TƏPH (qaz kəməri)
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
TƏPH qaz kəməri | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | təbii qaz kəməri |
Tikilmə tarixi | 2015- |
Uzunluğu | 200 km |
Məhsuldarlığı | 33 mlrd |
Yerləşməsi | |
Ölkələr | |
Vikianbarda əlaqəli mediafayllar |
TƏPH qaz kəməri — uzunluğu 1,735[1] km olan, Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan ərazisindən keçən,Ş inşa edilməkdə olan qaz kəməri. Layihənin gücü illik 33 mlrd m³²-dir[2]. Belə düşünülür ki, layihənin dəyəri 8 - 10 mlrd ABŞ dollarıdır[3]. Layihənin işə düşməsi 2017-ci ilə planlaşdırılırdı[4], ancaq sonraya saxlanılmışdır.
Texniki göstəriciləri
Kəmərin ümumi uzunluğu 1 735 kilometrdir. Türkmənistan ərazisindən 200 km, Əfqanıstandan 735 km, Pakistandan 800 km keçməklə Hindistana uzanır. Qaz kəmərinin Əfqanıstanın Herat, Qəndahar şəhərlərindən keçməklə, ən sonda Pakistan-Hindistan sərhəddində, Fazilka qəsəbəsində bitəcəkdir[5].
Qaz kəmərinin gücünü təmin etmək məqsədi ilə Türkmənistanın ən böyük qaz yatağı olan «Qalkınış» seçilmişdir.
2018-ci ildə bu qaz kəməri ilə sutka ərzində 90 mln m³ qaz ixrac edilə bilər. Bunun 38 mln m³ Hindistana ixrac edilməlidir. 30 illiyinə imzalanmış müqaviləni Türkmənistanın «Türkmənqaz», Hindistanın GAIL və Pakistanın Inter State Gas Systems[6][7] şirkətləri imzalamışdır.
Tarixi
11 dekabr 2010-cu il tarixində Aşqabadda layihə iştirakçısı olan dövlət başçılarının zirvə toplantısı keçirilmişdir. Bundan sonra TƏPH layihəsinin həyata keçirilməsi üzrə Qaz Boru Kəməri Çərçivə Konvensiyası və Hökumətlərarası Müqavilə imzalanmışdır.
2012-ci ilin may ayında III Beynəlxalq Qaz Konqresi çərçivəsində Türkmənistanda Hindistan və Pakistan milli şirkətləri ilə təbii qaz satışı və alışı haqqında saziş imzalanmışdır. 9 iyul 2013-cü ildə isə «Türkmənqaz» və Əfqanıstan qaz korporasiyası arasında alış və satış haqqında müqaviılə imzalanmışdır
19 noyabr tarixində Aşqabadda Beynəlxalq Neft və Qaz Forumu çərçivəsində Türkmənqaz, Əfqanıstan Qaz Korporasiyası, «Inter state gas systems (Private) limited» (Pakistan) və GAIL və Asiya İnkişaf Bankı arasında servis anlaşması imzalanır. Asiya İnkişaf Bankı TƏPH qaz boru xətti layihəsinin əməliyyatlar üzrə müşavir kimi çıxış edir[8]. 13 dekabr 2015-ci ildə Türkmənistan Marı şəhərində Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) marşrutu boyunca davam edəcək bir qaz kəmərinin tikintisi üçün təməl atma mərasimi keçirilmişdir. Mərasimdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Pakistanın Baş naziri Nəvaz Şərif, Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzay və Hindistanın vitse-prezidenti Məhəmməd Həmid Ənsari iştirak etmişdir[9].
23 fevral 2018-ci ildə qaz kəmərinin Əfqanıstan hissəsinin çəkilişinə başlanılmışdır[10].
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Презентация проекта газопровода ТАПИ состоится осенью в Сингапуре, Нью-Йорке и Лондоне". 2015-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
- ↑ "Газопровод ТАПИ предложено достроить до России через Казахстан". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
- ↑ "Пакистан приступит к реализации проекта ТАПИ к декабрю 2018 года" (rus). 2018-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-15.
- ↑ "Туркмения, Афганистан, Пакистан и Индия эТАПИруют газ мимо России". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
- ↑ "В Ашхабаде подписано очередное соглашение по строительству газопровода ТАПИ". 2018-11-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
- ↑ "Газопровод ТАПИ: кто обеспечит его безопасность?". 2013-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
- ↑ "Презентация проекта газопровода ТАПИ состоится осенью в Сингапуре, Нью-Йорке и Лондоне". 2015-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
- ↑ "Азиатский банк развития стал транзакционным советником проекта газопровода ТАПИ". 2015-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
- ↑ "ТАСС: Экономика и бизнес - Первый камень в строительство газопровода ТАПИ заложен в туркменском городе Мары". 2015-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
- ↑ "Стартовало строительство афганского участка газопровода ТАПИ" (rus). 2018-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-15.