Vitali Kliçko

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vitali Kliçko
ukr. Віталій Володимирович Кличко
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 19 iyul 1971(1971-07-19)[1][2][…] (53 yaş)
Doğum yeri
Təhsili
Boyu 2,01 m
Çəkisi 114 kq
İdman növü boks
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vitali Kliçko (19 iyul 1971[1][2][…], Belovodsk[d]) — Ağır çəkidə WBC, WB0, WBA versiyaları (nüfuzlu kateqoriya) üzrə üç dəfə dünya çempionu, Ukrayna parlamentinin deputatı.

Vitali Kliçko 19 iyul 1971-ci ildə Qırğızıstanın Belovodsk vilayətində anadan olub. Vitali Kliçkonun 1996-cı ildə Pereyaslav-Khmelnitski İnstitutu pedaqoji fakültəsinin məzunu olub. Kiyev Universitetində isə 2000-ci ildə doktorant dərəcəsi alıb.

İdmançı karyerasına ilk dəfə 13 yaşında başlayıb. O, idmana ilk addımlarını kikboksinqlə atıb. 6 qat dünya çempionu olan Vitali Kliçko, həmin uğurları iki dəfə həvəskar və 4 dəfə də peşəkar şəkildə təkrarlayıb. Daha sonra özünü boksda sınayan Kliçko çox keçmədən 3 dəfə Ukrayna çempionu olur. Daha sonra ilk dəfə keçirilən "Dünya Ordu Oyunları" turnirində çempion kürsüsünə sahib çıxır. Ardından dünya boks çempionatının gümüş medalı ilə kifayətlənməli oldu. Həmin ili qızıl medalı həvəskar boksun ən güclü adlarından olan Aleksey Lezin qazanmışdı. Peşəkar boksa başlayır 1996-cı ildə peşəkar boksa başlayan Kliçko arxasında həvəskar şəkildə qazandığı 195 qələbə, 15 qələbə, 80 nakaut buraxmışdı. Peşəkar halda keçirdiyi ilk 24 qarşılaşmanın hamısını matçın ilk dəqiqələrində nokaut və texniki nokaoutla qazanıb. Bu qələbələrin ardından özü kimi boksçu olan kiçik qardaşı ilə birlikdə Almaniyaya gəlir və burada Hamburq boks klubu ilə müqavilə imzalayırlar. Getdikcə məşhurlaşan qardaşlar ölkənin gəlir mənbəyi olmağa başlayır. Belə ki, keçirdikləri hər döyüşdən yüksək məbləğlər qazanmağa başlayırlar. Peşəkar boks karyerası boyunca idmançı 47 görüş keçirir. Bunun da 45-ni qələbə 2-ni isə məğlubiyyətlə tamamlayır. Peşəkar boksçu bu qələbələrdən 41-ni nokautla tamamlayıb. WB0, WBC və WBA kəmərlərinin sahibidir. 9 noyabr 2005-ci il tarixində V. Kliçko rinqdən getdiyini açıqlayır. Onun idmandan getməsi boks camiə sının narazılığına səbəb olmuşdu. Lakin onun aldığı zədələr yenidən vurşmasına mane olurdu. Siyasətə qoşulamağa çalışır. Boksu tərk etdikdən sonra siyasətə yer almağa çalışan Kliçko UDAR Partiyası ilə girdiyi seçkilərdə ziyana uğrayır.

Vitali Kliçko 4,5il sonra yenidən rinqə qayıdır. Onun qayıdışdan sonrakı ilk döyüşü Cemil Makkline ilə olmalı idi. Lakin rəqibinin zədəli olması səbəbindən bu döyüş ləğv edilir. Buna baxmayaraq o yenidən vetrilən döyüşmək şansını dəyərləndirir və Samuel Peterin qarşısına çıxır. 9-cu raunda az qala rəqibini nokauta uğradan Kliçko bununla da karyerasında 3-cü dünya çempionluğunu qazanır. Vitali Kliçko fərqli tərzdə özünü siyasətdə yenidən sınayır. Belə ki, o Ukraynada keçirilən parlament seçkilərində UDAR partiyasının başçısı kimi millət vəkili seçilir. Ukrayna Demokratik Alliyans və Reformalar partiyasının abreviyatürası UDAR, Ukrayna dilində "zərbə" anlamına gəlir.

Vitali Kliçko 1996-cı ildə foto-model Natalya Yeqorova ilə ailə qurub. Onun bu evlilikdən 3 övladı Yeqor Daniel, Elizabet Viktoriya və Maks adlı övladları dünyaya gəlib. Yaratdığı Kliçko Fondu vasitəsilə xeyriyyəçilik kampaniyalarının keçirilməsində də qardaşı ilə birlikdə aktiv şəkildə çalışır. Həmçinin o uşaqlar üçün "Fight for Peace Academy"(Sülh üçün Döyüş Akademiyası) da açıb. Belə ki, o bütün çıxışlarında uşaqları, gəncləri sağlam həyat, müharibədən uzaq həyat üçün səsləyir.

  1. 1 2 Collins N. Vitali and Wladimir Klitschko // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Vitali Klitschko // filmportal.de. 2005.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]