Vikipediya:Silinməyə namizəd səhifələr/Ortakənd (Tərtər)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • Bu mənbəyəbu mənbəyə görə, düşünürəm ki söhbət Aşağı Orataq kəndindən gedir. Əlavə olaraq, Azərbaycanın əvvəlki inzibati-ərazi bölgüsü təsnifatında Aşağı Oratağ adında kənd təpılmır, amma 1 Ortakənd adında qeyd olunur - Tərtər rayonunun Ortakənd kənd inzibati ərazi dairəsinin mərkəzi, sözügedən kənd inzibati-ərazi dairəsinin tərkibində həmçinin Dəmirli və Çıraqlı kəndləri də göstərilir. Azərbaycanın daha yeni inzibati-ərazi bölgüsü təsnifatında Ortakənd adında kənd və kənd inzibati ərazi dairəsinin adı çəkilmir, amma Aşağı Orataq adında 1 kənd var - Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsinin mərkəzi, sözügedən kənd inzibati-ərazi dairəsinin tərkibində həmçinin Dəmirli və Qasapet kəndləri də göstərilir. Həmçinin nəzərə almaq olar ki, 5 dekabr 2023-cü il tarixli qanunla Ağdərə rayonu yaradılmışdı və bu qanunla Tərtər rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Oratağ, Qasapet və Dəmirli kəndləri Ağdərə rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdi, həmçinin Aşağı Oratağ kənd inzibati ərazi dairəsi Tərtər rayonunun tabeliyindən Ağdərə rayonunun tabeliyinə verilmişdi. Bu qanunu nəzərə alaraq həmçinin Çıraqlı kəndinin də hal hazırda Qasapet adlandırılmasını ehtimal etmək olar. Zohrab javad (müzakirə) 14:28, 21 aprel 2024 (UTC)[cavabla]
@Zohrab javad yazdığınız fikirlərlə tam razıyam bu kəndlər birləşdirilsin. Çıraqlı (Tərtər) kəndi Qasapet kəndinə birləşdirilsin həmçinin Ortakənd (Tərtər) kəndidə birləşdirilsin Aşağı Oratağ kəndinə.  Birləşdirilsin: Vusalsuvarov1996 (müzakirə) 10:42, 22 aprel 2024 (UTC)[cavabla]
@Kamil Cəlal oğlu İbrahimov, @Araz Yaquboglu, @Samral, sizin münasibətiniz necədir? Zohrab javad (müzakirə) 14:23, 25 iyun 2024 (UTC)[cavabla]
Sual Sual: @Zohrab javad, DSK-nın son təsnifatında Çıraqlı yoxdur, amma Qasapet var? samral müzakirə 16:57, 26 iyun 2024 (UTC)[cavabla]
@Samral Əvvəlki təsnifatda Qasapet adı keçmir, Çıraqlı adında 4 kənd göstərilir: Daşkəsən rayonunda, Laçın rayonunda, Şamaxı rayonunda, Tərtər rayonunda. Daha yeni təsnifatda Qasapet kəndi Ağdərə rayonunun tərkibində göstərilir, Çıraqlı adında isə 3 kənd göstərilir: Daşkəsən rayonunda, Laçın rayonunda, Şamaxı rayonunda. Zohrab javad (müzakirə) 08:26, 1 iyul 2024 (UTC)[cavabla]
@Samral Tərtər rayon İH ilə əlaqə saxladım. Təsdiqlədilər ki, Tərtərdə olmuş Ortakənd Ağdərənin Aşağı Oratağıdır və Tərtərdə olmuş Çıraqlı Ağdərənin Qasapetidir. Zohrab javad (müzakirə) 12:27, 5 iyul 2024 (UTC)[cavabla]
@Zohrab javad, o zaman “Ortakənd” məqaləsinin məzmununun yararlı hissələrini —> “Aşağı Oratağ”, “Çıraqlı” məqaləsindən də —> “Qasapet” məqaləsinə köçürüb tarixçələri birləşdirmək və istiqamətlənmə (redirect) vermək lazımdır. samral müzakirə 13:06, 5 iyul 2024 (UTC)[cavabla]
@Samral “Ortakənd (Tərtər)” məqaləsinin məzmununun yararlı hissələrini “Aşağı Oratağ” məqaləsinə köçürüb müəyyən dərəcədə adaptasiya etdim. Xahiş edirəm, yoxlayıb, nəzərə alasınız.
“Çıraqlı (Tərtər)” məqaləsindən —> “Qasapet” məqaləsinə köçürməyə hələ vaxtım olmayıb. Zohrab javad (müzakirə) 14:02, 8 iyul 2024 (UTC)[cavabla]
@Samral “Çıraqlı (Tərtər)” məqaləsinin məzmununun yararlı hissələrini “Qasapet” məqaləsinə köçürüb müəyyən dərəcədə adaptasiya etdim. Xahiş edirəm, yoxlayıb, nəzərə alasınız. Zohrab javad (müzakirə) 09:14, 9 iyul 2024 (UTC)[cavabla]

Yekunlaşdırma: ✅Y Məqalələr birləşdirildi. Nemoralis (müzakirə) 16:23, 10 iyul 2024 (UTC)[cavabla]