Yassıada
Yassıada | |
---|---|
türk. Demokrasi ve Özgürlükler Adası (Yassıada) | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,052 km2 km² |
Uzunluğu |
|
Eni | 185 m |
Sahil uzunluğu | 740 m |
Əhalisi |
|
Yerləşməsi | |
40°51′54″ şm. e. 28°59′37″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Region | |
Vilayət | |
Arxipelaq | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yassıada, Demokratiya və Azadlıqlar adası və ya Plati adası (yun. Πλάτη Pláti) — Mərmərə dənizində, İstanbula yaxın kiçik bir adadır. Eni 185 metr, uzunluğu 740 metr, səthi 18,3 hektar olan adanın relyefi düzdür, çimərlikləri dənizə perpendikulyardır. Sivriadaya 1,66 km, Burqazadaya 4,94 km və Kadıköy sahillərindən Fənərbaxça adasına 11,6 km məsafədədir. Yassıada 27 may çevrilişi zamanı burada keçirilən və Demokrat Partiyası (DP) üzvlərinin mühakimə olunduğu məhkəmələri ilə də tanınır. Çevrilişin izlərini silmək üçün adanın adı 2013-cü ildə Qədir Topbaşın dövründə İstanbul Böyükşəhər Bələdiyyəsi Məclisinin qərarı ilə Demokratiya və Azadlıqlar adası olaraq dəyişdirildi.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Şərqi Roma imperiyası dövrü
[redaktə | mənbəni redaktə et]Şərqi Roma imperiyası dövründə imperator Feofil (829-842) IV əsrdən sürgün yeri kimi istifadə edilən Platidə Plateya monastırını tikdirmişdi. 860-cı ildə bu adada sürgündə olan patriarx İqnati adanın ortasında kilsə tikdirmişdi. Sonralar bu kilsənin zirzəmilərindən zindan kimi istifadə olunub. Ada XII əsrdə latınlar, XV əsrdə isə ruslar tərəfindən işğal olunub.
Osmanlı imperiyası dövrü
[redaktə | mənbəni redaktə et]İstanbulun fəthindən sonra uzun müddət adaya maraq göstərilmədi. 1859-cu ildə adanı satın alan İngiltərənin İstanbuldakı səfiri ser Henri Balver sahildə qalaya bənzər bina və adanın ortasında maraqlı memarlıq üslubunda qala böyüklüyündə malikanə tikdirdi.
Balver 1837-ci ildə İngiltərənin İstanbuldakı səfirliyinin məmuru olarkən mühüm ticarət müqaviləsi imzaladı. Sankt-Peterburq, Madrid, Vaşinqton və Florensiyadan sonra 1858-ci ilin mayında o, yenidən İstanbula səfir göndərilir. 1865-ci ilin avqust ayına qədər İstanbulda səfir qaldığı müddətdə o, dörd tərəfi qayalıq, kimsəsiz Yassıadanı Sultan Əbdülməcidin icazəsi ilə satın alır.
Dəbdəbəli əşyaları adaya daşıtdıran ser Henri biri qərb tərəfdə, digəri mərkəzdə kiçik qala şəklində iki bina, konservatoriya tikdirmiş, üzüm ağacları əkdirərək bağ saldırmışdı. Yaz-yay aylarının sonunda qəfil problem yaşayan Britaniya səfiri Londondakı Times qəzetinə elan verərək adanı satışa çıxarır. Osmanlı hökuməti tərəfindən xoş qarşılanmayan bu elandan, ser Henri uzun danışıqlardan sonra bu qərarından vaz keçir.
Diqqətə dəyər bir hadisəyə əsasən, adada tikinti zamanı sarkofaqdan çox qiymətli daş-qaşlar tapıldığı üçün Osmanlı hökuməti Balverdən adanı bir türkə satmağını xahiş edir. Bu dəfə torpaq, üzüm bağları və tikililər Misir xidivliyinin xidivi Kavalalı İsmayıl Paşanın diqqətini çəkir və o, adanı satın alır. Amma tezliklə o, şəhərdən uzaqda olan Yassıadadan sıxılır və adanı tərk edir.
