Elvis Presli
Görünüş
Elvis Presli | ||||
Doğum tarixi | 8 yanvar 1935 | |||
Doğum yeri | Tyüpelo | |||
Vəfat tarixi | 16 avqust 1977 | |||
Vəfat yeri | Memfis | |||
Dəfn yeri | Qreyslend | |||
|
Elvis Aaron Presli (ing. Elvis Aaron Presley; 8 yanvar 1935, Tyüpelo, Missisipi ştatı – 16 avqust 1977, Qreyslend, Tennessi) — amerikalı müğənni və aktyor.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağlımda çox şey var. Yəni hər şeydən xəbərdar olmağa, ağlımı itirməməyə çalışıram. Həyatda çox diqqətli olmaq lazımdır. Ağlını itirmək çox asandır.
- Allaha inanmaq kilsədə dua etməkdən daha vacibdir.
B
[redaktə]- Barmaq izləri qiymətli əşyalar kimidir - getdiyiniz hər yerdədir.
- Birini ən pis keyfiyyətinə görə mühakimə etmək okeanın gücünü tək bir dalğa ilə qiymətləndirməyə bənzəyir.
D
[redaktə]- Dünya davamlı eyni orbitdə dönər, amma günlər həmişə fərqlidir.
G
[redaktə]- Gəlin bu gecəni yadda qalan gecəyə çevirək.
H
[redaktə]- Həqiqət günəş kimidir. Siz onu bir müddət bağlaya bilərsiniz, amma sönməyəcək.
X
[redaktə]- Xatırlamağa dəyər bir şey edin.
İ
[redaktə]- İmic başqa şeydir, insan başqa şeydir... obraza görə yaşamaq çox çətindir.
K
[redaktə]- Keçmişi unudaq , gələcək qarşımızda parlaq görünür.
M
[redaktə]- Mənim həyat fəlsəfəm sadədir: mən kimisə sevməli, nəyisə gözləməli və nəsə etməliyəm.
- Mənim səsim Allahın iradəsidir, mənim yox.
- Mənim üçün dünyada ən gözəl şey anası kimi gözəl görünən uşaqdır.
- Musiqi xarici və ya daxili olaraq sizi hərəkətə gətirən bir şey olmalıdır.
- Müğənnilər gəlib-gedir, amma yaxşı aktyor uzun müddət yaşaya bilər.
Ö
[redaktə]- Ömrümdə çox erkən öyrəndim ki, mahnısız gün bitməz, mahnısız insanın dostu ola bilməz, mahnısız həyat yolu ona tabe olmaz. Ona görə də mən mahnılar oxumağa davam edəcəyəm
P
[redaktə]- Pis bir filmə baxmaqdan daha pis olan yeganə şey filmdə rol almaqdır.
S
[redaktə]- Sən bu həyatdan yalnız bir dəfə keçirsən, geri qayıtmırsan.
Ş
[redaktə]- Şou-biznesə girəndə həyatınız artıq sizin deyil, çünki insanlar nə etdiyinizi, harada yaşadığınızı, nə geyindiyinizi, nə yediyinizi bilmək istəyirlər - və siz o insanların istəkləri ilə hesablaşmalısınız.
U
[redaktə]- Uşaqlar həyatda ən vacib şeydir. Valideynlər uşaqlara ailə hissi bəxş etmək üçün əllərindən gələni etməlidirlər
Y
[redaktə]- Yalnız siz bu dünyanı daha parlaq edə bilərsiniz.