Napoleon Bonapart
Görünüş
Napoleon Bonapart | |||
Doğum tarixi | 15 avqust 1769 | ||
Doğum yeri | Ayaçço | ||
Vəfat tarixi | 5 may 1821 | ||
Vəfat yeri | Lonqvud evi | ||
Dəfn yeri | Sent-Lüis-des-İnvalides katedralı, Məzar vadisi | ||
|
Napoleon Bonapart (1769−1821) − Fransanın dövlət xadimi, imperatoru və sərkərdəsi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətən, döyüşdə əsgərlər qalib gəlir, şərəfi isə generallar qazanır.
- Axmaq adam ziyalı insandan böyük üstünlüyə malikdir. Çünki, o həmişə özündən razıdır.
- Axmaqlıqla izah edilə biləcək yerdə qəddar niyyət axtarmayın.
- Ağıl düşüncədən hesab edildiyindən də uzaqdır.
- Ağıl insanın düşdüyü vəziyyətdən cox olmalıdir ki, insanı qurtara bilsin.
- Ağıl və dərrakə arasında düşündüyümüzdə də böyük məsafə var.[1]
- Ağıl və zəkanın nə olduğunu çox araşdırdım. Sonda, bunun düşüncəli cürətdən başqa bir şey olmadığını anladım.
- Ağıldan dərrakəyə qədər olan yol hamının düşündüyündən daha uzun olur.
- Ağlın qavradığı və inandığı hər şeyi etmək mümkündür.
- Analar bir əlləriylə uşağını, digər əli ilə dünyanı yelləyərlər.
- Ancaq həqiqət təhqiredicidir.
- Az bilib çox danışan, bədxərclik edən yoxsula bənzər.
- Az bilgisi olub çox danışan kəs, çox pulu olmayıb, lakin çox xərcləyən birinə bənzər.
B
[redaktə]- Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir.
- Başlamaq lazımdır, sonrasına baxarıq.
- Bədən üçün ən yaxşı müalicə sakit bir ağıldır.
- Bir-birini altı aydan az tanıyan cütlüyün nikahına icazə vermək lazım deyil.
- Bir gün bir yoldaşı "Səni böyüyəndən sonra döyüşə çağırsalar sən bu boyla atına minənə qədər döyüş sona çatar. "Napoleon yoldaşlarına baxar və belə deyər "Narahat olmayın, mən böyüyəndə məni döyüşə çağırdıqları zaman mən ata minməyəcəyəm, mən atıma minəndə döyüş başlayacaq.
- Bir işin yaxşı olmasını istəyirsinizsə, özünüz edin.
- Böyük karyeralar, böyük nailiyyətlər xarakterlərin, dahilərin və uğurun vəhdətindən yaranır.
- Böyük şəxsiyyətlə gülünc şəxsiyyət arasında bir addım yol var.
- Bütün dinlər insanlar tərəfindən düşünülüb.
- Bütün əxlaqsızlıqlardan ən böyüyü bacarmadığın işin qulpundan yapışmaqdır.
- Bütün italyanlar talançılardır. (İtaliyada olarkən).
- Bütün uğurlarıma görə gənclikdə çəkdiyim aclıq və əzablara borcluyam.
C
[redaktə]- Cəsarət də eşq kimi ümidlə bəslənir.
- Cəsarətiniz varsa, hər şeyi özünüzə rəva bilərsiniz, amma əldə edə bilməzsiniz.
Ç
[redaktə]- Çox danışan adam çox şey edə bilər!
D
[redaktə]- Dahi insanlar öz əsrini işıqlandırmaq üçün yanan meteorlardırlar.
- Dərd və çətinliklər insanın iradəsini möhkəmləndirir.
- Din elə bir qüvvədir ki, Həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi vəsəlləm) onun vasitəsilə dünyaya yeni bir yön verdi.[2]
- Din sadə insanları sakit saxlamaq üçün əla şeydir. Din yoxsulları varlıları öldürməkdən saxlayan şeydir.
- Dinsiz cəmiyyət kompassız gəmi kimidir.
- Dövlət xadiminin ürəyi başında olmalıdır.
