Kişmiş
Kişmiş — xüsusi üzüm növündən hazırlanan çərəz. Eləcə də bu üzüm növünün adı.
Hazırlanması
redaktəKişmişin bir neçə hazırlanma üsulu var. Kişmişi həm kölgədə (yəni isti və quru, amma gün düşməyən yerdə, məsələn damın altında, ilkin emaldan keçmiş üzüm salxımları ipdən asılırlar), həm də gün altında qurudurlar.
Kişmişin ilkin emalı üsulları da bir neçədir:
- 1. Üzümün salxımlarını, rənginin açıq olmasını saxlamaq və qurudulmasının tezləşdirilməsi üçün 10 saniyə ərzində qaynar 0,5%-lik qələvi məhlulunda (10-30 qram potaş və 5-10 qram əhəng bir litr suya) emal olunurlar (sadəcə məhlula salınırlar) və sonra, soyuq suda yaxşıca yuyulurlar. Bunun nəticəsində üzümün üzərində tor əmələ gəlir. Bu üzümün qurudulması vaxtı suyun buxarlanmasını tezləşdirir. Bundan sonra, kişmişin daha yaxşı alınması üçün üzümü bir saat ərzində kükürd tüstüsünə verirlər (4 kq üzümə 1 qram kükürd).
- 2. İkinci üsul. Üzümün bəzi iri növlərini qurudulmasından əvvəl 3-5 saniyəlik 95-97 dərəcə istilikdə, 0,5%-lik süfrə sodası məhluluna salırlar. Belə emal üzümün üst qatını məhv edir və üzümün qabığında, suyun buxarlanmasını asanlaşdıran çoxsaylı məsamələr yaranır. İsti soda məhlulundan çıxarılan üzüm dərhal soyuq suda yuyulur, və salxımlar qurumaq üçün düzülür. Yuxarıda deyildiyi kimi bu halda da üzümü bir saat ərzində kükürd tüstüsünə verirlər. Bundan sonra salxımları rəflərə düzürlər və 2-3 gün qurudurlar. Bu üsulla azca qurudulmuş meyvəni, sonra hazır olanacan qurudurlar. Kişmişin ümumi qurudulması növündən, ölçüsündən, qurudulması öncəsi emalından asılıdır, və 4 -12, bəzən 20 sutka vaxt aparır. Qurudulmuş meyvələri topalayırlar, sonra, artıq çöküntüləri ayırmaq üçün ələkdən keçirirlər, rütubətinin bərabər paylanması üçün rəflərdə 1,5-2 həftə saxlayırlar.
- Sobalarda süni qurudulması üçün 65-75 dərəcə istilikdə saxlayırlar. Növündən asılı olaraq qurudulmuş üzümün nəmliyi 17-20% artıq olmamalıdır.
Kişmişi ilkin emalsız da qurudmaq olar, amma bu daha çox vaxt aparacaq və hazır məhsul nisbətən keyfiyətsiz olacaq.
İstifadəsi
redaktəKişmiş elə belə yeyilə biləcəyi kimi cemi və kompotu da edilə bilər. Ayrıca, bir çox şirin və keksin içinə də qatılır. Tumları alınıb qara bibərlə birlikdə yeyilsə böyrəklərə yaxşı gələr və böyrək qumlarını tökməyə köməkçi olar. Bəkməz ilə birlikdə qansızlığı aradan qaldırmağa köməkçi olar. Ayrıca, üzüm tumundan çıxarılan üzüm yağı ürək xəstəlikləri və xolesterolda faydalıdır.
Kişmişin faydaları
redaktəTərkibindəki bor sayəsində beyin funksiyalarını yaxşılaşdırır. Kişmiş həmçinin sümük və sinir hüceyrələrini, ürək döyüntüsünü tənzimləyən maqneziumla boldur. Saçların uzanması üçün vacib vitaminlərlə zəngin olmaqla yanaşı yaşlanmağın qarşısını alır, siqaret və içkinin zərərli təsirini azaldır.[1] . Quranda da (Ənam surəsi 99) adı çəkilən meyvələrdən olan üzümün qurudulması ilə əldə edilən kişmiş faydaları baxımından çox qiymətli bir qidadır. Bəzi qida dəyərləri yaş üzümdən çoxdur. A və B1 vitaminləri ilə kalsium, kalium, dəmir və natrium kimi mineralları ehtiva edir. Ayrıca, 100 qram kişmişdə 290 kalori vardır.
Yaxşı bir enerji qaynağıdır. Qanı artırır və bədəni kökəldir. Qaraciyərə faydalıdır. Sinə xəstəliklərinə yaxşı gəlir. Bəlğəmi sökür. Qida dəyərləri ilə xüsusilə uşaqların inkişafını dəstəkləyir. Ayrıca, kişmişin içərisində ağrı kəsici və başda oynaq iltihabları olmaq üzrə iltihab önləyici maddələr də bir miqdar vardır.
İstinadlar
redaktə- ↑ "Çərəzin cana xeyri". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-21.