Uşaqlığın son gecəsi
Uşaqlığın son gecəsi | |
---|---|
rus. Последняя ночь детства | |
Janr |
dram komediya cinayət |
Rejissor | Arif Babayev |
Ssenari müəllifi | Maqsud İbrahimbəyov |
Baş rollarda |
Ənvər Həsənov Səyavuş Şəfiyev Ətayə Əliyeva Törəxanım Zeynalova Ələkbər Seyfi Xosrov Abdullayev Tofiq Mirzəyev Megi Kejeradze |
Operator | Zaur Məhərrəmov |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssam | Elbəy Rzaquliyev |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 16 iyul 1969 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 89 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1968 |
Texniki məlumatlar |
9 hissə 2610 metr 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID1861461 |
Uşaqlığın son gecəsi — kinorejissor Arif Babayevin çəkdiyi bədii film.[1] Arif Babayevin 1969-ci ildə ekranlara çıxan “Uşaqlığın son gecəsi” Maqsud İbrahimbəyovun eyniadlı hekayəsinin əsasında çəkilib deyilir. Əslində isə ssenarinin həmin hekayə ilə əlaqəsi yoxdur. “Uşaqlığın son gecəsi” hekayəsi Pirşağıda yay tətilini keçirən iki yeniyetmədən bəhs edir.[2]
Məzmun
[redaktə | mənbəni redaktə et]Filmdə mərkəzi fiqurlar Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstə ilə toqquşur.[3] Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır.[4] Əhvalat eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs edir. Murad və Rüstəm obrazlarının xarakterindəki əksliklər süjeti daha da dinamikləşdirir, bəzən komik ziddiyyətli situasiyalar yaradır.[5]
Festivallar və mükafatlar
[redaktə | mənbəni redaktə et]- 1) 1969-cu ildə Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında Gənclik üçün ən yaxşı filmə görə Mükafat verilmişdir.
- 2) Bəstəkar Polad Bülbüloğluna ən yaxşı musiqiyə görə Xüsusi Diplom verilmişdir. Həm də film 4 əlavə mükafata layiq görülüb: ən yaxşı ssenariyə görə (Maqsud İbrahimbəyov), ən yaxşı rejissor işinə görə (Arif Babayev), ən yaxşı operator işinə görə (Zaur Məhərrəmov) və kişi rolunun ən yaxşı ifasına görə (Ənvər Həsənov).[6]
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Filmin hazırlıqlarına 1967-ci ildən başlanılır və 1968-ci ildə çəkilişlərə start verilir. Film 6 aya çəkilib. 1969-ci ildə ekranlara çıxmışdır.
- Film aktyor Səməndər Rzayevin kinoda ilk işidir.
- Filmin bəstəkarı, xalq artisti Polad Bülbüloğludur. Final səhnəsindəki "Gəl, ey səhər!" rejissora elə təsir etmişdi ki, bəstəkara "Görərsən, bu mahnı sənin ən məşhur mahnılarından birinə çevriləcək" deyib. Filmdə eyni zamanda The Beatles qrupunun məşhur "In My Life", "Michelle" mahnılarından istifadə edilib.
- Muradla Rüstəmin işə getdiyi kadrlar Böyük Qala küçəsində lentə alınıb və bu zaman filmdə ayaqqabı ustası öz köşkündən çıxaraq Muradı səsləyir. Həmin ayaqqabı ustası Əhməd dayının işlətdiyi köşk, həqiqətən də, pinəçi köşkü idi. Həmin köşk uzun illər İçərişəhərdə fəaliyyətdə olub və ayaqqabı ustası Məmməd kişi həmin köşkdə çalışıb. O, populyar müğənni Elarizin atasıdır.
- Filmin ilk səhnələri İçərişəhərdə Şirvanşahlar sarayının yanındakı məhəllədə aparılıb. Digər ev səhnələri isə Prezident Administrasiyasının arxasındakı məhəllədir. Davudun dama çıxdığı səhnənin həyət çəkilişi Çəmbərəkənddə, dam səhnəsi isə İçərişəhərdə aparılıb. Tikinti səhnəsi indiki Milli Məclisin binası yerləşən yerdir. Daha sonra ət kombinatında, “Yaşıl teatr”da, bulvarda, şəhərin küçələrində, binaların girişlərində çəkilişlər aparılıb. Yeməkxana səhnəsi kinostudiyanın yeməkxanasında nahar vaxtı çəkilib.[7]
- Filmdə məşhur Davud obrazı rejissorun qardaşı Akifin prototipidir. Akif özü də quş saxlayan və baməzə adam olduğu üçün Arif Babayev Davudun timsalında qardaşının surətini filmə gətirib. Məmmədsadıq Nuriyev də Akifi yaxşı tanıdığı üçün obrazı məharətlə yaradıb. Nənə rolunu oynayan Törəxanım Zeynalova Musiqili Komediya Teatrında kostumer vəzifəsində çalışırdı. Elya obrazını yaradan Meqi Kejeradze Gürcüstandan dəvət olunmuşdur.[8] Megi Kejeradze 1960-65-ci illərdə Tbilisi Xarici Dillər İnstitutunda təhsil alıb.[9]
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi: Maqsud İbrahimbəyov
