Yelkən idmanı
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Yelkən idmanı | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Yelkənli qayıq e.ə. 2400-cü illərdə Misirlilər tərəfindən ecad edilmişdir. İlk yelkənin ləvazimatı papirusdur. Misirlilərin arxasından, Polineziyalılar kanoelərində külək texnologiyasını işlətmişdirlər. Yelkənli qayıqlar daha sonra romalılar, yunanlar, çinlilər, ispanlar, portuqallar, [fransızlar və ingilislər tərəfindən mənimsənmişdir. İlk yaxt yarışları 1660 ilində İngiltərə'də təşkil edilmiş, yarış o zaman York Dükü və 2. Charlesin sahib olduqları yelkənli qayıqlar arasında keçmişdir. 1749-cu ildə Uels şahzadəsi tərəfindən ilk yelkən trofisi təşkil edilmişdir. İlk dəfə 1851-ci ildə olan Hundred Guineas Kuboku yarışlarını ABŞ komandası birinciliklə başa çatdırmışdır. Bu kubokun adı daha sonra America's Cup (Amerika Kuboku) olaraq dəyişdirilmişdir. XX əsrdə məşhur araşdırmaçılar (məsələn Slocum, Chichester, Moitessier və Tabarly) yelkən idmanının populyarlığını artırdılar. Bu gün yelkən həm hobbi həm də idman olaraq çox insan tərəfindən mənimsənməktədir. Yelkən idmanı 1896-cı ildə Olimpiadadakı yerini almışdır. Yelkən yarışları və beynəlxalq müsabiqələr Beynəlxalq Yelkən Federasiyası tərəfindən təşkil edilməktədir.