Hakim (futbol): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Dexbot (müzakirə | töhfələr)
k Bot: Parsoid bug phab:T107675
Sətir 78: Sətir 78:
Belə sistemdə oyunu iki hakim idarə edir və onların köməkçiləri olmur.<ref>[http://www.socceramerica.com/article/47920/the-two-ref-system-its-flaws-and-how-to-cope.html Vogt, Randy (24 Avqust 2012). "The Two-Ref System: Its Flaws and How to Cope".''Soccer America''.] </ref> Sistem [[Amerika Birləşmiş Ştatları|ABŞ]]-da Milli Dövlət Orta Məktəb Federasiyaları Assosiasiyasının qaydalarına uyğun olaraq tərbiq olunur və daha çox gənclər və həvəskar oyunlarda istifadə olunur. Həк iki hakim eyni və bərabər nüfuza malikdir və istənilən hakimin qərarı həlledicidi. Hər hakim ilk növbədə meydanın müəyyən sahəsinə görə cavab verir, lakin oyun qapı xəttinə doğru yaxınlaşarsa, hakim oyuna daha diqqətlə nəzarət etmək üçün yan xəttdən çəkilə bilər. Diaqonal sistemdə köməkçi hakimlər kimi, hər bir hakim bir yann xəttinə və bir qapı xəttinə görə məsuliyyət daşıyır, və onlar topun meydandan çıxb çıxmamasını müəyyən edirlər. <ref>Yannie, Noah. "[https://www.zianet.com/lcsra/HighSchool/NISOA%20Dual%20System%20of%20Control.pdf Soccer Officiating Dual System of Control]" (PDF). NISOA. Retrieved 6 March 2014</ref>
Belə sistemdə oyunu iki hakim idarə edir və onların köməkçiləri olmur.<ref>[http://www.socceramerica.com/article/47920/the-two-ref-system-its-flaws-and-how-to-cope.html Vogt, Randy (24 Avqust 2012). "The Two-Ref System: Its Flaws and How to Cope".''Soccer America''.] </ref> Sistem [[Amerika Birləşmiş Ştatları|ABŞ]]-da Milli Dövlət Orta Məktəb Federasiyaları Assosiasiyasının qaydalarına uyğun olaraq tərbiq olunur və daha çox gənclər və həvəskar oyunlarda istifadə olunur. Həк iki hakim eyni və bərabər nüfuza malikdir və istənilən hakimin qərarı həlledicidi. Hər hakim ilk növbədə meydanın müəyyən sahəsinə görə cavab verir, lakin oyun qapı xəttinə doğru yaxınlaşarsa, hakim oyuna daha diqqətlə nəzarət etmək üçün yan xəttdən çəkilə bilər. Diaqonal sistemdə köməkçi hakimlər kimi, hər bir hakim bir yann xəttinə və bir qapı xəttinə görə məsuliyyət daşıyır, və onlar topun meydandan çıxb çıxmamasını müəyyən edirlər. <ref>Yannie, Noah. "[https://www.zianet.com/lcsra/HighSchool/NISOA%20Dual%20System%20of%20Control.pdf Soccer Officiating Dual System of Control]" (PDF). NISOA. Retrieved 6 March 2014</ref>


<nowiki> </nowiki>İkili sistemində hakimlərin mövqeyi seçimi baksetboldakı olana bənzəyir. Hücum istiqamətindən asılı olaraq hər 2 hakimə ya "lider", ya da "iz" deyirlər.
İkili sistemində hakimlərin mövqeyi seçimi baksetboldakı olana bənzəyir. Hücum istiqamətindən asılı olaraq hər 2 hakimə ya "lider", ya da "iz" deyirlər.


İki hakim sisteminin tətbiqi əsasən həvəskar futbolda olmasına baxmayaraq, FİFA onunla təcrübə aparıb və [[UEFA]] yüksək dərəcəli turnirlərdə onun tətbiq edilməsi üçün FİFA-ya təkliflər vermişdir.<ref>"[http://www.dailymail.co.uk/sport/article-37939/Football-The-age-referees-match-takes-step-closer.html Football: The age of two referees for each match takes a step closer | Mail Online]". Dailymail.co.uk. 2013-09-17. Retrieved 2014-03-07. (ing)</ref>
İki hakim sisteminin tətbiqi əsasən həvəskar futbolda olmasına baxmayaraq, FİFA onunla təcrübə aparıb və [[UEFA]] yüksək dərəcəli turnirlərdə onun tətbiq edilməsi üçün FİFA-ya təkliflər vermişdir.<ref>"[http://www.dailymail.co.uk/sport/article-37939/Football-The-age-referees-match-takes-step-closer.html Football: The age of two referees for each match takes a step closer | Mail Online]". Dailymail.co.uk. 2013-09-17. Retrieved 2014-03-07. (ing)</ref>

