Xoruz
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Baxtı gətirənin xoruzu da yumurtlayar. Tatar atalar sözləri
- Bəxtli adamın xoruzu da yumurtlar. Rus atalar sözləri
Ç
[redaktə]- Çöpçünün xoruzu da yumurtlar. Udmurt atalar sözləri
E
[redaktə]- Elə xoruzlar var ki, banladıqları üçün günəşin doğulduğunu sanarlar. Anri Dünan
G
[redaktə]- Gözünü əbədiyyətlərə dik, oğul! Bir də unutma ki, hər şeyin öz vaxtı var. Vaxtsız banlayan xoruzun başı kəsilər. Şeyx Ədabali
H
[redaktə]- Həqiqət biz bir-birimiz ilə xoruz-beçə kimi cəmaətin, ələlxüsus xaricilərin hüzurunda döyüşməmiz çox eyibdir. Bizim bədbəxt müsəlman taifəsi qeyrilərdən geridə qalıb xab-qəflətdən oyana bilmədiyinin bir böyük səbəbi də budur ki, biz öz nəfsimizi öldürə bilməyib qeyri vacibli işləri kənara qoyub bir-birimiz ilə tutuşub qeyriləri özümüzə güldürürük. Bəsdir, belə məsləkdən əl çəkəlim. Həsən bəy Zərdabi
- Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
X
[redaktə]- Xoruz banlamasa, səhər açılmaz?! Azərbaycan atalar sözləri/X
- Xoruz bir kərə bəzənər. Azərbaycan atalar sözləri/X
- Xoruz çox olan yerdə səhər tez açılar. Azərbaycan atalar sözləri/X
- Xoruz da öz hininin sahibidir. Tatar atalar sözləri
- Xoruz dedi: Mən öz banlamağımı banlayıram, dan yerinə nə olur-olsun. Osetin atalar sözləri
- Xoruz elə xoruzdur, nə qocası, nə cavanı!? Azərbaycan atalar sözləri/X
- Xoruz getdi, dava bitdi. Azərbaycan atalar sözləri/X
- Xoruz quyuya baxan kimi baxır. Azərbaycan atalar sözləri/X
- Xoruz öldü, gözü çöplükdə qaldı. Türk atalar sözləri
- Xoruz ölmüş, gözü çöplükdə qalmış. Azərbaycan atalar sözləri/X
- Xoruz öz küllüyündə banlar. Azərbaycan atalar sözləri/X
- Xoruz silkələnsə, bir çəngə tük olar, dəvə silkələnsə, bir ulağa yük olar. Azərbaycan atalar sözləri/X
- Xoruz zibili eşə-eşə özünü göstərər. Assuri atalar sözləri
- Xoruza quyruğu yük olmaz. Azərbaycan atalar sözləri/X
- Xoruzsuz da sabah açılar. Azərbaycan atalar sözləri/X
- Xoruzun altından yumurta axtarır. Azərbaycan atalar sözləri/X
- Xoruzun quyruğuna inanım, tülkünün andına? Azərbaycan atalar sözləri/X
- Xoruzun vəzifəsi banlamaqdır. Azərbaycan atalar sözləri/X
- Xoruzunu veriblər qoltuğuna. Azərbaycan atalar sözləri/X
Q
[redaktə]- Qoca dəvə bərk nərildər, qoca xoruz bərk banlar. Qaraqalpaq atalar sözləri
L
[redaktə]- Lovğa xoruzun quyruğu peyin içində olar. İndoneziya atalar sözləri
M
[redaktə]- Meşə xoruzunu qızıl qabda da yedizdirsən, yenə meşəyə uçacaq. İndoneziya atalar sözləri
P
[redaktə]- Payız cücəsindən xoruz çıxmaz. Ləzgi atalar sözləri
S
[redaktə]- Son xəbərlərə gəlincə, belə təəssürat yaranır ki, Avropa barbarları yenidən bir-birini məhv etməyə hazırlaşır. Rusiya-Türkiyə müharibəsi çalağanla ilanın mübarizəsini xatırladır: kiminsə məhv edilməsi nəticəsində dünyada bir dağıdıcı azalacaqdır. Göründüyü kimi, döyüşkənlik insan təbiətinin qanunu, kainat mexanizmindəki sürətli çoxalmanın yolunda bir maneədir. Quş həyətindəki xoruzlar bir-birini öldürürlər, ayılar, öküz və qoyunlar da eyni cür hərəkət edirlər, ilxıda at bütün gənc rəqiblərini öldürməyə çalışır və müəyyən müddət keçdikdən sonra onun özü gənc ayğırların qurbanı olur. Ümid edirəm ki, biz insanlar üçün kvakerlərin yolunun nə qədər faydalı olduğunu və ailəni dolandıranın həyatının döyüşçünün həyatından daha üstün olduğunu sübut edəcəyik. Təsəlli üçün o olar ki, dünyanın bir hissəsində ağılsızların məhv edilməsi digər hissələrində rifahın artmasına səbəb olur. Qoy bu, bizim qayğımız olsun və gəlin rusların buynuzdan, türklərin isə quyruqdan yapışdığı inəyi sağaq. Tomas Cefferson
T
[redaktə]- Tez banlayan xoruzu ley birinci aparar. Fin atalar sözləri
V
[redaktə]- Vaxtsız banlayan xoruzun başını kəsərlər. Azərbaycan atalar sözləri/V
- Varlının xoruzu da yumurtlayar. Tabasaran atalar sözləri