular, hiyləgərcəsinə yaxınlaşma, həbs etmə/ölüm tələsi, vəsvəsə və qorxulu şəxs (dəhşətli şəxs, dəhşətsaçan şəxsiyyət və s. adlarla da adlandırılır) kimi üsullardan istifadə olunur. Paranoyya triller alt janrında isə paranoyya və törədilməyən cinayətlərə görə cəzalandırılma kimi elementlərdən istifadə olunur.[4]
Qərb dünyasının ən qədim hekayələrindən biri hesab olunan Homerin Odisseya əsəri triller janrının ilk nümunələrindən biri hesab olunur.[5] Belə ki, bu əsər qəhrəmanın pis insanın (və ya mənfi obraz və yaxud mənfi qəhrəman) hərəkətlərinə mütləq formada qalib gəlməli olduğunu nümayiş etdirən trillerdir.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Genre: Thriller". Illiterarty.com. 19 may 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2010.
- ↑ "Download Full Thriller Genre Movies". Allmoviesearch.com. 1 avqust 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2010.
- ↑ "What's Mystery, Suspense & Thriller Genre?". Olivia.mn.us. 2 aprel 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2010.
- ↑ The readers' advisory guide to genre ... - Google Books. Books.google.com.au. 1 iyun 2001. ISBN 9780838908037. İstifadə tarixi: 27 Haziran 2010.