Xyetil Andre Omodt

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xyetil Andre Omodt
Şəxsi məlumatlar
Ləqəbi Babyshark[3]
Vətəndaşlığı
Doğum tarixi 2 sentyabr 1971(1971-09-02)[1][2][…] (53 yaş)
Doğum yeri
Boyu 176 sm[3]
Çəkisi 85 kq[3]
İdman növü Dağ-xizək idmanı[3]
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xyetil Andre Omodt[4] (norv. Kjetil André Aamodt; 2 sentyabr 1971[1][2][…], Oslo, Norveç[3]) — Norveç dağ-xizəkçisi, 4 qat Olimpiya çempionu. O, xizəkçilər arasında 8 olimpiya medalının və 12 dünya çempionatının yeganə qalibidir. 2006-cı ildə Norveçdə İlin İdmançısı olmuşdur. O, BMT Uşaq Fondunun səfiridir.

Xyetil Andre Omodt beş Qış Olimpiya Oyunlarında iştirak etmişdir. O, 4 qat olimpiya çempionu olmuş, həmçinin 8 Olimpiya mükafatı qazanmış ilk və yeganə xizəkçidir.

Xyetil Andre Omodt Osloda anadan olmuşdur. Atası Finn Daq Norveçdə məşhur xizək təlimatçısıdır və onun rəhbərliyi altında Xyetil Andre yeddi yaşında yaxşı xizək sürməyi öyrənmişdir. O, uşaqlıqda isveçli xizəkçi İngemar Stenmarkın pərəstişkarı olmuşdur. Dağda xizək sürməklə yanaşı, Omodt uşaqlıqda bir çox idman növləri ilə məşğul olmuşdur. O, qolf, futbol və buz xokkeyi oynamağa davam edir. Omodtun uşaqlıq dostu başqa bir məşhur norveçli xizəkçi, 10 il otaq yoldaşı olduqları, eyni xizək məktəbinə getdikləri və dəfələrlə yüksək səviyyədə yarışdıqları Lasse Küsdür.[5]

Omodt 1999-cu il Dünya çempionatındakı uğursuzluğuna görə kombinasiyada qalib gələrək və enişdə bürünc medal qazanaraq özünü sübut etmişdir. O, 2001-ci ildə yenidən kombinasiya üzrə dünya çempionu və nəhəng slalomda gümüş mükafatçı olmuşdur. 2002-ci ildə Solt-Leyk Sitidə keçirilən Olimpiya Oyunlarında Omodt supergigant və birləşmiş yarışlarda iki qızıl medal qazanaraq Olimpiya medallarının sayını yeddi rekorda çatdırmışdır. 2003-cü ildə 12-ci Dünya Çempionatında medal qazanaraq daha bir rekorda imza atmışdır.[5] Omodtun son rekordu 2006-cı il Olimpiadasında olmuşdur. O, burada supergigant yarışında qızıl medal qazanmışdır.[6]

2007-ci ilin yanvarında Omodt idman karyerasına son qoyduğunu elan etmişdir.[7]

  1. 1 2 Kjetil Andre Aamodt // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
  2. 1 2 Kjetil-André Aamodt // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 5 6 7 8 Olympedia (ing.). 2006.
  4. Омодт // Океанариум — Оясио. — М. : Большая российская энциклопедия, 2014. — С. 175. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 24). — ISBN 978-5-85270-361-3.
  5. 1 2 Kjetil Andre Aamodt // Notable Sports Figures. 1. Farmington Hills, MI: Gale Research. Dana R. Barnes. 2004. 1–3. ISBN 0-7876-6628-9.
  6. "Aamodt defends Games super-G gold" (ingilis). BBC. 2006-02-18. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-15.
  7. "Самый титулованный горнолыжник завершил карьеру". Подробности. 2007-01-10. 2013-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]