V Qustav

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
V Qustav
isv. Oscar V Gustaf Adolf
V Qustav
V Qustav
8 dekabr 1907 – 29 oktyabr 1950
ƏvvəlkiII Oskar
SonrakıVI Qustav
Şəxsi məlumatlar
Doğum adı Oscar Gustav Adolf Bernadotte
Doğum tarixi
Doğum yeri Drottningholm
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri Drottningholm
Vəfat səbəbi qrip
Təhsili
Fəaliyyəti monarx, əsilzadə
Atası II Oskar
Anası Sofiya Nassau
Həyat yoldaşı Sofiya Mariya Viktoriya
Uşaqları VI Qustav
Vilhelm Bernadot
Erik Qustav Bernadot
Ailəsi Bernadotlar sülaləsi
Dini Lüteranizm
Rütbəsi general

Təltifləri 1062-ci Qızıl Qoyun Yunu Cəngavəri
828-ci Jartiyer Cəngavəri
216-cı Qüllə və Qılınc Cəngavəri
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

V Qustav (16 iyun 1858[1][2][…]29 oktyabr 1950[1][2][…]) — İsveç Kralı II Oskar ilə Norveç Kraliçası Sofiya Nassaunun ən böyük oğludur. 1907-ci ildə taxta çıxmış və 29 oktyabr 1950-ci ildəki vəfatına qədər taxtda qalmışdır.

İsveç idarəetməsinə birbaşa olaraq qarışan son kraldır. 1916-cı ildə müdafiə büdcəsi ilə əlaqədar anlaşmazlıq yaşamışdır. Kral mühafizəkar biri idi, lakin demokratik hərəkatı və fəhlə ödəniş hüquqlarını təsdiq etmişdi. Kral ayrıca son İsveç Baş komandiri olan kraldır (1907–1939). Birinci dünya müharibəsi boyu Almanpərəst bir siyasət yürütmüşdür. Birinci dünya müharibəsindəki siyasətinə Alman əsilli həyat yoldaşı təsir etmişdir.

İkinci dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Kral və nəvəsi şahzadə Adolf, İkinci dünya müharibəsindən əvvəl Nasist liderləri ilə birlikdə görülmüş olmaqlarına baxmayaraq bu böyük ehtimalla yalnız diplomatik məqsədli idi. Tarixçi Jörgen Weilbul'un qeydlərinə görə Macarıstanın insanlıq adına yəhudiləri qorumasını dəstəkləmişdi. Almaniya İsveç torpaqlarında şimali Finlandiya və şimali Norveçdəki ordularına dəstək olacaq hərbi bazalar yaratmaq istəyirdi. Baş nazir Hansson krala təklifi qəbul etməzsə istefa verəcəyini dedi. İsveç Almaniyanın tələblərini qəbul etmədi.

V Qustav 29 oktyabr 1950-ci ildə vəfat etmiş və taxta böyük oğlu Qustav VI Adolf keçmişdir.

  1. 1 2 Collins B. The Bud Collins History of Tennis (ing.): An Authoritative Encyclopedia and Record Book. 2 NYC: New Chapter Press, 2010. P. 585. ISBN 978-0-942257-70-0
  2. 1 2 Gustav V (швед.). 1917.