(Translated by https://www.hiragana.jp/)
Ukrayna Rusiyanın 89 pilotsuz təyyarəsini məhv etdiyini bildirib

Accessibility links

Ukrayna Rusiyanın 89 pilotsuz təyyarəsini məhv etdiyini bildirib


Ukrayna ordusu çərşənbə günü bildirib ki, Rusiyanın gecə ərzində 89 pilotsuz təyyarənin hamısını vuraraq Rusiyanın ən geniş dron hücumlarından birinin qarşısını alıb.

Ukrayna Hərbi Hava Qüvvələri ölkənin hava hücumundan müdafiə qüvvələrinin Nikolayiv bölgəsini hədəf alan Rusiyanın idarə olunan raketini də vurduğunu bildirib.

Ukraynanın paytaxtı Kyiv dron hücumunun ən böyük hədəfi olub. Şəhər administrasiyasının rəhbəri Serhiy Popko Telegram-da bildirib ki, Kyiv səmasında və şəhərə yaxın ərazilərdə 40-dan çox pilotsuz təyyarə vurulub.

Popko bildirib ki, iki dalğa ilə həyata keçirilən hücumlar nəticəsində xəsarət və ya dağıntılar qeydə alınmayıb.

Ukraynanın cənubundakı Xerson vilayətində rəsmilər bir nəfərin öldüyünü, digərinin isə yaralandığını bildirib.

Ukraynanın mərkəzi hissəsindəki Çerkassı və cənubdakı Dnepropetrovsk vilayətinin rəsmiləri onların ərazilərində çoxlu pilotsuz təyyarələrin vurulduğunu bildiriblər.

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü Rusiya-Ukrayna sərhədi boyunca 11-i Belqorod vilayətində olmaqla, Ukraynanın 19 pilotsuz təyyarəsini vurduğunu bildirib.

Bryansk vilayətinin qubernatoru Rusiya hava hücumundan müdafiə qüvvələrinin 4 pilotsuz aparatını vurmasından sonra heç bir itki və dağıntı olmadığını bildirib.

Digər pilotsuz uçuş aparatları Rusiyanın Kaluqa və Rostov vilayətləri, eləcə də Rusiya tərəfindən işğal olunmuş Krım üzərində vurulub.

Forum

XS
SM
MD
LG