- Döyüşdə müvəffəqiyyət qazanmaq üçün, mənəvi gücün rolu dörddə üç, maddi gücün rolu isə dörddə birdir.
- Döyüşərək ölmək qəhrəmanların, intihar etmək qorxaqların imtiyazıdır.
- Döyüşü udub çarpışmanı uduzmaq olar; Çarpışmanı udub kampaniyanı uduzmaq olar; Kampaniyanı udub müharibəni uduzmaq olar.
- Döyüşü yaxşı məsləhət verən yox, onun yerinə yerinə yetirilməsinin məsuliyyətini öz üzərinə götürüb yerinə yetirməyi əmr verən uddu.
- Dünyada iki əzəmətli güc var: qılınc və ruh. Sonda ruh qılınca qalib gəlir.
- Dünyada təqlid edilməyən tək şey cəsarətdir.
- Dünyanı təxəyyül idarə edir.
- Düşmən səhv edəndə ona mane olmaq lazım deyil. Bu, nəzakətsizlikdir.
E
[redaktə]- Elə oğrular var ki, onları cəzalandırmırlar. Onlar insanların ən qiymətli şeyini-vaxtını oğurlayan oğrulardır.
Ə
[redaktə]- Əgər bu dünyada uğur qazanmaq istəyirsinizsə, hər şeyi söz verin, amma heç nə yerinə yetirməyin.
- Əgər dünya tək bir ölkə olsaydı, paytaxtı İstanbul olardı.
- Əgər mənim öhdəmdə kazaklar olsaydı, mən bütün dünyanı fəth edərdim.
- Əxlaq olmayan yerdə qanun heç bir şey edə bilməz.
- Ən gözəl savaş insanın öz varlığına və asılı olduqlarına qarşı olan savaşdır.
- Ən qorxulu an zəfər anıdır.
- Əsgərdən ilk növbədə dözüm və səbr tələb olunur, cəsarət bundan sonra gəlir.
- Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir.
- Əvvəlcə ciddi döyüşə atılmalı, sonrası bəlli olacaq.
F
[redaktə]- Fahişələr bir zərurətdir. Əks halda, kişilər küçələrdə layiqli qadınlara hücum edərdi.
- Feodalizm quruluşunu top yıxdı, müasir quruluşu isə qələm yıxacaq.
- Fırıldaqçını hamının önünə çıxardın, o vicdanlı insan kimi hərəkət edəcək.
G
[redaktə]- General, siz boyca məndən bir baş ucasınız, amma əgər siz mənə qarşı kobudluq edəcəksinizsə, onda mən dərhal bu fərqi aradan qaldıracam.
- Gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş gələr. Birincisi qızıl, ikincisi isə xəzinədir.
- Güc heç vaxt gülməli olmur.
- Güc ortaya çıxınca qanunlar qüvvəsini itirir.
H
[redaktə]- Hakimiyyətə seçki yolu ilə yox, varislik nəticəsində gələn hökmdarın yaxşı olması ehtimalı daha böyükdür.
- Hamının gözü qarşısında olan kəskin hərəkətlər etməməlidir.
- Heç bir peşmançılıq yaratmayan yeganə qələbələr cəhalət üzərində qazanılanlardır.
- Həqiqət çox güclü olduğu üçün hər yerdə özünü qəbul etdirə bilir.
- Həqiqət təhqiredicidir.
- Həqiqi qəhrəmanlıq özünü həyat uğursuzluğundan uca tutmaqdır.
- Həmişə sülh tərəfdarı ol, lakin müharibəyə də hazır ol.
- Hər bir böyük işdə hansısa bir hissəni həmişə saxlamaq lazım gəlir.
- Hər işdə uğurlu biri oldum, çünki bunu istəyirdim. Heç bir zaman tərəddüd etmədim. Bu da məni digər insanlardan üstün etdi.
- Hər kəs özündə olmayanlar üçün mübarizə aparar.
- Hər kəsi dinləyərəm, amma sadəcə özüm doğru bildiyimi edərəm.
- Hər qələbədən sonra bir peşmançılıq hiss edirsən. Sonu peşmançılıqla qurtarmayan yeganə qələbə cəhalət üzərində qələbədir.
