Abay (İbrahim) Kunanbayev (1845, Semey vilayəti — 1904) — Qazax şairi, yazıçısı, bəstəkarı, maarifçisi, mütəfəkkiri, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi.
Dünya təkcə bəlalarla deyil, həm də əyləncələrlə doludur.
Dünyanın müdrik insanları çoxdan belə bir qənaətə gəliblər ki, tənbəl insan, bir qayda olaraq qorxaq və iradəsizdir. İradəsiz insan isə qorxaq və lovğadır. Lovğa insan qorxaq, axmaq və cahildir. Axmağın, cahilin şərəf haqqında anlayışı yoxdur. Şərəfsiz isə tənbəldən dilənir, acgözdür, fərasətsizdir, ətrafdakılara yaxşlılıq arzu etmir.
Düşüncəsi, ürəyi, iradəsi bir olan-istədiyi zirvəni fəth eyləyər hər zaman.
Xalqlar Allahın sevgisi ilə yaradılıb və sən onları özün kimi sev. İnsanları qardaşın kimi, azadlıq kimi sevsən, həqiqət də və həyat da sənin üçün olacaq.
Nə qədər ki, xoşbəxliyə çatmamısan, hamı arzularını bölüşür və sənə yaxşı şeylər arzulayırlar. Elə ki, tale üzünə güldü və sən xoşbəxt oldun, sənin xeyirxahın yalnız sən özün olursan.
Sirrini dostları olmayanla paylaş, dostluğu dostları çox olanla et.
Sokratı kim zəhərlədi, Janna Darkı kim yandırdı, İsanı kim çarmıxa çəkdi, Məhəmməd peyğəmbəri dəvə sümüklərinin qalıqları olan yerdə kim dəfn etdi? Kütlə. Deməli, kütlənin ağlı yoxdur. Onu həqiqət yoluna yönəltməyi bacar.