Zimbabve-Rodeziya
Zimbabve-Rodeziya | |||||
---|---|---|---|---|---|
/zɪmˈbɑːbweɪ roʊˈdiːʒə/ | |||||
| |||||
Tarixi | |||||
• Daxili məskunlaşma | 1 iyun 1979 | ||||
• Lankaster Ev müqaviləsi | 11 dekabr 1979 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Harare | ||||
İdarəetmə forması | Tanınmayan dövlət | ||||
Prezident | Cozia Qumede Zion | ||||
Baş Nazir | Abel Muzoreva | ||||
Sahəsi | |||||
• Ümumi | 390,580 km2 km² | ||||
Əhalisi | |||||
• Əhali | 6,930,000 nəfər | ||||
Demonim | Rodeziya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Zimbabve-Rodeziya — 1 iyun-12 dekabr 1979-cu il tarixində mövcud olan Cənubi Afrikada tanınmayan dövlət. Zimbabve Rodeziyasından əvvəl tanınmamış Rodeziya adlı bir respublika var idi. Britaniya Konstitusiya nəzəriyyəsinə görə, 1965-ci ildə birtərəfli müstəqillik elan edildikdən sonra müvafiq hökumət olaraq qaldı. Rodeziya cəbhəsinin Zimbabve millətçilərinin antikomunist təşkilatlarının razılığı ilə quruldu. Marksizm üsyançı hərəkatlarının hakimiyyətə gəlməsinin qarşısını almağa yönəlmiş siyasi bir plan idi.
Rodeziyada qaradərililərin mülki hüquqları uğrunda hərəkatın təmin edilməsinə çalışan Smit Yanın rəhbərliyi altında beynəlxalq ictimaiyyətin təzyiqi ilə Rodeziyada Silahlı müqavimətdə iştirak etməyən Afrika millətçi partiyaları arasında "Daxili məskunlaşma" sazişi bağlanmışdı.
"Daxili məskunlaşma" haqqında saziş seçici siyahıları üçün təhsilə, mülkiyyətə və gəlirlərə olan tələblərin rahatlığa gətirib çıxardı ki, bu da tarixdə ilk dəfə qaradərili seçicilərin çoxalmasına səbəb oldu. Ölkənin dövlət qulluğu, məhkəmə sistemi, polis və ölkənin silahlı qüvvələri dövrün yuxarı-orta təbəqəsinin tərkibinə görə əksəriyyəti eyni məmurların rəhbərliyində qalırdı və onların əksəriyyəti ağdərili idi. Bu dəyişikliklərə baxmayaraq, yeni dövlət beynəlxalq səviyyədə tanınmadı və Lankaster Ev konfransının qərarları ləğv edildi.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]1960-cı ildə Rodeziyada Afrika millətçi siyasi təşkilatlar ölkənin "Zimbabve" adını istifadə etməsi ilə razılaşdılar. Bu addan ölkə adlarının bir hissəsi kimi istifadə etdilər. Zimbabve adının etimologiyası üçün iki nəzəriyyə mövcuddur. Birincisi, sözün Şona dilinin Karanqa ləhcəsindəki Dzimba-dza-mabwe sözlərindən götürülən "böyük daş evlər" (dzimba = imba-nın, "ev" cəm halı və mwe = bwe-nin "daş" cəm halı) və İkincisi isə, Zimbabvenin, Şona dilinin Zezuru ləhcəsindəki "ziyarətgahlı evlər" mənasını verən dzimba-hwe-nin ixtisarı olduğu deyilir.
