qisim
Görünüş
Mənalar :[1]https://web.archive.org/web/20130728133325/http://azerdict.com/izahli-luget/qisim
- ↑
- [ər.] Bütöv bir şeyin ayrı-ayrı parçası; hissə. Məhsulun bir qismi toplanmışdır. Mətnin bir qismi yığılmışdır. İşin çox qismi görülmüşdür. – Günlərimin bir qismini də Kərim baba ilə keçirirdim. A.Şaiq. Çocuqların bir qismi oynayır, bir qismi dənizdə çimirdi. S.Hüseyn.
- Növ, cür. [Şah:] Aya sizin rəyinizə görə mən nə qisim tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm? M.F.Axundzadə. Məlum şeydir ki, burada İsmayıl bəyin cavabı iki qisim ola bilərdi: ya hə, ya yox.. C.Məmmədquluzadə. Bir qisim adamlar da Səttarzadənin müsamirəsinə iş üçün gələnlərdir. Mir Cəlal. qisim-qisim sif. [ər.] Cürbəcür, növbənöv, müxtəlif. Yaqo .. Kassio Dezdemonanın mabeynində məhz ülfət və məhəbbət olduğunu qisim-qisim dəlillər ilə ərəbə sübut qılır. F.Köçərli.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|