Xəbər (qrammatika)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Xəbər — haqqında danışılanın hərəkət və ya əlamətini bildirən cümlənin baş üzvüdür. Əsasən, sonda gəlir.

Xəbər "nə edir?" (felin bütün şəkil və zamanlarında), "kimdir?", "necədir?" ,"haradadır?" və s. suallarından birinə cavab verir.

Feilin təsriflənən formaları (əmr, xəbər, arzu, lazım, vacib, şərt) və frazeoloji birləşmələrlə ifadə olunur. Məsələn:

  1. Əmr şəkli ilə — Sevdiyim kitabı götürmə!
  2. Xəbər şəkli ilə — Müəllim dayanmadan yazırdı.
  3. Arzu şəkli ilə — Kaş o bu gün gələ idi.
  4. Lazım şəkli ilə — Dayım sabah gələsidir.
  5. Vacib şəkli ilə — Şəhidlərimizin xatirələrini unutmamalıyıq!
  6. Şərt şəkli ilə — Axşama bizə gəlməsən, inciyərəm.
  7. Frazeoloji birləşmə ilə- Mən ona qulaq asmadım.

Adlarla (isim, sifət, say, əvəzlik, zərf, məsdər, feili sifət) və ismi birləşmələrlə yaranır. Məsələn:

  1. İsimlə- Biz uşağıq.
  2. Sifətlə- Mənim Vətənim gözəldir.
  3. Sayla- Məndə ədəbiyyata maraq çoxdur.
  4. Əvəzliklə- Qardaşım sizdədirmi?
  5. Zərflə- Onlar irəlidədirlər.
  6. Məsdərlə- Mənim arzum tələbə olmaqdır.
  7. Feili sifətlə- Gördüklərinizin hamısı tədbirdə iştirak edənlərdir.
  8. İsmi birləşmə ilə- Xurşidbanu el qızıdır.

Feili xəbər hərəkət, ismi xəbər hökm bildirir. Suala cavab vermədən ismi xəbər olaraq götürülən sözlər, məsələn: var, yox, mümkün, deyil və s. predikativlər adlanır