(Translated by https://www.hiragana.jp/)
cəsarət - Vikilüğət Məzmuna keç

cəsarət

Wiktionary saytından
  • azərbaycanca: cəsarət

Mənalar :

  1. Qorxmazlıq, hünər, cürət. Cəhalətlə mübarizə ziyalılardan böyük iradə, cəsarət və mətanət tələb edirdi. A.Şaiq. // Cürət. [Bəypolad:] Cəsarətimin əfv ediləcəyinə əminəm, çünki səmimiyyətdən irəli gələn qüsurlar daima əfv edilir. H.Cavid. [Nuriyyə:] Bütün gücümü, cəsarətimi toplayıb gedirdim. İ.Əfəndiyev. _ Cəsarət etmək – ürəklənmək, ürək eləmək, cürət etmək, qorxmamaq. [Mürsəl:] Hərdən cəsarət edib atmaq istəyəndə anam acıqlanır(dı). Mir Cəlal. Cəsarət etməmək – qorxmaq, çəkinmək, ürək eləməmək. Zeynal yavaşca addımlar ilə Mehribana yaxınlaşdı. Bir söz deyəcəkdi. Bir dürlü cəsarət etməyir, üzü gəlməyirdi. Cəsarət vermək – cəsarətləndirmək, ürəkləndirmək, ürək vermək, cürətləndirmək. Bu fikir [Kazımı] qorxutmadı, əksinə, qəribə bir cəsarət verdi.. M.İbrahimov. Fərmanın sözləri Baxış bəyin ürəyincə oldu, Növrəstəni ələ keçirmək üçün ona cəsarət verdi. Ə.Abasov. S.Hüseyn. Rza duruxurdu, nə cavab verəcəyinə cəsarət etməyib yasalamağa üz qoydu. Ə.Vəliyev. Cəsarəti çatmamaq – özündə cəsarət hiss etməmək, ürək eləməmək, cürət etməmək, qorxmaq. Cərrahiyyə əməliyyatı aparmaq mümkün idi. Ancaq Leylanın cəsarəti çatmırdı. B.Bayramov.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]