Xuan Nepomuseno Mendes
Xuan Nepomuseno Mendes | |
---|---|
isp. Juan Nepomuceno Méndez Sánchez | |
Şəxsi məlumatlar | |
Doğum adı | Juan Nepomuceno Méndez Sánchez |
Doğum tarixi | 2 iyul 1820[1] |
Doğum yeri | |
Vəfat tarixi | 29 noyabr 1894[1] (74 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Rütbəsi | briqada generalı |
Xuan Nepomuseno Mendes (isp. Juan Nepomuceno Méndez Sánchez; 2 iyul 1820[1], Puebla ştatı[d] – 29 noyabr 1894[1], Mexiko) — Meksika hərbi və dövlət xadimi. O, 6 dekabr 1876-cı ildən 17 fevral 1877-ci ilə qədər Meksika Prezidenti olmuşdur.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Xuan Nepomuseno Mendes 1847-ci ildə ABŞ ilə müharibədə baş tutan döyüşlərdə iştirak etmişdir. 1854-cü ildə Ayutla planının lehinə çıxış etmişdir. İqnasio Saraqosa ilə birlikdə 5 may 1862-ci ildə Puebla döyüşündə işğalçı Fransa qüvvələrini məğlub etmişdir. O, 1876-cı ildə Tustepek planını həyata keçirmişdir. Bu zaman Mexiko şəhərini işğal edən Porfirio Dias hüquqi formaları saxlamaq istəmiş və Mendesi müvəqqəti prezident olaraq təyin etmişdir. Öz növbəsində, yeni dövlət başçısı general Diası əməliyyatlar ordusunun rəhbəri təyin etmişdir. Ona prezidentliyə iddialı olan Sebastyan Lerdo de Texada və Xose Mariya İqlesiasın son qüvvələrini məğlub etmək tapşırığını etmişdir. Porfirio Dias 1877-ci ilin əvvəlində rəqiblərini hərbi yolla özünə tabe olmağa məcbur etmiş və Mendes hakimiyyəti Diasa təhvil vermişdir. Daha sonra o, iki dəfə (1880 və 1885) Puebla qubernatoru və Ali Hərbi Məhkəmənin sədri olmuşdur.[3][4][5][6][7][8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Juan N. Méndez // SNAC (ing.). 2010.
- ↑ Vázquez Gómez, Juana. Dictionary of Mexican rulers, 1325–1997. Greenwood Publishing Group. October 1997. səh. 102. ISBN 978-0-313-30049-3. İstifadə tarixi: April 18, 2010.
- ↑ Biblioteca Digital UANL, Nuevo León, México, 1933 (isp.)
- ↑ Instituto Nacional de Estudios Históricos de México, San Ángel, México, D.F (INEHRM) (isp.)
- ↑ Gobernates de México, Panorama Editorial, 1985 (isp.)
- ↑ Gobernates de México, Editorial Universo, México, 1988 (isp.)
- ↑ Diccionario Porrúa de Historia, Biografía y Geografía de México, Porrúa, México, 1971 (isp.)
- ↑ Resumen Histórico de los Gobernanes de México, Escorpio, S.A. de C.V., México, 1989 (isp.)
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- García Puron, Manuel, México y sus gobernantes, v. 2. Mexico City: Joaquín Porrúa, 1984.
- Orozco Linares, Fernando, Gobernantes de México. Mexico City: Panorama Editorial, 1985, ISBN 968-38-0260-5.