- Hər qələbəni qələbə, hər məğlubiyyəti də məğlubiyyət saymaq olmaz.
- Hərb sənəti, elə bir elmdir ki, onda hesab edilməyən və düşünülməyən bir şey müvəffəq ola bilməz.
- Hərbi qüvvələr ölkənin müdafiəsi üçün kifayət deyil, bununla yanaşı, özünü müdafiə edən xalq məğlubedilməzdir.
- Hərbi sənətin sirri ondadır ki, lazımi anda və lazımi yerdə düşməndən güclü olasan.
İ
[redaktə]- İctimai rəy ictimai qızdır.
- İdarə etmək çox çətindir, əgər bunu təmiz vicdanla edirsənsə.
- İdarəetmə sənəti insanlara öz vəzifələrində qocalmamaq imkanı verməməkdən ibarətdir.
- İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, sonunda düşüncəyə məğlub olar.
- İlham sürətli bir hesablamadır.
- İmkansızlıq (mümkün olmama) — səfehlərin lüğətində olan sözdür.
- İnqilab süngülərlə möhkəmləndirilmiş inamdır.
- İnsan öz səbr və dözümüylə tauna da qalib gələ bilər.
- İnsana hakimiyyət ver, onun kim olduğunu biləcəksən.
- İnsanı ancaq iki şeylə yerindən tərpətmək olar — qorxu və şəxsi maraq.
- İnsanı yaralayan tək şey həqiqətdir.
- İnsanı ucaldan iki şey var: qorxu və maraq.
- İnsanın yuvarlandığı alçaqlığın dərinliyi ölçüyə gəlməzdir.
- İnsanları idarə etmənin iki qolu var: şəxsi fayda və pul.
- İnsanları ucaldan iki böyük məziyyət vardır. Kişinin cəsur və qadının namuslu olması. Bu iki məziyyətin yanında həm kişini, həm də qadını şərəfləndirən bir məziyyət də vardır. Yeri gələndə tərəddüdsüz şəkildə canını fəda edə biləcək şəkildə vətəninə bağlı olmaq. Türklər bu məziyyətlərə və fəzilətə sahib qəhrəmanlardır. Buna görədir ki, Türklər öldürülə bilər, lakin məğlub edilməzlər.
- İspaniyanı aldıqdan sonra İspaniya kralı ona "Sən pul üçün döyüşürsən" deyə qışqırar. "Biz isə şərəfimiz üçün." Napoleon cavab verər "Hər kəs özündə olmayan şey üçün döyüşər."
- İtirdiyimiz hər saat düşmən üçün qazancdır.
J
[redaktə]- Jurnalist qələmlə işləyən küçə təmizləyicisidir.
K
[redaktə]- Kainatı dəyişən adamlar heç vaxt buna başçılara xidmət etməklə çatmayıblar, əvəzində kütləni öz arxasınca aparmaqla nail olublar. Başçılara xidmət edən adamlar intriqalara əl atırlar və yalnız ikinci dərəcəli nəticələr əldə edirlər. Arxasınca kütlələri aparanlar isə — dünyanın görkəmini dəyişən, mahiyyət etibarilə dahidirlər.
- Kəndli yaddaşı sərkərdə biliyindən üstündür.
- Kiçikliyində, məktəb illərində yoldaşları tez-tez Napoleonun boyu balaca olduğu üçün ələ salardılar.
- Kişi dörd, qadın altı saat yatmalıdır. Altı saatdan çox uşaqlar, bir də kütbeyin səfehlər yatır.
Q
[redaktə]- Qadının ona əzab verməsinə imkan verən kişi nə kişidir, nə də qadın, sadəcə heç kimdir.
- Qadınlar uşaq istehsal edən maşınlardan başqa bir şey deyil
- Qamçı əvəzinə şərəflə idarə edirdim.
- Qazandıqlarımın hər birini cəsarətimə və çalışqanlığıma borcluyam.
- Qeyri-mümkün — axmaqların lüğətindəndən olan sözdür.