Nomenklatura
[redaktə | mənbəni redaktə et]Abel Muzoreva Baş nazir vəzifəsinə başladıqdan sonra, "Rodeziya"nı ölkənin adından çıxarmaq istədi.[1] Lakin "Zimbabve-Rodeziya" adı, Zimbabve "Rodeziya oğlu" olduğunu söyləyən bəzi zənci siyasətçiləri baş naziri buna görə tənqid etmişlər.[2]
3 mart 1978-ci ildə Baş nazir Smit Muzoreva, Çiray və Sitole ilə daxili razılaşma müqaviləsi imazladı. Razılaşmalarda gələn il ümumi seçkilərin keçirilməsi, Rodeziyanın sosial düzənini və ağ toplumun əhəmiyyətli səlahiyyətlərini qoruyarkən çox millətlərdən ibarət bir hökumətin qurulması nəzərdə tutulurdu. Keçid dövrünün təşkili üçün İcra şurası yaradıldı. Muzoreva və Sitole partiyalarının fəallarından olan Yardımçı Təhlükəsizlik Qüvvələrinin silahlı dəstələri-qaradərili antikommunist polis dəstəsi formalaşırdı.[3]
1978-ci il sentyabrın 2-də hökumət Zimbabvenin eyni daş quşu təsvir edən yeni milli bayraq qəbul etdi. Bundan başqa, o, dövlət bayramlarında dəyişikliklər elan edildi, həm də Rodeziya Günü və Təsisçilər Günü iki yeni bayramla əvəz olundu, onların hər ikisi əcdadlarının günü kimi tanınırdı. Respublika Günü və Müstəqillik günü isə həmin il oktyabrın 25 və 26-da qeyd olunan Birlik Günü ilə əvəzlənməli idi.[4]
Buna cavab olaraq, ZANU-PF-dən Robert Muqabe tərəfindən Mozambikin paytaxtı Maputuda keçirilən konfransda "Londondakı Zimbabve konfransında irqçi kukla ittifaqının mövqeyinin gücləndirilməsi", məqsədi daşıyan dəyişiklikləri rədd edərək, "Müstəqilliyin sübutu bayraqlar və adlar deyil" başlıqla şərh etdi.[5]
Rodeziya Milli Havayolları, Air Zimbabve olaraq dəyişdirildi.[6] Lakin poçt möhürləri dərhal buraxılmamışdır. 1978-ci ildə ştamplar hələ də "Rodeziya" adını daşıyırdı. Möhürlərin növbəti buraxılışı isə 1980-ci ildə, sadəcə "Zimbabve" yə dəyişdirildikdən sonra, ada uyğun olaraq yazılmışdı.[7]
1979-cu il seçkiləri
[redaktə | mənbəni redaktə et]Rodeziyada Ümumi parlament seçkiləri 10 aprel və 21 aprel 1979-cu ildə keçirildi. 10 aprel tarixində ağ azlığlar kvotası — ayrılmış 28 mandatın hamısını Rodez cəbhəsi aldı. 21 aprel tarixində ölkənin bütün sakinləri səs verdi. Seçkidə əhalinin üçdə ikisini qaradərililər təşkil edirdilər. Onlar Maşonalend və Şimali Matabelenddə çox idilər. Zimbabve Afrika Xalq Birliyi, Cənubi Matabelendada səsvermədə aktiv fəaliyyət göstərirdi, səsvermə prinsipləri isə əsasən pozulmuşdu.
Birləşmiş Afrika Milli Şurası seçkilərdə Məclisin alt palatasına qalib gəldi — 51 mandat. Zimbabve Afrika Xalq Birliyi — Ndonqa 12 mandatı aldı. 9 mandatı Ndebele etnik azlığının maraqlarını təmsil edən Kayisa Ndiveni qəbilə lideri Birləşmiş Milli Federal Partiyası qazandı. Seçkilərdən qısa müddət sonra Birləşmiş Afrika Milli Şurası 7 deputat və Ceyms Çikeremanın təşəbübüsü ilə Zimbabve Demokratik Partiyasını yaradıldı.
