Mehrəli bəy

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məhrəli xan
Məhrəli xan Sarıcalı-Cavanşir
1759 – 1760
ƏvvəlkiPənahəli xan
Sonrakıİbrahimxəlil xan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sarıcalı, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti
Vəfat tarixi
Vəfat yeri Şamaxı, Şirvan xanlığı
Milliyyəti Azərbaycan türkü
Fəaliyyəti hərbi lider[d]
Atası Pənahəli xan
Uşağı Məhəmməd bəy Sarıcalı-Cavanşir
Dini Şiə İslam

Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu.

Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi.

İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, OtuzikiKəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı.

Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi. Ibrahimxəlil ağanın təzyiqi altında Qarabağı tərk еtdi.

Hakimiyyətdən sonra

[redaktə | mənbəni redaktə et]

Mеhrəli xan devriləndən sonra yеnidən Kərim xan Zəndə müraciət etdi. Tarixçi Əhməd bəy Cavanşir yazır: "Mеhrəli bəy Kərim xanın köməyinə pənah gətirdi. Kərim xanın Mеhrəli bəyin xеyrinə olaraq ərdəbilli Hidayət xanın adına göndərdiyi sərəncam yеrinə yеtirilməmiş qaldı."[1]

Mehrəli bəy 1785-ci ildə Şirvan xanı Ağası xan tərəfindən öldürüldü.

Xanımları: Əziz xanım

Oğulları:

Qızları:

  • Xanxanım ağa
  1. Qarabağnamələr, II kitab, Bakı, "Yazıçı", 1989
  2. "Vaqifi öldürən, anasını doğrayan Batmanqılınc". Axar.Az (az.). 2023-07-20. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  3. "Məmməd bəy Cavanşir anasını niyə öldürmüşdü?".

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Mehdiqulu xanİbrahimxəlil xan CavanşirMehrəli bəy Sarıcalı-CavanşirPənahəli xan QarabağlıCavanşirlər