Yeməzli (Qafan)
kənd | |
Yeməzli | |
---|---|
39°14′47″ şm. e. 46°25′54″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Zəngəzur mahalı]] |
Rayon | [[Qafan rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | təq. 957 m |
Saat qurşağı | UTC+4 |
Yeməzli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 10 km şərqdə, Xalac çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[2].
Kəndin adı 1907-ci ildə erməni dilində çap edilmiş «Qafqazda erməni-türk vuruşması» əsərində Yemazlu formasında qeyd edilmişdir[3].
Toponim yeməzli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Qarabağda yaşayan tayfalardan biri elə ətyeməzli adlanırdı[4].
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 27 nəfər, 1873-cü ildə 278 nəfər, 1886-cı ildə 244 nəfər, 1897-ci ildə 110 nəfər, 1904-cü ildə 130 nəfər, 1914-cü ildə 89 nəfər azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 45 nəfər, 1926-cı ildə 46 nəfər, 1931-ci ildə 54 nəfər azərbaycanlı yaşamışdır[5].
1930-cu illərin sonunda kənd ləğv edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.92
- ↑ Qafqazda erməni-türk vuruşması (1905-1906), İrəvan, «Sparan Ayvazeansyev Nazareans», 1907. s.306
- ↑ Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (Ön söz, tərcümə, qeyd və şərhlərin müəllifi H.Məmmədov (Qaramanlı), Bakı, «Şuşa», 2000. s.468
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.60-61, 136-137