Hakimiyyət sistemi
[redaktə | mənbəni redaktə et]Zimbabve-Rodeziya dövlətinin elanı 1 iyun 1979-cu ildə baş verdi. "Smitin qara kuklalarının getdiyi növbəti kompromis" adı kimi qəbul edilmişdir. Metodist Kilsəsinin Yepiskopu Abel Muzorev Zimbabve-Rodeziyanın Baş naziri və Müdafiə Naziri seçildi.[8]
Ağdərililər maliyyə, kənd təsərrüfatı və ədliyyə daxil olmaqla 6 nazirliyə rəhbərlik edirdilər. Yan Smit (Portfelsiz nazir) və Piter Van Der Bil (Nəqliyyat və Energetika naziri) idi. Beləliklə, hökumət koalisiyası mühafizəkar liberal antikommunist platformasında formalaşdı.
Zimbabve-Rodeziya prezidenti isə qanunlara əsasən parlament deputatları tərəfindən seçilirdi. Bu vəzifəyə Cozia Zion Qumede və Timoti Nqundu Bateson namizədliklərini irəli sürdülər. 1979-cu ilin 29 may tarixində Cozia Zion Qumede səs çoxluğu ilə prezident seçildi.
Nominal olaraq hakimiyyət qaradərili çoxluğa keçdi. Ancaq güc strukturları ağ icmanın nəzarəti altında qalmaqda idi. Orduya general Piter Uolls, Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanlarına isə polkovnik Ken Flauer başçılıq edirdi.
Zimbabve Afrika Milli Birliyi və Zimbabve Afrika Xalq Birliyi yeni dövləti qəti şəkildə tanımadılar və döyüş əməliyyatlarını intensivləşdirdilər. Müəyyən Həmçinin beynəlxalq səviyyədə də Zimbabve-Rodeziya tanınmadı.
1980-ci ilin yazında Lankaster Ev sazişi uçərçivəsində keçiriləcək yeni seçkilərə hazırlamaq üçün bölgənin hakimliyi yenidən İngiltərəyə verildi və ölkənin adı beynəlxalq səviyyədə dəyişməsə də Cənubi Rodeziya olaraq dəyişdirildi.
Dövlət və hökumət başçıları
[redaktə | mənbəni redaktə et]Prezident
[redaktə | mənbəni redaktə et]Səlahiyyət müddəti | Prezident[9] |
---|---|
1 iyun 1979-cu il — 12 dekabr 1979-cu il | Cozia Zion Qumede |
Baş nazir
[redaktə | mənbəni redaktə et]Səlahiyyət müddəti | Baş nazir[9] |
---|---|
1 iyun 1979-cu il — 11 dekabr 1979-cu il | Abel Muzorev |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Zimbabwe Rhodesia Bids To Shorten Name To Zimbabwe Arxiv surəti 10 mart 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 10 mart 2016 at the Wayback Machine, Lakeland Ledger, August 26, 1979
- ↑ Pioneers, Settlers, Aliens, Exiles: The Decolonisation of White Identity in Zimbabwe Arxivləşdirilib 23 mart 2017 at the Wayback Machine, J. L. Fisher, ANU E Press, 2010, page 58
- ↑ Zimbabwe News Arxivləşdirilib 2020-06-27 at the Wayback Machine, Volumes 11–16, Central Bureau of Information of the Zimbabwe National Union, 1979, page 2
- ↑ Summary of World Broadcasts: Non-Arab Africa Arxivləşdirilib 15 noyabr 2018 at the Wayback Machine, Issues 6208–6259, 1979
- ↑ Summary of World Broadcasts: Non-Arab Africa Arxivləşdirilib 30 avqust 2017 at the Wayback Machine, Issues 6208–6259, 1979
- ↑ Africa Calls from Zimbabwe Rhodesia Arxivləşdirilib 15 noyabr 2018 at the Wayback Machine, Issues 115–125, 1979, page 33
- ↑ Summary of World Broadcasts: Non-Arab Africa Arxivləşdirilib 15 noyabr 2018 at the Wayback Machine, Issues 6308–6358,1980
- ↑ "Bishop Abel Muzorewa". 2016-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.
- ↑ 1 2 Ben Cahoon, WorldStatesmen.org. "Zimbabwe-Rhodesia". 2012-06-23 tarixində arxivləşdirilib.