(Translated by https://www.hiragana.jp/)
adi - Vikilüğət Məzmuna keç

adi

Wiktionary saytından

azərbaycanca: adi

Mənalar :

  1. Adət halına keçmiş, gündəlik, hər vaxtkı. Adi hal. Adi işlər. Adi qayda. // Həmişəki. Ən çətin zamanlarda Əsgər kişi öz kitabxanasını adi səliqəsi ilə saxlamışdı. Mir Cəlal. Günəş qalın buludları yırtıb hər tərəfə işıq saçanda, artıq motor adi yeknəsəq səsi ilə fırlanırdı. M.Hüseyn.
  2. Sadə, başqalarından fərqlənməyən. Adi şey. Adi adam. Adi geyim. – İndi respublikamızda vaxtı ilə adi fəhlə olmuş yüzlərlə alim və mütəxəssislər, ixtiraçılar vardır. İ.Əfəndiyev.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]