(Translated by https://www.hiragana.jp/)
Miras — Vikisitat Məzmuna keç

Miras



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
  • Ata dostu oğula mirasdır. Türk atalar sözləri
  • Atalarımızdan və analarımızdan bizə miras qalan şeylər “bizdə gəzən” deyil. Hər cür ölü fikirlər və cansız köhnə inanclar var. Onların heç bir hissiyyatı yoxdur, lakin onlar bizi eyni şəkildə təqib edirlər və biz onlardan qurtula bilmirik. Nə vaxt bir qəzeti əlimə götürürəm, deyəsən, Kabusların sətirlər arasında sürüşdüyünü görürəm. Xəyallar dənizin qumları qədər qalın, ölkənin hər yerində olmalıdır. Henrik İbsen
  • Sanki ölüm bizim üçün yox, başqaları üçün yazılmışdır. Sanki gördüyümüz bu ölülər elə bir yerə gedirlər ki, tezliklə dönüb qayıdacaqlar. Onları qəbirlərə qoyuruq; miraslarını yeyirik. Bütün öyüdləri unutmuşuq, hər bir bəlanı arxaya atmışıq. Bizi kökümüzdən qoparacaq bəlalara göz yummuşuq. Xoş o şəxsin halına ki, təkəbbürdən uzaqdır, qazancını tər-təmiz bir hala gətirmişdir, xasiyyətini gözəlləşdirmişdir, var-dövlətinin artığını yoxsullara paylamışdır, bihudə sözlər danışmaqdan uzaqdır, şərini insanlardan uzaqlaşdırır; sünnət ona ağır gəlmir, bidətə mənsub deyildir. Əli

Elm və tərbiyə bizə ulu babalarımızdan qalan bir mirasdır.Nasir Qüdrətzadə