Vüsalə Mahirqızı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vüsalə Mahirqızı
Şəxsi məlumatlar
Doğum tarixi 5 avqust 1979(1979-08-05) (45 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti jurnalist

Təltifləri "Tərəqqi" medalı
"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2010
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vüsalə Mahir qızı Abışova[1] və ya Vüsalə Mahirqızı (5 avqust 1979, Lək, Ucar rayonu) — Azərbaycan jurnalisti, "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist.

1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olmuşdur. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası folklorşünas-mifoloqdur.[2]

Ailəlidir, bir övladı var.[1]

Jurnalist fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlamışdır. İlk iş yeri kimi "Bakı Universiteti" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.[1] 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışmışdır. 2000–2001-ci illərdə "Məkan" qəzetində baş redaktor müavini işləmişdir. 2001–2003-cü illərdə "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərmişdir. 2004-cü ilin noyabr ayında "Azəri-Press" İnformasiya Agentliyini (APA) təsis etmişdir.[2]

Vüsalə Mahirqızı Azərbaycanda ilk onlayn media resurslarının yaradıcılarından biridir. Onun təsisçiliyi ilə 2007-ci ildə Azərbaycanın ilk idman agentliyi olan "APASport" agentliyi yaranmışdır.[3] 2008-ci ildən etibarən "Lent. Az" İnformasiya Agentliyini, 2009-cu ildən isə "Vesti.az İnformasiya Agentliyini, 2010-cu ildən isə rus dilində fəaliyyət göstərən "APA-Ekonomist" jurnalını təsis etmişdir. 2011-ci ildə "kulis.az" ədəbiyyat portalını yaratmışdır. 2012-ci ildə APA TV onlayn televiziyasını yaratmışdır.[2] Beynəlxalq Jurnalistlər Federasiyasının təsis etdiyi beynəlxalq media vəsiqəsinə layiq görülmüşdür.[4]

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vüsalə Mahirqızı bir müddət Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin media üzrə köməkçisi omuşdur. Azərbaycan Xalq Cəbhəsi daxilində Yurd İctimai Birliyi bazasından gələn qrup birgə fəaliyyət göstərməyə başlamışdır. Kütləvi informasiya vasitələrində "yurdçular" olaraq tanınan bu qrup daha sonralar "islahatçılar" olaraq adlandırılmağa başlandı. Əbülfəz Elçibəy 22 iyul 2000-ci ildə Ankarada öldü.[5][6][7] Bundan sonra partiya de-fakto iki qanada parçalanmışdır. 28–29 oktyabr 2000-ci ildə "klassiklər" qanadı qurultay çağırmış və partiyanın II (IV) Qurultayında Mirmahmud Mirəlioğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri seçilmişdir.[8] Əli Kərimli 2001-ci ilədək Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin vəzifələrini icra etmiş, 2001-ci ildə isə partiyanın II (IV) Qurultayını keçirərək partiya sədr seçilmişdir.[9]

Qüdrət Həsənquliyev "islahatçılar" qanadından olsa da 2001-ci ildə hər iki qanadı birləşdirmək üçün fəaliyyətə keçirmişdir. Bu cəhd Azərbaycan Demokrat PartiyasıMüsavat Partiyası tərəfindən "hakimiyyətin planı" olaraq qiymətləndirilmiş və məqsədinin "müxalifəti parçalamaq" olduğu qeyd olunmuşdur. Başlanğıcda bu cəhd "islahatçılar"ın dəstəyini alsa da, daha sonra sədr Əli Kərimli "bu işdə qaranlıq məqamların" olduğunu söyləyərək geri çəkilmişdir. Daha sonra "klassiklər"lə aktiv əlaqələr yaradan Qüdrət Həsənquliyev onları razı sala bilmişdir, lakin Mirmahmud Mirəlioğlu bu cəhdə etiraz etmişdir.[10]

