(Translated by https://www.hiragana.jp/)
qayda - Vikilüğət Məzmuna keç

qayda

Wiktionary saytından
  • azərbaycanca: qayda

Mənalar :

  1. Nizam, səliqə; bir şeyin düzgün vəziyyəti, nizamda olması. Qaydaya salmaq. Şeyləri qaydada saxlamaq. Qayda yaratmaq. Otaq tam qaydadadır.
  2. Bir şeyin yerinə yetirilməsi üçün müəyyən üsullar göstərən qərar və s. Seçki qaydaları. Daxili intizam qaydaları. Elektrik qüvvəsindən istifadə qaydaları. Ali məktəblərə qəbul qaydaları. İmla qaydaları. Küçə hərəkəti qaydaları.
  3. Üsul, yol, tərz. Məqalə müzakirə qaydası ilə buraxılır. Bundan sonra yeni qayda ilə işləməli. – [Şahbaz bəy:] Gələn il bir özgə qayda ilə paltar geyəcəklər. M.F.Axundzadə. _ Bu qayda ilə – bu üsul ilə, bu cür. [Məmmədnəsir:] ..Atam öləndə mənə nəsihət edib dedi: “Bala, sən də bacar mənim kimi, dövlətlilərin pullarını çək, ötür içəri”. Bu qayda ilə iki ev və dükan sahibi olmuşam. Ə.Haqverdiyev. Öz qaydasınca – öz yolu ilə. Dünyada hər iş öz qaydasınca gedir. C.Məmmədquluzadə. ..Yelkəndə oxuyubçalanlardan başqa heç bir kəs yox idi. Şərab süfrəsi də öz qaydasınca düzəldilmişdi. M.S.Ordubadi.
  4. Adət, dəb. Xumar-xumar baxmaq göz qaydasıdır; Lalətək qızarmaq üz qaydasıdır. M.P.Vaqif. // “Qaydadır” şəklində – adətdir, xasiyyətdir. Namərddə qaydadır kəsər basdığın; Hər kəs hesab çəksin öz arasında. Aşıq Ələsgər.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]