Zaqavalar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zaqavalar
Çadın prezidenti olmuş İdris Debi zaqava etnik tayfasındandır.
Ümumi sayı
400 000
Yaşadığı ərazilər
Çad Çad 271 000 [1]
Sudan Sudan 145 000 [2]
Liviya Liviya 10 000 [3]
Dili

Zaqava dili

Dini

İslam (sünni)

Qohum xalqlar

Tubu xalqları, Bideyat xalqları[4]

Zaqavalar (həmçinin kebadi, merida kimi tanınır, özlərini isə beri adlandırılar)[5]SudanınÇadın ərazisində, (toplam olaraq təxminən 40 min insan) Xovar çayı hövzəsində məskən salan xalqdır.[6]

Tubular isə zaqavalara qohum olan və Niger, ÇadLiviyada yaşayan xalqlardır.

Kanem dövlətin banisi zaqavalar hesab olunur.

İlk dəfə zaqavalar haqqında məlumat IX əsrdə Yaqubinin ərəb mənbələrində xatırlanır. Onlar haqqında deyilir ki, zaqavalar Kanem və bir neçə başqa dövlətin sakinləri olmuşlar. Çad gölündən Nubiyaya qədər olan ərazilərdə məskunlaşmışdılar. Zaqavalar Yaqubinin sözlərinə görə, həmçinin Şimali Afrikaya qul kimi satılırdı.[7][8]

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Zaqavalar Çadda üstünlük təşkil edən etnik qruplardan biri hesab olunur. Belə ki, zaqavaların nümayəndələrindən bəziləri hal-hazırda böyük siyasətçilər hesab olunur. Onlardan biri olan İdris Debi hal-hazırda Çadın prezidentidir.[9] Sudanda yaşayan zaqavalar Darfur münaqişəsinin iştirakçıları olmuşdur.[10]

Zaqava dili (beri, beri-aa, zorxau, zeqau, merida, kebadi) — Nil-Saxara dilləri ailəsinin Saxara dilləri qrupuna daxil olan dildir.[11] Bir neçə dialektlərə malikdir. Misal olaarq berti və bideyat dillərini misal göstərmək olar. Həmçinin ərəb dilindən də istifadə olunur.[12]

VII əsrin Afrika xəritəsində zaqavalar

Kanema-Bor dövlətində İslam dövlət dini hesab olunurdu.[13] Ancaq bu gün yalnız zaqavalar yaşayan ərazilərdə sünni müsəlmanlar geniş yayılıb (əksəriyyət ənənəvi inamların tərəfdarıdır). Totemizmə, əcdadların və təbiətin güclərinə inananlar üstünlük təşkil edor. Onların rəqs, musiqi və nəğmə yaradıcılığı, əfsanələri və mifləri, nağılları və atalar sözləri hal-hazırda bu etnik qrupda istifadə edilir.[14]

XX əsrin ortalarında Qərbi Afrikada Ticaniya təriqətinin missioner fəaliyyəti nəticəsində böyük miqdarda zaqavalı İslam dinini qəbul etdi.[15]

Sosial vəziyyət

[redaktə | mənbəni redaktə et]

Köçərilərdə tayfa sosial təşkilat hesab olunur. Oturaqlarda isə tayfa strukturu əsasında qohum, qonşu və ərazi əlaqələri vasitəsilə yaranır.[16]

Kişi əhalinin yarısı maldarlıqla (qoyun, keçi, eşşək saxlayırlar) və köçəri maldarlıqla məşğul olur (Məsələn, dəvələri yetişdirirlər). Zaqavalıların əsas məşğuliyyəti əkinçilikdir. Qadınların çox hissəsi də ev işləri və əkinçiliklə məşğul olur. Onlar arpa, buğda, müxtəlif tərəvəzlər, xurma palmasını becərirlər.[17][18]

Zaqavalıların sənətləri dərin köklərə məxsusdur. Müxtəlif dəri məmulatları, kisələr, çantalar, futlyarlar, geyim və ayaqqabılar, hörmə, mis və gümüş bəzəklərin istehsalı bu xalqın əsas sənətkarlıq nümunələridir.

