Xulio Libonatti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xulio Libonatti
Ümumi məlumatlar
Doğum tarixi 5 iyul 1901(1901-07-05)[1][2]
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 1981(1981-10-09) (80 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xulio Libonatti (isp. Julio Libonatti; 5 iyul 1901[1][2], Rosario, Sante Fe əyaləti[d]9 oktyabr 1981, Rosario, Argentina) — İtaliya millisində oynamış argentinalı futbolçu. Mövqeyi hücumçu olub.

Xulio Libonatti iyulun 5-i 1901-ci ildə Rosarioda İtaliyalı immiqrantların ailəsində anadan olmuşdur.

Libonatti karyerasına1917-ci ildə, Nicasio Vila Kubokunda debüt etdiyi "Nyuls Old Boys" komandasında başlayır. Libellatti burada ümumilikdə 141 oyunda iştirak etmiş və 78 qol vuraraq üç dəfə Nicasio Vila Kubokunun sahibi olmuşdur.

Libonatti, 1919-cu ildə Argentina yığmasında debüt edir. Argetnina millisində 15 oyun keçirdərək 8 qol vurur.

1925-ci ilin yayında, onun İtalyan mənşəli istifadə edərək (Julio valideynləri Genuyadan idi), ikili vətəndaşlığın verdiyi icazə ilə "Torino" klubuna keçir. Bu transferdən sonra Xulio Avropada çıxış edən ilk argentinalı futbolçu olur. Orada, Adolfo Balonçeri və Cino Rozzetti ilə birlikdə Libonatti, "Torino"nun İtaliyada iki çempionluq titulunu qazanmasına səbəb olan məşhur "möcüzə üçlüyü" təşkil edir. Bu üçlük təkcə 1928/29 çempionatında 33 oyunda 117 qol vurur. Libonatti "Torino" formasında 241 oyun keçirib və 157 qol vurub.

1926-cı ildə Libonatti İtaliya millisində debut edir. İtaliya millisinin heyətində ümumilikdə 17 matç keçirdib və 15 qol vurur İtaliya Millisi ilə 1930-cu ildə Mərkəzi Avropa kubokunu qazandı və 6 qolla turnirin bombardiri oldu.

1934-cü ildə Libonatti "Cenoa" klubuna keçir. Daha sonra isə karyerasını bitirdiyi "Rimini" klubuna transfer olur və 1938-ci ildə burada karyerasını bitirir.

  1. 1 2 Julio Libonatti † // Transfermarkt (çd.). 2000.
  2. 1 2 JULIO LIBONATTI // Argentine Soccer Database (isp.).