Türkiyə Cümhuriyyəti dövrü
[redaktə | mənbəni redaktə et]Yassıada 1947-ci ildə Türkiyə Dəniz Qüvvələri tərəfindən satın alındı, 1949-cu ildə burada tikintiyə başlandı və 1952-ci ildə isə təhsil xidmətinə açıldı. Komandanlıq şimal estakadasının yanında Balverin qala tipli dairəvi malikanəsini qoruyub saxladı. Zabit və sıravi əsgərlər üçün hündürmərtəbəli yaşayış evləri, idman meydançası, obyektlər, buz anbarı, yeməkxana, silah anbarı kimi bir çox yeni binalar tikdirdi. 27 may çevrilişindən (1960) sonra Demokrat Partiyasının üzvləri burada yaradılmış məhkəmələrdə mühakimə olunmuşdu. Məhkəmənin sonunda edam cəzasına məhkum edilən 15 şübhəlidən Adnan Menderes, Həsən Polatkan və Fatin Rüştü Zorlunun hökmləri İmralı adasında icra edilib.[2] İşə baxan hakim və prokurorlar qaldıqları "Heybəliada Panorama" otelindən bura gəmi ilə gətirilirdilər. Yassıada məhkəmələri başa çatdıqdan sonra ada yenidən Hərbi Dəniz Qüvvələrinin ixtiyarına verilmiş və orada təlim fəaliyyətləri 1978-ci ilə qədər davam etmişdir.
Dəniz Qüvvələri adanı boşaltdıqdan sonra ada yenidən boş qaldı. 1993-cü ildə İstanbul Universitetinin Balıqçılıq fakültəsi buraya köçürüldü. Şəhər bərələri gündə iki dəfə professor və tələbələri adaya gətirsə də, fakültə 1995-ci ilə qədər burada qaldı, çünki məsafənin uzaqlığı lazımi ehtiyacları ödəməyi çətinləşdirdi.
2013-cü ildə adanın adı Demokratiya və Azadlıq adası olaraq dəyişdirildi.[3] 2015-2018-ci illər arasında adada 176 nəfərlik otel və 600 nəfərlik Adnan Menderes Konqres Mərkəzi tikildi. Həmçinin Yassıada məhkəmələrinin keçirildiyi idman zalı bərpa edilərək 27 may Muzeyinə çevrildi.[4] Dörd il davam edən tikinti işləri adadakı tarixi abidələr və yaşıllığa ziyan verdiyi üçün tənqid edildi.[5]
Mərmərə dənizinin yeganə balıq ferması burada yerləşir. 1-4 kiloqramlıq Al-əlvan qızılxallı (lat. Oncorhynchus mykiss) yetişdirilir.
İstanbula yaxın və dəniz nəqliyyatından uzaq olduğu üçün həftə sonları şəhərdəki dalğıc klubları üçün məşq sahəsi kimi də istifadə olunur.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Yassıada
-
Tərk edilmiş binalar
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arşivlenmiş kopya". 10 Kasım 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 Kasım 2013.
- ↑ "Arşivlenmiş kopya". 15 Mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Mart 2008.
- ↑ Gülersöyler, Sibel. "Yassıada'da inşa edilen lüks otel açıldı". Sözcü. 17 Ağustos 2021. 17 Ağustos 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 Temmuz 2022.
- ↑ "Betonada'ya dönüştürülen Yassıada 27 Mayıs'ın yıl dönümünde açılıyor". Yeşil Gazete. 27 Mayıs 2020. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 Temmuz 2022.
- ↑ "Oğuz Haksever haklı... İşte Yassıada'nın canına böyle okundu". Odatv. 27 Mayıs 2019. 15 Nisan 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 Temmuz 2022.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Uzaydan Yassıada Arxivləşdirilib 2010-08-10 at the Wayback Machine