- Quruluşçu rejissor: Arif Babayev
- Quruluşçu operator: Zaur Məhərrəmov
- Quruluşçu rəssam: Elbəy Rzaquliyev
- Bəstəkar: Polad Bülbüloğlu
- Səs operatoru: Kamal Seyidov
- Montaj edən: Tahirə Babayeva
- Rejissor: Fikrət Əliyev
- Operator: Şərif Şərifov
- Mahnıların mətni: Fikrət Qoca
- Redaktorlar: Y.Vəkilov, N.İbrahimova
- Rejissor assistentləri: Murad Məlikov, Akif Rüstəmov
- Operator assistentləri: Vaqif Muradov, Sərdar Vəliyev
- Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
- Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
- Filmin direktoru: Yusif Yusifzadə
- Çalır: SSRİ Nazirlər Soveti Yanında Kinematoqrafiya Komitəsinin Orkestri
- Dirijor: David Ştilman
- İstifadə edilən mahnılar: "In My Life", "Michelle" (Beatles qrupu)
Rollarda
[redaktə | mənbəni redaktə et]- Ənvər Həsənov — Murad[10]
- Səyavuş Şəfiyev — Rüstəm
- Ətayə Əliyeva — Mənsurə
- Törəxanım Zeynalova — nənə
- Ələkbər Seyfi — İsmayıl
- Xosrov Abdullayev — Məcnun
- Tofiq Mirzəyev — Rüfət
- Megi Kejeradze — Elya
- Qorxmaz Atakişiyev — Zaur
- Məmmədsadıq Nuriyev — Davud
- İnsaf Məmmədova — Sevda
- Yusif Vəliyev — böyük iş icraçısı
- Rafiq Tağıyev — sürücü
- Məlik Dadaşov — Nağıyev
- Muxtar Maniyev — Tahir
- Hökümə Qasımova — Davudun arvadı
- V.Şeyman
- Səməndər Rzayev — milis işçisi
- Əbdül Mahmudov — milis işçisi
- N.Atakişiyev
- A.Məmmədov
- Dadaş Kazımov — çəkməçi Əhməd
- Yusif Yulduz — kombinat işçisi
- Nadir Əsgərov — məhəllə sakini
- Rafiq Əzimov — fəhlə
Filmi səsləndirənlər
[redaktə | mənbəni redaktə et]- Rafiq Əzimov — Murad (Ənvər Həsənov) (titrlərdə yoxdur)
- Şahmar Ələkbərov — Rüstəm (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur)
- Süleyman Ələsgərov — İsmayıl (Ələkbər Seyfi) (titrlərdə yoxdur)
- Həsən Əbluc — Rüfət (Tofiq Mirzəyev) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı — Elya (Megi Kejeradze) (titrlərdə yoxdur)
- Səməndər Rzayev — Zaur (Qorxmaz Atakişiyev) (titrlərdə yoxdur)
- Əli Zeynalov — Məcnun (Xosrov Abdullayev) (titrlərdə yoxdur)
- Əzizağa Qasımov — sürücü (Rafiq Tağıyev) (titrlərdə yoxdur)
- Bahadur Əliyev — pəltək işçi (titrlərdə yoxdur)
- Süsən Məcidova — nənə (Törəxanım Zeynalova) (titrlərdə yoxdur)
- Hüseynağa Sadıqov (aktyor) - kombinat işçisi (Yusif Yulduz)(titrlərdə yoxdur)
- Ağaxan Salmanlı - Murada sataşan eynəkli oğlan (titrlərdə yoxdur)
- Tofiq Məmmədov - Murada sataşan oğlan (titrlərdə yoxdur)
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]Filmdə Beatles qrupunun mahnıları istifadə olunmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Abbaslı, T. 54 illik ömürdə — : "Uşaqlığın son gecəsi", "İnsan məskən salır", "Gün keçdi"...: [kinorejissor Arif Babayev haqqında] //Mədəniyyət.- 2015.- 18 sentyabr.- S.13.
- ↑ ""Uşaqlığın son gecəsi" – yarım əsr ekranda". 2022-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-01.
- ↑ ""Uşaqlığın son gecəsi"ndən işıqlı həyata, aydın səhərə çağırış". 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-01.
- ↑ "Gecikmiş mələk və ya "Uşağlığın son gecəsi"". 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-01.
- ↑ "Yarım əsrdir ki, "Uşaqlığın son gecəsi"nə maraqla baxılır". 2022-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-01.
- ↑ ""Uşaqlığın son gecəsi"ni xatırlarkən". 2018-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-01.
- ↑ Kadrarxası -"“Uşaqlığın son gecəsi”
- ↑ “Uşaqlığın son gecəsi”nin “Elya”sı: “Arif Babayev üstümə qışqırdı, ağladım”
- ↑ "Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: "Uşaqlığın son gecəsi"ndən sonra yoxa çıxan Elya". 2022-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-01.
- ↑ Kazımzadə, A. Gəncliyin simvolu: “Uşaqlığın son gecəsi”nin Muradı yeni rollara çəkilmək arzusundadır //Kaspi.- 2015.- 3 iyul.- S.7.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 33; 90; 246; 269.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 141; 143; 158-159; 190.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
- Kulis.az Sevda Sultanova "Polad Bülbüloğlunu məşhurlaşdıran Azərbaycan filmi"