Köçərilərin evi yorğanlarla örtülmüş, dartılmış yumru çadırlardan və taxta şüvüllərdən hazırlanır. Üzəri isə palma yarpaqları ilə örtülür. Döşəmələr dərilər vasitəsilə hazırlanır. Oturaq əkinçilərin evləri, bir qayda olaraq, daha etibarlı olur. Divarları çiy kərpicdən, yastı damları isə palçıqdan hazırlanır.[19][20]

Xalqın yemək menyusuna turş süd və bitki məhsulları (hər cür tərəvəzlər, meyvələr, sıyıqlar) daxil olur. Ənənəvi olaraq kişilər pambıq parçadan hazırlanan ağ köynəklər geyinirlər. Qadınlar isə donlardan və şallardan istifadə edirlər.[21]

Məşhur nümayəndələri

[redaktə | mənbəni redaktə et]
  1. Zaghawa 2.3% of Total population ~ 11.8 million Arxivləşdirilib 2020-05-18 at the Wayback Machine, People and Society, CIA Factbook
  2. "Zaghawa of Sudan - People Groups". 2019-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-01.
  3. "Zaghawa of Libya - People Groups". 2019-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-01.
  4. James Stuart Olson. The Peoples of Africa: An Ethnohistorical Dictionary. Greenwood. 1996. 91–92, 608. ISBN 978-0-313-27918-8.
  5. John A. Shoup III. Ethnic Groups of Africa and the Middle East: An Encyclopedia: An Encyclopedia. ABC-CLIO. 2011. 333–334. ISBN 978-1-59884-363-7. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-01.
  6. Zaghawa Arxivləşdirilib 2020-05-28 at the Wayback Machine, Ethnologue
  7. J. D. Fage; Roland Oliver. The Cambridge History of Africa. Cambridge University Press. 1975. 271–273. ISBN 978-0-521-20981-6.
  8. Elizabeth Isichei. A History of African Societies to 1870. Cambridge University Press. 1997. 230–232. ISBN 978-0-521-45599-2.
  9. J. D. Fage; Roland Oliver. The Cambridge History of Africa. Cambridge University Press. 1975. 287–289. ISBN 978-0-521-20981-6.
  10. J. D. Fage; Roland Oliver. The Cambridge History of Africa. Cambridge University Press. 1975. səh. 262. ISBN 978-0-521-20981-6.
  11. J. D. Fage; Roland Oliver. The Cambridge History of Africa. Cambridge University Press. 1975. 288–290. ISBN 978-0-521-20981-6.
  12. Philip M. Peek; Kwesi Yankah. African Folklore: An Encyclopedia. Routledge. 2004. 59–61. ISBN 978-1-135-94873-3. 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-02.
  13. Paul R. Bartrop; Steven Leonard Jacobs. Modern Genocide: The Definitive Resource and Document Collection. ABC-CLIO. 2014. 737–738. ISBN 978-1-61069-364-6. 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-02.
  14. J. D. Fage; Roland Oliver. The Cambridge History of Africa. Cambridge University Press. 1975. 306–308. ISBN 978-0-521-20981-6.
  15. Paul R. Bartrop; Steven Leonard Jacobs. Modern Genocide: The Definitive Resource and Document Collection. ABC-CLIO. 2014. 737–738. ISBN 978-1-61069-364-6. 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-02.
  16. James H Vaughan (1970), Caste systems in the Western Sudan, in Social stratification in Africa, Editors: A Tunde and L Plotnicov , New Africa Press, pages 59-92
  17. F. D. Klingender (1942), Gericault as Seen in 1848, The Burlington Magazine, Vol. 81, No. 475 (Oct., 1942), pages 254-256
  18. Samer Abdelnour (2011), Forging Through Adversity: The Blacksmiths of North Darfur and Practical Action, United Nations Development Programme, pages 1-2, Quote: "Although the blacksmiths refer to themselves as ‘Zaghawa’ – a dominant group in Darfur – the blacksmiths are from a traditionally neglected and marginalized group associated with Darfur’s lower castes. They form a sub-group of the Zaghawa known as ‘Hadaheed’ (plural of ‘Hadadi’, which means ‘blacksmith’, and derived from ‘Hadeed’ which means ‘iron’).3 Within the Hadaheed, men practice traditional forms of iron work and women pottery. They have done so as long as their history recalls, inheriting their knowledge and skills from generation to generation. Centuries ago, this group is thought to have been thralled by the Zaghawa, who had entered and settled into their territory. As slaves they were dispersed among Zaghawa families to perform primarily their iron and pottery work."
  19. Polgreen, Lydia. "Refugee Crisis Grows as Darfur War Crosses a Border". The New York Times. February 28, 2006. October 16, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2016.
  20. Survivances préislamiques parmi les zaghawa by Marie-José Tubiana
  21. "Chad refugee camps foster Darfur rebels". Aljazeera English. 16 April 2009. 29 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2016.
  22. "Idriss Déby" (ingilis). Encyclopædia Britannica. 2012-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]