14:40, 20 sentyabr 2015 tarixinə olan versiya

Qadın hakimlər briqadası (soldan sağaːYana Şauflova, Sara Gerett, Helen Konli)

Hakimfutbolda matçın gedişində oyunun qaydalarına riayət olunması üzrə məsul şəxsdir. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisəsdən uzağda olanda və sayr momentlərdə) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi edə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə kömək edir.

Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə kiçik abunə haqqı ödənilir. Lakin, bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılarki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar.

Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziyaya alırlar və öyrədililər. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir. Milli komandalar arasında beynəlxalq oyunlarda FİFA dərəcəli hakimlər tələb olunur.

Səlahiyyətləri və vəzifələri

Hakim sarı və qırmızı vərəqələrini oyunçulara müvafiq olaraq xəbərdarlıq etmək üçün və bir başa oyundan qovmaq üçün göstərir. Rəngli vərəqələri keçmiş FİFA hakimlər sədri Ken Aston daxil edib.

Hakimin səlahiyyətləri və vəzifələri 5-ci futbol qaydasına əsasən müəyyənləşdirilir.[1] Qəbildəndir:

Səlahiyyətləri

  • oyunu istənilən qanun pozuntularına görə, dayandıra və ya onu bitirə bilər;
  • oyuna hər hansı kənar müdaxilə edilərsə, oyunu dayandıra və ya onu bitirə bilər;
  • futbolçu ciddi zədə alsa, meydandan uzaqlaşdırılmasını təmin edilməsinə qədər, oyunu dəyandıra bilər. Zədəli futbolçu yalnız oyun yenidən başlayandan sonra, meydana qayida bilər;
  • əgər oyunçu onun fikrincə yüngül zədə alıbsa, oyunu top çıxana qədər davam etdirə bilər;
  • əgər komandaya qarşı qayda pozuntusu edilibsə, amma əgər qayda pozuntusuna uğramış komanda bundan üstünlük aldısa (məsələn, top onlarda qaldı), oyunu dəyandırmıyda bilər, amma əgər komanda bu üstünlüyü ala bilməsə, onda oyunu dəyandırmalıdır;
  • özünü apara bilməyən komanda rəsmilərini (baş məşqçini, ehtiyyatda olan futbolçuları və s.) meydandan tribunaya və ya bir başa oyundan qova bilər.

Vəzifələri

  • oyunun qanunlarına əməl edilməsi;
  • köməkçisi hakimlərlə və lazım gələrsə, dördüncü hakim ilə birgə məsələhtləşərk oyunu idarə etmək;
  • topun 2 qaydanın tələblərinə cavab verməsi üçün nəzarət etməlidir;
  • oyunçuların geyimlərinin 3 qaydanın tələblərinə cavab verməsi üçün nəzrət etməlidir;
  • oyunun xronometrajına nəzarət etmək və matçın hadisələrı haqqında yazılış aparmalıdır;
  • oyunçunun qanaxması halda onu meydanı tərk etməsini təmin etməlidir. Oyunçu yalnız hakimin icazəsi ilə meydana qayıda bilər. Hakim əmin olmalıdır ki, qanaxma dəyanıb
  • oyunçu eyni zamanda birdən çox qayda pozuntusu edərsə, onu daha sərt cəzalandırılmalıdır;
  • görə bilmədiyi məqamlarla bağlı köməkçi hakimlərlə məsləhətləşməlidir;
  • meydana kənar şəxslərin olmamasını təmin etməlidir;
  • oyun dəyandıqdan sonra, onu yenidən başlatmalıdır;
  • oyun zamanı qəbul edilmiş qərarları və oyun zamanı/sonrası baş vermiş insidentlərlə bağlı müvafiq orqanlarına rapot verməlidir.