- Qələbə qazanmaq üçün amansız olmaq lazım gəlir.[3]
M
[redaktə]- Məhəmməd böyük bir adam, cəsarətli bir əsgər idi; Bender [sic] döyüşündə qazandığı bir neçə kişi ilə; böyük bir kapitan, qürur verici, dövlətin böyük bir insanı, öz vətənini dirçəltdi və Ərəbistanın ortasında yeni bir insan və yeni bir güc yaratdı.
- Məğlubiyyətin üzünə gülə bilsən, deməli, cəsursan.
- Mən gah tülkü, gah da şir oluram. İdarəetmənin bütün sirri ondadır ki, nə zaman tülkü, nə zaman isə şir olmağını biləsən.
- Mən sevgini cəmiyyət üçün zərərli hesab edirəm. Oh, əgər allahlar dünyanı sevgidən azad etsəydilər!
- Mənə Türklərdən ibarət bir ordu verin, sizə dünyanı fəth edim.
- Məni söyüb biyabır edənləri bağışlayarkən özümü onlardan həmişə yüksəkdə tuta bilərəm.
- Məni yalnız pis xəbərlər gələndə oyadın, yaxşı xəbərlər zamanı isə heç vaxt.
- Mənim lüğətimdə "mümkün olmayan" sözü yoxdur.
- Mənim üçün böyük insan beyni ilə ürəyi arasında körpü qura bilən insandır.
- Millətsiz taxt bir parça məxmərlə örtülmüş dörd taxta parçasından başqa bir şey deyildir.
- Müdriklərin düçar olduqları bədbəxtliklər onları ucaldır, axmaqları isə qəti olaraq sındırır.
- Müharibə cəldliyi sevir.
- Müharibə nəzərdə tutulmamış hadisələrdən ibarətdir.
- Müharibəni udmaq üçün üç şey lazımdır:Birinci pul, ikinci pul, üçüncü pul.
- "Mümkün deyil" ifadəsi fransızsayağı deyil.
- Mümkün olduğu qədər çox düşün, düşündüyünü də hər zaman et.
- Mümkünsüzlük yalnız axmaqların lüğətində olan sözdür.
N
[redaktə]- Nadanın savadlı adama nisbətdə böyük üstünlüyü var: o həmişə özündən razıdır.
- Napoleonun ordusu çətin vəziyyətdədir, general gəlir və belə deyir: "İmperator döyüşə bilmərik, düşmən 3 qat artıq gücdədir, onlar 150.000, biz isə 50.000 nəfərik." Napoleon ona belə cavab verir: "Onlar 150.000, biz isə 50.000. Bir də məni qat, etdi 150.000! Bərabərik, döyüşərik!"
- Napoleon gənc ikən leytenantlıq dövründə içinə qapalı bir insan idi. Olduğu mühitin ətrafında partilər verilər, insanlar dayanmadan əylənərkən Napoleon heç qatılmazdı. O passiv duruşu və solğun çöhrəli halını görənlərə belə deyərdi. "Tarix nümunələri ilə doludur, gün gəlir nəfəs çöhrəli, amma ehtiraslı olan adamlar önə çıxarlar və zəngin modabazların, ağıllanmaz gözəl fahişələrin və onların başçılarının hakimiyyətini əllərinə keçirərlər".
- Nikahın ləğv edilməsinin mümkünsüzlüyü cinayətə təhrik etmədir.
O
[redaktə]- Ordusunu yedizdirmək istəməyən xalq tezliklə özgə ordusunu yemləməyə məcburdur.[4]
- 30 yaşında öldürülməyən qusar yox, zibildir!
Ö
[redaktə]- Ölüm heç bir şeydir, amma məğlub və şərəfsiz yaşamaq hər gün ölməkdir.
- Öz ordusunu yedizdirmək istəməyən xalq tez bir zamanda yad ordunu yedizdirməyə məcbur olacaq.
- Özgələrin axmaqlıqları bizi heç vaxt ağıllı etmir.
- Özündən yuxarılar tərəfindən dəstəkləndiyini hiss edən miskindən təkəbbürlü adam təsəvvür etmək olmaz.
P
[redaktə]- Papa yalnız kilsənin rəsmi lideridir. Məsumluq Papaya deyil, qanuni şəkildə təşkil olunmuş kilsəyə aiddir.
