70°01′00″ şm. e. 59°33′00″ ş. u.HGYO

Vayqaç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vayqaç adası
rus. Вайгач
Ümumi məlumatlar
Sahəsi 3400 km²
Uzunluğu
  • 100 km
Eni 45 km
Hündür nöqtəsi 157 m
Əhalisi 106 nəfər (2012-ci il)
Yerləşməsi
70°01′00″ şm. e. 59°33′00″ ş. u.HGYO
Ölkələr
  •  Rusiya
  • 078/17/44/N/106/38/14/E
Vilayət
Arxipelaq
Akvatoriya
Vayqaç adası xəritədə
Vayqaç adası
Vayqaç adası
Vayqaç adası xəritədə
Vayqaç adası
Vayqaç adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

VayqaçBarens dənizi ilə Kara dənizi arasında Nenets Muxtar Dairəsi, Arxangelsk vilayəti ərazində yerləşən ada.

Materikdən Yaqorski Şar boğazı, Yeni Torpaq arxipelaqından isə Kara Darvazası boğazı ilə ayrılır. Sahəsi 3,4 min km² təşkil edir. Relyefi dağlıqdır. Ən hündür nöqtəsi 157 metrdir. Gil və qumdan ibarətdir. Adada çoxlu sayda göl və bataqlıq vardır.

Adada Varnek qəsəbəsi yerləşir[1][2].

Ada ərazisi Vayqaç yasaqlığının ərazisinə daxildir[3].

Adının mənası

[redaktə | mənbəni redaktə et]

«Vay Habs» nenes dilindən tərçümədə — «dətşətli ölüm adası» və ya «Ölüm Torpağı»[4] mənasını verir.

Flora və faunası

[redaktə | mənbəni redaktə et]

Ada florasının əsasını mamır və şibyələr təşkil edir. Cənub hissəsində borulu bitkilər əkilir. Cırtdan ağaclara və otlara rast gəlinir. Burada tez-tez tülkü və Şimal maralına rast gəlinir. Ağ ayı isə nadir hallarda görünür. Sahilində böyük həcmdə suiti və Morj koloniyalarına rast gəlinir[5]. Sahil sularında Göy balinaQozbel balinaya rast gəlinir.

Adada çoxlu sayda quş bazarları vardır. Quşların bir qismi Yonayaxa çayı[6] sahilində məskən salırlar.

1921-ci ildə N. A. Kulikin başçılığı ilə adanın cənub-qərbində polimetal filizi aşkarlanmışdır. 1930 ildə geoloji işləri F. İ. Eyhmans davam etdirmişdir. Elmi işlərin bir qismini isə bu vaxt həbsdə olan geoloq və coğrafiya professoru Pavel Vladimiroviç Vittenberq etmişdir.

1934-ci ildə məhbuslır əməyi sayəsində beş şaxta hazırlanmışdır. 1938-ci ildə şaxtaları su basır. Bununla da mədən bağlanılır. Sağ qalan məhbusların bir qismi piyada olaraq Vorkutaya göndərilir. Bir çoxu yolda həlak olur. 1940-ci ildə ikinci ekspedisiya təşkil edilsədə işlər 1941-ci ildə dayandırılmışdır.

1950-ci ildə Bolkan burnunda meteoroloji stansiya fəaliyyətə başlamışdır.

13 sentyabr 2009 ildə stansiyada cilingər həlak olmuşdur. Dekabrda isə stasiyanın istilik təminatında çətinliklər yaranmışdır. Bu səbəbdən əhali evakuasiya edilmişdir[7]. 2010-ci ilin yanvarında stansiya rəhbərliyinə qarşı öz işçisini öldürmək itdihamı ilə çinayət işi qaldırılmışdır[8].

2012-ci ildə stansiya təmir edilmiş və əvvəlki rejimdə fəaliyyətini davam etdirir.

  1. «Kultura» telekanalı. Vilayətdən gələn məktub
  2. [1]
  3. Vayqaç yasaqlığı[ölü keçid]
  4. "Əmək islah düşərgəsi". 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
  5. "Bir qrup alim Barens dənizinin morjlarını araşdırmağa çalışırlar". 2015-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
  6. "Vayqaç adası". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
  7. "Полярники покинули метеостанцию на острове Вайгач из-за аварии с отоплением". РИА Новости. 2012-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-26.
  8. "Начальник полярной станции на мысе Болванский Нос убил подчиненного". Балтийское информационное агентство (БалтИнфо). 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-25.