9-cu futbol qaydasına görə (topun oyunda və oyundan kənarda olması) əgər top hakimə dəydisə, oyun dəyanmır.[2]

Geyim və təchizatlar

Almaniyalı hakim Marsel Unqer, 2013-cü il

Müasir günümüzdə hakimin və onun köməkçilərin geyimi köynəkdən, döş nişanından, şortdan və getrdən (corab) ibarətdir. Əvvəl adətən hakimlər qara geyimdə meydana çıxırdılar, amma komandaların birində hakimlə rəng eyniliyi olurdusa, onda onlardan fərqlənmək üçün hakim başqa rəngdə (çox vaxt qırmız) geyinirdi. 1994 ilin dünya çempionatında hakimlərə qırmızı, sarı və ağ rəngdə yeni köynəklər təqdim olunmuşdur, və eyni zamanda İngiltərə Premyer Liqasının hakimləri artıq yaşıl rəngdə geyinməyə başlamışdılar: hər iki dəyişiklik televiziya mülahizələri ilə izah edilirdi. O vaxtdan bəri hakimlər ya sarı, ya da qara rəngə üstünlüy verməyə başlamışdılar, amma ayrı-ayrı birliklər tərəfindən qəbul olunmuş rənglər və tərzlər bir birindən fərqlənir. FİFA-nın keçirtdiyi beynəlxalq yarışlarda hakimləri geyimlərlə Adidas təmin edir, çünki hazırkı sponsor bu şirkətdi. FİFA hakimlərə beş rəngdə geyinməyə icazə verirː qara, qırmızı, sarı, yaşıl, göy. Köynək ilə yanaşı, hakimlərdən qara şort, qara corab (bəzi hallarda ağ zolaqlı olan) və qara ayaqqabı geymək tələb olunur. Hakimin lisenziya səviyyəsini və fəaliyyət tarixini göstərən nişan sinədə olan sol cibinin üstünə vurulur.

Hər hakimidə fit, saat, cərimə vərəqələri, qələm, bloknot və püşkatma üçün qəpik olmalıdır. Tövsiyyə olunur ki, hər bir ləvazimatdan bir neçə olsun. Tez-tez, hakimlər iki saat istifadə edir ki, biri vaxta nəzarət etmək üçün, ikincisi isə itirilmiş vaxtı hesablamağa ki, oyuna əlavə dəqiqələr artıra bilsin. Yüsək səviyyəli turnirlərdə hakimlər öz aralarında ünsiyyət qurmaq məqsədi ilə özləri ilə xüsusi qulağcıqlar daşıyırlar və hakimin köməkçiləri düymə vasitəsi ilə əsas hakimə siqnal verən elektron bayraqlar istifadə edirlər.[3] Qol xətti texnologiyası istifadə edilən oyunlarda, hakimdə sisteminin siqnallarını almaq üçün qurğu olur.[4]

Fit

Alan Uiley Mançester Yunaytedli Nemanya Vidiçə qırmızı kart göstərərkən

Hakim fiti oyunu kontrol eləmək üçün istifadə edir. Fit oyunu başlamaq,dəyandırmaq və bitirmək üçün çalına bilər, amma hər dəyanma üçün tətbiq edilməməlidir. FİFA-nın futbol oyunun qaydaları barədə sənəddə fitin nə vaxt işlədilib-işlədilmədiyi göstərilib.[5] Fitin tez-tez istifadəsə məsləhətli deyil, çünki qaydalarda yazılıbː "Sıx-sıx işlənən fit daha az təsir göstərər".[5] Şifahi və göz ünsiyyəti kimi fitdə vacibdi.

Fitin tətbiqindən əvvəl, hakimlər ağ dəsmal yelləyərək, oyunu idarə edirdilər. Hakimlər tərəfindən qəbul edilmiş ilk fiti Birmingemdə yaşamış Josef Hadson düzəltmişdir. İddia olunur ki, fitin tətbiq edildiyi ilk oyun 1878-ci ildə Nottingem Forest-Sheffield Norfolk oyunu olub.

Fit futbol qaydalarına 1936 ildə əlavə olunmuşdur. Qaydaya görəː "Hakimin oyunçular üzərində nəzarəti oyuna daxil olan kimi başlanır, amma qanunlarla bağlı yurisdiksiyası start fiti çalındığdan sonra qüvvəyə girir"

2007-ci ildə Beynəxalq Futbol Assosiyasiyaların Birliyi oyunun qanunlarını xeyli genişləndirdi: fiti rabitə kimi necə və nə vaxt istifadə olunmalıdır haqda məsləhətlərinin tam səhifəsini yaratdı, bununlada idarəetmə mexanizmi hakimlərə daha aydın və əlçatan oldu.

