|
|
|
|
|
|
|
BÖYÜKAĞA TALIBLI
(1897-1938)
|
|
|
|
Talıblı Böyükağa Mirqasım oğlu – şair, publisist, 1934-cü ildən AYB-nın üzvü.
1897-ci il martın 21-də Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. Bakı realnı məktəbində təhsil almışdır (1909-1915). Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, bir il sonra orada azərbaycanca buraxılan «Hürriyyət» qəzeti redaksiyasının əməkdaşı olmuş, xalq komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilmişdir.
Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı vuruşmuş, eyni zamanda «Melitopolskiye izvestiya» qəzeti redaksiyasında əməkdaşlıq etmişdir (1915-1920).
1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilmiş, sonra burada xalq təsərrüfatı şurasının sədri olmuşdur. Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet quruluşu və hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləmişdir (1923-1932).
«Keyf içində (1929), «Tövbə» (1930), «Dirək» (1971), «Seçilmiş əsərləri» (1938) kitablarının müəllifi olmuşdur.
1938-ci ildə cəza tədbirləri dövründə həlak olmuşdur.
|
|
|
|
|
|
|
|
|
|
|
|