Birləşmənin gerçəkləşməsi üçün qurultay qərarı alındı və bu məqsədlə Birləşdirici Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəzi rayon təşkilarları bu komitəyə qoşulduğunu elan etdi. 19 avqust 2002-ci ildə Şəhriyar adına Mədəniyyət Sarayında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Birləşdiri Qurultayı keçirilmişdir. Qurultayda partiyanın yeni Nizamnamə və Məramnaməsi qəbul edilmişdir. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin həmsədri Qüdrət Həsənquliyev alternativ əsaslarla və gizli səsvermə yolu ilə birləşmiş partiyanın sədri seçilmişdir. Qurultaydan sonra müvafiq sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmuş və birləşmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasını AXCP-nin yeganə hüquqi varisi olaraq tanınmışdır. Daha sonra ABŞ Dövlət Departamentinin və beynəlxalq təşkilatların etirazı ilə partiyanın dövlət qeydiyyatı ləğv olunmuşdur.[11]

Dövlət qeydiyyatı ilə bağlı yaranmış problemin həlli məqsədilə 2004-cü il aprelin 3-də partiyanın təsis konfransı çağırıldı və təsis konfransında Əbülfəz Elçibəyin mənəvi mirası olan, eləcə də partiyanın Məramnaməsində yer alan Bütöv Azərbaycançılıq məfkurəsi partiyanın adında yer aldı. Beləliklə Azərbaycan Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin ideoloji xəttinin davamçısı olan partiya fəaliyyətini Bütöv Azərbaycan Xalq Cəbhəsi adı ilə davam etdirməyə başladı. Qurultayda partiyanın sədri Qüdrət Həsənquliyev seçilmişdir. Vüsalə Mahirqızı isə partiyanın mətbu orqanı olan "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru təyin edilmişdir.[12]

Azərbaycan Jurnalistlərinin III (I) qurultayında Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib. Hal-hazırda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür.[2]

İdeya müəllifi olduğu və rəhbəri olduğu "APA Group"un sponsorluğu ilə dərc olunmuş kitablar:

  • Əsir düşərgəsi[13]
  • Zəfərin izi ilə[14]
  • Kəşfiyyatçının xatirələri[15]
  • 100 ilin əmanəti[16]
  1. 1 2 3 "APA-nın baş direktoru Vüsalə Mahirqızı ilə fotosöhbət". modern.az. 2023-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  2. 1 2 3 4 "Vüsalə Mahirqızı". https://presscouncil.az. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  3. ""APASport" - 14 il!". sport24.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  4. "Azərbaycan mediasında qadınların sayı bəlli olub". modern.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  5. Encyclopædia Britannica, 2015
  6. Libaridian, 2008. səh. 229
  7. ""Elçibəyi zəhərləməmişdilər, onu xərçəng zəhərləmişdi"". BBC News Azərbaycanca (az.). 2018-08-22. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  8. "AXC-nin varisi kimdir?- Elçibəydən sonra qalmaqal yenə başladı". publika.az (az.). 2014-07-15. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  9. demokrat.az. "Azərbaycan siyasətinin Əliləri". demokrat.az (ingilis). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  10. modern.az. "AXCP-yə gəlib-getmiş tanınmışlar - Onlar Əli Kərimlini niyə tərk etdilər? - ARAŞDIRMA". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  11. modern.az. "Qüdrət Həsənquliyevin BAXCP-si necə yarandı?". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  12. aleks. "APA-nın hökumətdən asılılığının səbəbi - Vüsalə Mahirqızının ailə biznesi". MEYDAN.TV (az.). 2024-04-20. 2024-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-16.
  13. "Vüsalə Məmmədova: "Azad olunan torpağın üzərində insanın düşüncəsi dəyişir" – Müsahibə". Kulis.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  14. ""Zəfərin izi ilə" ən çox satılan kitab oldu". Kulis.az. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  15. "Məni bağışlayın…". 4 iyn 2013. 2015-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  16. "Lent.az "100 ilin əmanəti"ni təqdim etdi - Foto". Teleqraf.com. 27 iyn 2018. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  17. 1 2 "Arxivlənmiş surət". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  18. "Jurnalistlərə Ali Media Mükafatı verilib - SİYAHI". modern.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  19. "Lent.az-ın 10 yaşı təntənəli şəkildə qeyd olundu". Yeni Azərbaycan. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  20. ""Cümhuriyyət medalı" ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHI". modern.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  21. ""APA Group"-un rəhbəri və əməkdaşları DSX-nın medalı ilə təltif edilib". ONA. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  22. "Prezident jurnalistləri təltif etdi - Siyahı". sabah.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.