Tarix

Futbol hakimlərini ilk dəfə 1581-ci ildə Riçard Mulkaster təsvir edib.[6] Müasir futbolun hakimləri ilk dəfə İngilis orta məktəblərində oynanılan futbol oyununlarında hakimlik etmişdilər, xüsusəndə 1845-ci ildə İton kollecində.[7]

İlk illərdə güman edilirdi ki, hər hansı mübahisəni müzakirələr yolu ilə həll etmək olar, çünki centlmen oyunçular heç vaxt qəsdən qaydanı pozmağ istəməzlər, amma futbolda rəqabət artdıqca, hakimlər üçün  tələbat artdı. Əvvəlcə hər komandanın 1 hakimi olurdu və əgər onların qərarları bir birənə uyğun gəlməzdisə və ya oyunçular qərar ilə narazı olurdularsa, onda üçüncü hakimə (bu hakim əsasən oyunun vaxtına nəzarət edirdi) şikayət verilə bilərdi.[8]

Hakimlər bu günki dominant mövqeyilərini 1891-ci ildə qaydalarda böyük dəyişikliklərdən sonra aldılar.[8]

Mövqeyi və öhdəliklər

Diaqonal nəzarət sistemi bütün dünyada futbol matçlarnda hakimlər tərəfindən istifadə olunan mövqeyi seçimin və məsuliyyət bölgüsünün əsas sistemidir. Bu Futbol Qanunlarının tərəfindən qəbul edilmiş yeganə belə sistemdir.

Diaqonal nəzarət sistemi

Diaqonal nəzarət sistemində baş hakimin (R) və köməkçisi hakimlərin (AR) mövqeyilərini göstərən sxem

Diaqonal nəzarət sistemində, hakimin bütün məsələlərdə yekun qərarların qəbul etmək səlahiyyəti var. Baş hakimə tövsiyə verən iki köməkçi hakimlər yardım edirlər. Baş hakim köməkçi hakimlərin qərarlarını rədd etmək hüququna malikdir. Hakim oyunu başlamaq, dayandırmaq və bitirmək kimi səlahiyyətləri var, həmçinin oyunçulara xəbərdarlıq etmək və onları meydandan qovmaq kimi intizam tədbirlərini keçirdə bilər. Üç hakim arasında olan məsuliyyət bölgüsünü təsvir etməyin ən yaxşı yolu – onların əsas vəzifələrini müəyyən etməkdir.

Futbol stadionun mərkəzi xətti onu iki hissəyə bölür və beləliklə bir bir ilə üzbəüz olan yann xətlər yaranır. Bu yann xətlər köməkçi hakimlərin mövqeyiləri sayılırlar. Məsələn, şimal-cənub istiqamətdə köməkçi hakimlərin biri (sağ tərəfdə ki şəkildə AR işarələnib) meydanın şərq cinahında durur və qapı xəttinin şimalından orta xəttə qədər fəaliyyət göstərir, eyni zamanda o biri köməkçi hakim meydançanın qərb cınahında dəyanır və qapı xəttinin cənubundan orta xəttə qədər öz işini görür. Hakim köməkçilərinin künc, penalti zərbələrinə və aut atışlarına görə konkret mövqeyiləri var. Köməkçi hakimlər əsas vəzifələrini bayrağlarını istifadə edərək, yerinə yetirilər, vəziflər bunlardan ibarətdir:

  • oyunçuların oyundan kənar vəziyyətə düşərsə, baş hakimə bildirmək (bayrağları istifadə edərək), ;
  • top meydançanı tərk edərsə, onu kimdən çıxdığını göstərmək;
  • əgər qayda pozuntusu hakimin görə bilmədiyi zonada yerinə yetirilibsə, bunu referiyə işarə etmək

Baş hakim (referi) köməkçilərinin görə bilməyəcəyi ərazilərə nəzarət edir, və əsasən meydanda cənub-şərq sektorundan şimal-qərb sektoruna hərəkət edir, buna görədə bu sistem "Diaqonal nəzarət" adlanır. Bəzi hallarda hakim daha düzgün qərar vermək üçün hətta meydandan çıxa bilər. Əsas ideya ondan ibarətdir ki, DNS istifadə edən hakimlər daha tez zamanda düzgün mövqeyi seçə bilsinlər və oyunun mühüm aspektlərinə (ofsayd, topun meydandan çıxb çıxmaması, qol vurmaq imkanları, top uğrunda mübarizə) riayət etsinlər.

