(Translated by https://www.hiragana.jp/)
Təmiz torpağın buddizmi — Vikipediya

Təmiz torpağın buddizmi

Təmiz torpağın buddizmi (çin. 净土むね цзинтуцзун; yap. 浄土宗じょうどしゅう, дзёдо-сю; vyet. Tịnh Độ Tông, Tin Do Tonq), eləcə də amidaizm, amitoizm — Mahayana buddizmin məktəbi, Uzaq şərq buddizmin qolu.

Budda Amitabha, XII əsr, Kamakura, Yaponiya.

Təlimin xülasəsi

redaktə

Daosizminbuddizmin bir sıra ideyalarını özünəməxsus şəkildə sintez edən Daoanın şagirdi Huey-yuan icmanı – «sanqha»nı – hökmdara və hakimiyyətə qarşı qoyaraq və transsendental kontekstdə anlaşılan, yəni dünyanın fövqündə duran şəxsiyyət kimi qəbul edilən Vahid Tanrı – Amitabha – kultunu yaratmaqla dini dünyagörüşün, daha dəqiq deyilərsə, transsendental dinin formalaşma prosesini sona çatdırdı. Amidaizm adlandırılan bu din cəmiyyətdə hakim mövqe tutduqca Çin tarixinin orta əsrçilik dövrü başlayır.

Amidaizm Çində buddizmin ilk variasiyası kimi təşəkkül tapdı. Bu, icmaçı variasiya idi.

Konfutsiçilik cərəyanına daxil olanlar qeyri-aristokratik mənşəli legist ideyalarla barışdıqları üçün Çinin aristokratik ruhu özünü konfusiçiliyin dilində deyil, daha çox buddizmin dilində anlaya bildi və ifadə etdi. Aristokratik buddizm çan adlandırıldı və özünü icmaçı buddizmə – amidaizmə qarşı qoydu. Əgər amidaizm bu dünyadakı əziyyətlərin əvəzində o dünyada rahat həyata, cənnətə nail olmaq istəyənlərin buddizmi idisə, çan dünyanı həqiqiləşdirərək cənnətə döndərmək əzmində olanların buddizmi oldu. Əgər amidaizm dünyaya, dünyəvi həzlərə bağlı olanların buddizmi idisə, çan həqiqətə bağlı olanların buddizmi oldu. Əgər amidaizmdə Amidanın (Amitabhanın) mərhəmətinə inam təlqin edilirdisə, çanda ürəyin haqq səsinə inam təlqin edildi.

Həmçinin bax

redaktə