Valentin Belkeviç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Valentin Belkeviç
belar. Валянці́н Бяльке́віч
Valentin Belkeviç 2011-ci ildə
Valentin Belkeviç 2011-ci ildə
Ümumi məlumatlar
Doğum tarixi 27 yanvar 1973(1973-01-27)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1 avqust 2014(2014-08-01) (41 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Belarus Belarus
Ukrayna Ukrayna
Boyu 1,81 m
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
1990 SSRİ Dinamo Minsk
Klub karyerası[* 1]
1991 SSRİ Dinamo Minsk 2 (0)
1992—1996 Belarus Dinamo Minsk 131 (54)
1996—2007 Ukrayna Dinamo Kiyev 224 (51)
1996—2001 Ukrayna Dinamo Kiyev-2 39 (8)
1997—1999 Ukrayna Dinamo Kiyev-3 3 (1)
2008—2009 Azərbaycan İnter Bakı 5 (0)
Milli yığma[* 2]
1994—1995 Belarus Belarus (U-21) 2 (0)
1992—2005 Belarus Belarus 56 (10)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Valentin Nikolayeviç Belkeviç (belar. Валянці́н Мікала́евіч Бяльке́віч; 27 yanvar 1973[1][2][…], Minsk1 avqust 2014, Kiyev) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet, BelarusUkrayna futbolçusu. Məşqçi. Belarus milli futbol komandasının keçmiş üzvü.

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Belkeviç 27 yanvar 1973-cü ildə Minsk şəhərində anadan olub. Atası tarixçi, anası isə rus dili müəllimi olub.[3]

Minsk "Dinamo"sunun Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. İlk məşqçisi Mixail Stepanoviç Bratçenya olub.[4]

"Dinamo"nun heyətində ilk rəsmi oyununu 4 sentyabr 1991-ci ildə, SSRİ Kubokunun 1/16 final mərhələsi çərçivəsində "Polesye"yə qarşı keçirib.[5] Start heyətdə meydana çıxan Belkeviç, görüşün 50-ci dəqiqəsində komandasının ikinci qolunu vurub.[6] Oyun bərabərliklə başa çatıb — 2:2.[7] 1991–1996-cı illər ərzində "Dinamo"nun heyətində çempionat oyunlarında 133 oyuna çıxıb və 54 qol vurub. Komandası ilə birlikdə 5 dəfə Belarus çempionatının, 2 dəfə isə Belarus Kubokunun qalibi olub.

1996-cı ilin yayında komanda yoldaşı Aleksandr Xaçkeviç ilə birlikdə "Dinamo Kiyev" komandasına transfer olunub. Burada ilk iki mövsüm əsas heyətə düşməkdə çətinkik çəkib. Bu səbəbdən o, əsas komanda ilə paralel əvəzedici komandada da oynamaq məcburiyyətində qalıb.[6] Yalnız Valeri Lobanovskinin baş məşqçi postuna təyin olunmasından sonra vəziyyət dəyişib. Futbolçu onun rəhbətliyi altında müxtəlif mövqelərdə oynamağı bacaran əsl universal futbolçuya dönüşüb.[6]

Hücumçular — ŞevçenkoRebrov cütlüyü ilə əla anlaşma qurmağı bacaran Belkeviç, onlarla birlikdə "Dinamo"nun "zərbə" üçbucağını təşkil edib.[8] 1996–2007-ci illər ərzində Kiyev təmsilçisinin heyətində ümumilikdə 344 oyun keçirib, 69 qol vuran futbolçu, 8 dəfə Ukrayna çempionatının, 7 dəfə isə Ukrayna Kubokunun qalibi olub.[9]

2008-ci ilin iyun ayında azad agent statusunda[10] Bakının "İnter" klubu ilə bir illik müqavilə imzalayıb.[11] Yeni klubunda ilk rəsmi oyununu 29 iyul 2008-ci ildə, Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Serbiyanın "Partizan" klubuna qarşı keçirib.[12]

"İnter"də oynaya-oynaya həm də məşqçilik kursunu oxuyan Belkeviç, 2009-cu ilin yanvar ayında A kateqoriyalı məşqçi lisenziyası alıb. Bu hadisədən sonra klubla mövsümün sonuna kimi olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib və futbolçu karyerasını başa vurub.[13][14][11]

Milli karyerası[redaktə | mənbəni redaktə et]

28 oktyabr 1992-ci ildə Ukrayna milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Belarus milli futbol komandasının heyətində debüt edib.[5] Belkeviç, 1992–2005-ci illər aralığında formasını geyindiyi Belarus milli futbol komandasının heyətində ümumilikdə 56 oyun keçirib, 10 qol vurub və 11 qol ötürməsi verib.[5][15]

Valentin Belkeviç Belarus milli futbol komandasının heyətində ən çox qol vurmuş altıncı futbolçudur.[16]

Məşqçi karyerası[redaktə | mənbəni redaktə et]

2010-cu ilin iyun ayından "Dinamo Kiyev"in gənclər komandasının baş məşqçisinin köməkçisi işləyib.[17] 2013-cü ildə komandanın baş məşqçisi vəzifəsinə təyin olunub. Həmin mövsüm "ağ-göylər", 19 yaşlılar arasında Ukrayna çempionatının qalibi olmağı bacarıblar.

