(Translated by https://www.hiragana.jp/)
Devid Rokfeller — Vikisitat Məzmuna keç

Devid Rokfeller

Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Devid Rokfeller
Doğum tarixi 12 iyun 1915
Doğum yeri Manhetten
Vəfat tarixi 20 mart 2017
Vəfat yeri Pocantico Hills
Vikipediya məqaləsi

Devid Rokfeller - (12 iyun 1915,Nyu-York, ABŞ - 20 mart 2017,Pocantico Hills, Nyu-York ştatı, ABŞ)-Amerikalı bankir, dövlət xadimi və iş adamı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B

  • Bilirsiniz, həyatda mənə ən çox zövq verən nədir? Sərf etdiyim əməyin necə divident gətirdiyini görmək.
  • Biznes üzərində qurulmuş dostluq, dostluq üzərində qurulmuş biznesdən daha yaxşıdır.
  • Böyük xərclərdən qorxmaq lazım deyil, qorxmalı olduğunuz kiçik mənfəətlərdir.
  • Bütün günü işləyən insan, heç zaman pul qazana bilməz.

Ə

  • Əgər sizin yeganə məqsədiniz varlı olmaqdırsa, onda siz heç zaman ona nail ola bilməyəcəksiniz.

İ

  • İnadkarlıq sayəsində hər şey, istər yaxşı olsun ya pis, istər düzgün olsun ya yanlış, sizin üçün əlçatan olacaq.
  • İnsanlarla rəftar etmək bacarığı bir məhsuldur – necə ki qəhvə və ya şəkəri bazardan almaq mümkündür, eləcə də bu məhsulu orda ala bilərsən … və mən belə bir bacarığa görə dünyadakı hər şeydən daha çox pul ödəməyə hazıram.

M

  • Mən düşünmürəm ki, istənilən bir peşə sahəsində istənilən növ uğur qazanmaq üçün hər hansı bir digər keyfiyyət inadkarlıq qədər vacib olsun.
  • Mən heç zaman həyatda hansı mövqe tutacağımı və nəçi olacağımı təxmin etmirdim, amma həmişə bilirdim ki, böyük bir işdən ötrü doğulmuşam.
  • Mən həmişə hər bir uğursuzluğu yeni bir imkana çevirməyə çalışmışam.
  • Mən yəqin ki, işə daha çox təşəbbüskar olan insanı götürərdim, nəinki hər şeyi biləni.
  • Mən 100 insanın zəhmətinin 1%-dən gəlir əldə etməyi daha üstün tutardım, nəinki təkcə öz zəhmətimdən 100% gəlir.
  • Məndə bir duyğu var ki, mən ona görə uğur qazanır və hər yerdə gəlir əldə edirdim ki, çünki Allah bilirdi ki, mən bunun qarşılığını tam ödəyəcəyəm.
  • Mənə düşünən deyil, işləyən xalq lazımdır.
  • Mənim fikrimcə bütün gününü və özünü bütünlüklə pul xətrinə pul qazanmağa sərf edən insan qədər cılız və yazıq məxluq yoxdur.

Ö

  • Özünüzə reputasiya qazanın və o, sizin üçün işləyəcək.

P

  • Pul qazanmağın üsulu odur ki, küçələrdə qan töküldüyü vaxtda almağı bacarasan.

S

  • Sizin rifahınız özünün verdiyi qərarlardan asılıdır.

Y

  • Yaxşı idarəetmə üsulu özünü ondan göstərir ki, orta səviyyəli insanlara yüksək səviyyəli peşəkarların işini necə görməyi göstərə biləsən.

Z

  • Zarafat etməyi və borc almağı qəfil etmək lazımdır.

İstinadlar