- azərbaycanca: toyuq
Kiril əlifbası : тојуг
- Hecalama: to-yuq
Mənalar :
- Yumurta, tük və ət almaq üçün saxlanan ev quşu. Ətlik toyuq. Toyuq hini. // Həmin quşun əti. Toyuq bişirmək. // Sif. mənasında. Həmin ətdən bişirilmiş, hazırlanmış. Toyuq kababı. Toyuq şorbası. – [Mirzə Cəmil] toyuq çığırtmasından iki tikə ağzına qoyub dayandı və Pərinin danışığının dalına qulaq asdı. Ə.Vəliyev.
- (Zoologiya) Toyuqkimilər dəstəsindən olan quşların dişisi. Qırqovul toyuğu. ◊ Toyuq bir qıçlıdır (ki, bir qıçlı) – dediyi söz səhv də olsa, onun üstündə duran, dediyindən əl çəkməyən, inadkar, tərs adam haqqında. [Qara Kərəmoğlu:] Kərim bəy tərsin biri idi. Dedi, toyuq bir qıçlıdır, deməli, bir qıçlıdır, daha danışıq ola bilməzdi. M.İbrahimov. Toyuq kimi büzüşmək – soyuqdan, ya qızdırmadan büzüşmək. Soyuqdan boynunu qısıb toyuq kimi büzüşmüş halda həyətə girdi. Ə.Abasov. Toyuq kimi (təki) hinə girmək – axşam tezdən evə girib qapı-pəncərəni bağlamaq, evdə oturmaq və ya yatmaq. [Camal:] Əşi, ay Nəbi dayı, indidən niyə toyuq təkin hinə girmisiniz? Ə.Abasov. Toyuq ölsə bir çəngə tükdür, dəvə ölsə dərisi bir yükdür – kiçik şeylə böyük şeyi müqayisə məqamında işlədilir. Toyuq tara çıxanda (çıxan vaxt) – hava qaralan vaxt, al qaranlıq olanda, axşam. Toyuq tardan düşəndə (düşən vaxt) – hava işıqlaşanda, alaqaranlıqdan, səhər tezdən. Pambıq zavodunun həyətində, fəhlələrin qapısında toyuqlar tardan düşəndə kəl arabasına beş gözəmə buğda yüklədilər. Ə.Vəliyev. Bişmiş toyuğun gülməyi gəlir (tutur) – mənasız, cəfəng şey və ya söz haqqında. [Asya:] Elə söz danışırsan ki, bişmiş toyuğun gülməyi tutur. Ü.Hacıbəyov.
Dünya xalqlarının dillərində
[redaktə]
Tərcümələr :
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
Tərcümələr :
{{fullurl:Şablon:{{{3}}}|action=edit}}