Diqqət yetirin ki, yuxarıda sadalanan təsvirlər "sola qaçışı" yada "standart diaqonalı" kimi tanınan sol diaqonal idarəçilik sisteminə aiddi. Əgər oyundan əvvəl mərkəzi hakim cənub-qərbdən şimal-şərqə hərəkət etmək qərarına gələrsə, onda köməkçilər müvafiq şəkildə öz mövqeyilərini dəyişməlidilər, bunun nəticəsində "sağ qaçışı" və ya "əks diaqonalı" kimi tanınan sağ diaqonal idarəçilik sistemi yaranır.

Beynəlxalq oyunlarda sol diaqonal idarəçilik sistemi 1960-cı ildən universal sayılırdı. İndi ki zamanda o, bütün dünyada üstünlük təşkil edir. İngiltərə isə 2007-08 mövsümünə qədər bu konvensiyanın istisna idi, lakin İngiltərənin bəzi aşağı liqalarında hakimlər hələdə sağ idarəçilik sistemini istifadə edirlər. Bu idarəçiliy sistemlərinin banisi keçmiş hakim və FİFA prezidenti Stenli Rouzdu.[9]

İki hakim

Belə sistemdə oyunu iki hakim idarə edir və onların köməkçiləri olmur.[10] Sistem ABŞ-da Milli Dövlət Orta Məktəb Federasiyaları Assosiasiyasının qaydalarına uyğun olaraq tərbiq olunur və daha çox gənclər və həvəskar oyunlarda istifadə olunur. Həк iki hakim eyni və bərabər nüfuza malikdir və istənilən hakimin qərarı həlledicidi. Hər hakim ilk növbədə meydanın müəyyən sahəsinə görə cavab verir, lakin oyun qapı xəttinə doğru yaxınlaşarsa, hakim oyuna daha diqqətlə nəzarət etmək üçün yan xəttdən çəkilə bilər. Diaqonal sistemdə köməkçi hakimlər kimi, hər bir hakim bir yann xəttinə və bir qapı xəttinə görə məsuliyyət daşıyır, və onlar topun meydandan çıxb çıxmamasını müəyyən edirlər. [11]

İkili sistemində hakimlərin mövqeyi seçimi baksetboldakı olana bənzəyir. Hücum istiqamətindən asılı olaraq hər 2 hakimə ya "lider", ya da "iz" deyirlər.

İki hakim sisteminin tətbiqi əsasən həvəskar futbolda olmasına baxmayaraq, FİFA onunla təcrübə aparıb və UEFA yüksək dərəcəli turnirlərdə onun tətbiq edilməsi üçün FİFA-ya təkliflər vermişdir.[12]

İstinadlar

  1. Laws of the Game 2009/2010 (PDF). FIFA. səh. 21. İstifadə tarixi: 2010-01-29.
  2. "Law 9 The Ball In and Out Play" (PDF). FIFA. İstifadə tarixi: 5 September 2013.
  3. "Electronic Flags" (PDF). United States Soccer Federation. İstifadə tarixi: 13 May 2014.
  4. Whitwell, Laurie. "Seven cameras watch like a hawk and a watch vibrates: goal-line technology is unveiled... and it's even made Arsene happy!". Daily Mail. 8 August 2013. İstifadə tarixi: 13 May 2014.
  5. 1 2 Laws of the Game 2012/2013 (PDF). FIFA. səh. 80. İstifadə tarixi: 2013-05-20.
  6. http://www.ucs.mun.ca/~wbarker/positions-txt.html
  7. 105-ci səhfədə
  8. 1 2 http://www.fifa.com/classicfootball/history/the-laws/from-1863-to-present.html
  9. Rewriting the Laws of the Game
  10. Vogt, Randy (24 Avqust 2012). "The Two-Ref System: Its Flaws and How to Cope".Soccer America.
  11. Yannie, Noah. "Soccer Officiating Dual System of Control" (PDF). NISOA. Retrieved 6 March 2014
  12. "Football: The age of two referees for each match takes a step closer | Mail Online". Dailymail.co.uk. 2013-09-17. Retrieved 2014-03-07. (ing)