(Translated by https://www.hiragana.jp/)
qatlamaq - Vikilüğət Məzmuna keç

qatlamaq

Wiktionary saytından

azərbaycanca: qatlamaq

Mənalar :

  1. Bükmək; ikiqat, üçqat və i.a. etmək. Paltarı qatlamaq. Kağızı qatlamaq. – Vaqifin cavabı xana xoş gəldi. Məktubu qatlayıb qasidə verdilər. Çəmənzəminli. // Qarmaq, qanırmaq, geri qaytarmaq. Qolu o qədər qüvvətlidir ki, qatlamaq olmur. Dizini qatlamaq. // Açıq şeyi örtmək. Ləbbeyk kitabı qatlayıb əlinə aldı. Mir Cəlal.
  2. Parçanı bir bərabərdə qat-qat edib, hər qatını bir-birinin dalınca tikmək. Köynəyin yaxasını qatlamaq.
  3. Əymək, bükmək. Boynunu qatlayıb çiyninə qoymaq.

Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]