- Pisliyin sizə hakim kəsilməsinə imkan verməyin, əksinə siz özünüz pisliyi məhv etməyə çalışın.
R
[redaktə]- Rusiyada yollar yox, yalnız istiqamətlər var.
S
[redaktə]- Sevgi boş adam üçün məşğuliyyət, döyüşçü üçün əyləncə, hökmdar üçün sualtı daşdır.
- Sevgi, ikilikdə edilən axmaqlıqdır.
- Sevgidə yeganə qələbə qaçmaqdır.
- Səmimiyyət və dostluq ən çətin tapılan nemətdir.
- Siyasət qılıncdan güclüdür.
- Siz məndən uca yox, uzunsunuz.
- Sizdən ədalət gözləyən adamın hansı partiyaya mənsub olmasını heç vaxt arayıb axtarmayın.
- Sizinlə razılaşmayanlarla yox, razılaşmayıb bunu sizə deməyə qorxanlardan qorxmaq lazımdır.
- Son sözü həmişə ictimai rəy deyir.
- Sonuncular həmişə haqlıdırlar.
- Sözü saxlamağın ən düzgün üsulu onu verməməkdir.
- Süngüylə hər şey eləmək olar, bircə onun üstünə oturmaq olmaz.
Ş
[redaktə]- Şirin başçılıq etdiyi qoyunlardan ibarət qoşun, qoyunun başçılıq etdiyi şirlərdən ibarət qoşuna həmişə qalib gələcək.
- Şöhrət dalınca qaçan gec-tez fəlakətlə üzləşir.
- Şöhrət də köhnəlir.
T
[redaktə]- Taxt- yalnız məxmərdən üz çəkilmiş bir kreslodur.
- Tarix hamının razılaşdığı yalandan başqa nədir?[5]
- Tarix, inanmağa razılaşdırılmış təmsildən başqa bir şey deyildir…
- Tarix, insanların qəbul etməyi qərara aldıqları keçmiş hadisələrin bir versiyasıdır.
- Tərəfinin saxlanıldığını hiss edən təkəbbürdən miskin heç nə yoxdur.
- Təsəvvür, xəyal dünyanı idarə edir.
- Türkləri məhv edə bilərsən, amma məğlub edə bilməzsən!
U
[redaktə]- Ucalıqla gülünc vəziyyət arasındakı məsafə yalnız bir addımdır.
- Uğur- böyük insanları yaradan budur.
- Uğur- dünyada gözəl və aydın danışmaq qabiliyyəti olan natiqdir.
- Uğur qazanmaq üçün böyük səbr tələb olunur.
- Uğurlarım gəncliyimdəki xəyallarımın məhsuludur.
Ü
[redaktə]- Ümid ilə ümüdsüzlüyün arası bir addımdır.
- Ümidsizlik ölümə gedən yolun başlanğıcıdır.
V
[redaktə]- Vaxtilə Fransız hökumətindən biri Napoleon Bonapartı bir müharibə əsnasında tənqid edib barmağını xəritə üzərində gəzdirərək: Əvvəl buranı almalı idiniz, sonra burdan keçərək kənarını zəbt etməli idiniz, kimi fikirlər icra edincə, Napoleon :"Bəli, onlar barmaqla alına bilsəydi, dediyin kimi edərdim".
- Vətənə sevgi sivil insanın birinci ləyaqətidir.
- Vicdanım hökm etməyə başlasa, mənim hökmranlığıma son qoyular.
Y
[redaktə]- Yaddaşsız baş mühafizəçisi olmayan qala kimidir.
- Yaxşı idarə olunan ölkənin hakim dinə və dövlətdən asılı olan keşişlərə ehtiyacı var.
- Yaltaqlığı bacaran şər atmağa da qadirdir.
- Yemək üçün zəhər nədirsə, din üçün də ilahiyyat odur.
- Yoxuşa qalxanda dayanmaq olur, enişdə isə mümkün deyil.
Z
[redaktə]- Zəfər iradədən ibarətdir.
- Zənginlik, sərvətə sahib olmaq deyil, bu sərvətdən istifadə etmək bacarığıdır.