Zelenqora
Zelenqora | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.014 m |
Yerləşməsi | |
43°25′21″ şm. e. 18°29′16″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zelenqora — Bosniya və Herseqovinanın Suteska Milli Parkında yerləşən dağ silsiləsi. Ən yüksək zirvəsinin hündürlüyü 2,014 metr (6,608 ft).[1]
Topoqrafiya
[redaktə | mənbəni redaktə et]Zelenqora silsiləsində geoloji olaraq əsasən ikincili və üçüncü çöküntü süxurları əsasən də əhəng daşı əmələ gəlir.[2] Zelenqora silsiləsi cənub-qərbdən Neretva çayı ilə, şərqdən Sutyeska çayı və şimaldan Leliya silsiləsi ilə həmsərhəddir. Neretva çayı və həmçinin Sutyeska və Drina çaylarının qolu olan Byeleva çayı bu dağlardan qaynaqlanır. Ən yüksək zirvəsi Breqoçdur (2,014 m.). Digər görkəmli zirvələrinə Kozye Strane (2013 m.), Dhrtar (1970 m.), Trebova Planina (1872 m.) və Orlovaça (1969 m.) daxildir.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]1990–1995-ci illərdəki münaqişə zamanı Zelenqora dağları cəbhə bölgəsinə daxil deyildi və buna görə də mina və partlamamış hərbi sursatllara demək olar ki məruz qalmamışdır.[3] Bundan əvvəl, 1943-cü ildə, İkinci Dünya Müharibəsi dövründə Zelenqora, xüsusilə Sutjeska döyüşünün həlledici bir mərhələsində şiddətli döyüş səhnəsinə çevrildi. Fall Schwarz adlı bir əməliyyat vasitəsi ilə Almaniyanın işğalçı qüvvələri indiki Monteneqrodakı Durmitor dağının ətrafında mövqe tutan marşal İosif Broz Titonun partizan qüvvələrini mühasirəyə almağa və məhv etməyə çalışdı. Tito Sutyeska çayı boyunca şimal tərəfdəki mühasirədən çıxmağı planlaşdırdı. 5 iyun 1943-cü ildə başlayan döyüşdə YNLA 2-ci Dalmatian Briqadasının Partizan bölmələri, YNLA qüvvələrinin Zelenqora üzərindən qaçmasını təmin etmək üçün mövqelərini tutdu. Qida azlığı, xəstəlik və azalmış silah təchizatına baxmayaraq, 2-ci Dalmatiya Briqadasının partizanları, 9 iyun tarixində 1-ci Mayevica Briqadası tərəfindən güclənənə qədər geri çəkilmək üçün geri qalmış Alman qüvvələrinə qarşı keçməyi bacardılar. O vaxta qədər 2-ci Briqada sayının üçdə ikisini itirdi, lakin Titonun qüvvələrinin Sutyeska çayını keçməsinə bu müddət kifayət emişdi.[4]
Sonralar, 1945-ci ilin mayında bu dağlar Yuqoslaviya Xalq Ordusu ilə Draža Mihailović'nin niketnik qüvvələri arasında 1945-ci il 8-dən 13-dək davam edən döyüşdə son hərbi qarşıdurma yeri oldu.[5]
Zelenqora hal-hazırda "görkəmli gözəlliyin səhrası" kimi tanınır.[6] Böyük və qarışıq meşələrdən çıxan Zelenqoranın aşınmış zirvələri, ərazinin uzaqlığı ilə əlaqədar olaraq, nisbətən az sayda insanı cəlb edir. Təbiətin vəhşiliyi və müasir sivilizasiya əlamətlərinin tam olmaması bu dağlara xüsusi cazibə verir. Orlovaçko Yezero kəndi ətrafındakı ərazidə tarixi yaşayış yerlərinin görünən izləri var. Bu dağların böyük bir ərazisinin Sutesko Milli Parkının bir hissəsi kimi qorunması ərazinin bütövlüyünü qoruyur. Ən yüksək zirvəsi olan Breqoça (2014 m) aparan cığır, Orlovaçko Yezerodan başlayır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Gomez, Matias. A Hiker's Guide to Bosnia and Hercegovina's 2000 Metre Peaks. Buybook. 2005. ISBN 9789958630590. İstifadə tarixi: 1 March 2014.
- Geografsko društvo v Ljubljani; Zveza geografskih društev Slovenije. Bulletin de la Société de géographie de Ljubljana. 63. Geografsko društvo. 1991. İstifadə tarixi: 19 July 2011.
İstinadlar
[redaktə | mənbəni redaktə et]