2014-cü ilin yayında "Dinamo Kiyev"in U-21 komandasına baş məşqçi təyin olunub. Lakin klub bu dəfə onun rəhbərliyi altında yaxşı nəticə göstərə bilməyib və mövsümü 6-cı pillədə başa vurub. Bundan sonra, 2014-cü ilin iyulunda Belkeviçi baş məşqçi postunda ispan Visente Qomez əvəz edib.[18]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

"Dinamo Minsk"də oynadığı zaman Olesya adlı xanımla vətəndaş nikahına daxil olub.[19]

23 iyun 2004-cü ildə məşhur ukraynalı müğənni, "VİA Qra" qrupunun solisti Anna Sedokova ilə ailə həyatı qurub. 8 dekabr 2004-cü ildə cütlüyün Alina adlı qızları dünyaya gəlib. Lakin onların evliliyi uzun çəkməyib, heç iki il tamam olmadan cütlük ayrılmaq qərarını verib.[19]

Valentin Belkeviç 1 aprel 2008-ci ildə Ukrayna vətəndaşlığını alıb.[20]

Ölümü[redaktə | mənbəni redaktə et]

Baykovo qəbiristanlığında Valentin Belkeviçin məzarı.

Belkeviç, 2014-cü il avqustun 1-də tromboemboliyadan vəfat edib.[21][22] İki gün sonra Kiyevdəki Baykovo qəbiristanlığında dəfn edilib. Sonralar Minskdəki Şimal qəbiristanlığında futbolçunun kenotaf abidəsi qoyulub.[23]

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Komanda[redaktə | mənbəni redaktə et]

Belarus Dinamo Minsk
Ukrayna Dinamo Kiyev

Şəxsi[redaktə | mənbəni redaktə et]

  • Belarusda ilin futbolçusu: 1995
  • Ukrayna çempionatının ən yaxşı futbolçusu: 2000/01 ("Komanda" qəzetinin versiyasına görə)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Valentin Belkevich // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Valyantsin Byalkevich // FBref.com (çd.).
  3. "БЕЛЬКЕВИЧ Валентин Николаевич". Globalmsk.ru. 2024-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
  4. "Братченя: "За переход в "Динамо" Белькевича и Хацкевича дали 356 рублей"". Terrikon.com. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  5. 1 2 3 "Белькевич Валентин Николаевич Игры". Footballfacts.ru. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  6. 1 2 3 "Виртуоз. Память, которую оставил о себе футбольный художник Валентин Белькевич". TUT.BY. 6 may 2024. 2021-02-26 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)  (rus.)
  7. "«Полесье» Житомир - «Динамо» Минск - 2:2". Footballfacts.ru. 2024-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  8. "«Валентин Белькевич — гений центра поля и дирижёр игры»". 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-27.
  9. "Valentin Belkevich". Transfermarkt.com. İstifadə tarixi: 2024-05-07.
  10. "Белькевич: «Сабо может наговорить такого, что хоть стой хоть падай!»". 8 серпня 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 січня 2011.
  11. 1 2 "«Звезда киевского Динамо. Биография Валентина Белькевича»". 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-27.
  12. "SHAMAKHI VS. PARTIZAN 1 - 1". Soccerway.com. 2020-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
  13. "Valentin Belkeviç "İnter"dən rəsmən ayrıldı". Apasport.az. 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
  14. "Valentin Belkeviç: "Azərbaycanda meydançalar çox bərbad idi"". Qol.az. 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
  15. Прессбол «Год без Валентина Белькевича. Чтобы помнили» Arxivləşdirilib 2018-01-28 at the Wayback Machine
  16. "Belarus - Record International Players". Rsssf.prg. 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
  17. "UA-Футбол. Белькевич вернулся в киевское «Динамо»". 19 may 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2024.
  18. "«ДИНАМО» ОБЪЯВИЛО О ПРИГЛАШЕНИИ ИСПАНСКОГО ТРЕНЕРА ДЛЯ МОЛОДЕЖНОЙ КОМАНДЫ". 14 avqust 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 may 2024.
  19. 1 2 ""Роковой тромб: смерть Валентина Белькевича потрясла болельщиков «Динамо»". 2018-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-27.
  20. "Белькевич: «Сабо может наговорить такого, что хоть стой хоть падай!»". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-05.
  21. Футбол. Умер Валентин Белькевич Arxivləşdirilib 2014-08-11 at the Wayback Machine, pressball.by (1 августа 2014)
  22. Пішов з життя Валентин Белькевич Arxivləşdirilib 2016-10-13 at the Wayback Machine, fcdynamo.kiev.ua (1 августа 2014) (ukr.)
  23. "«Это команда моей родины, гонорары не волнуют». История культового белорусского футболиста, который ушел слишком рано". People.onliner.by. 2024-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-09.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]