Şimali Koreya bayrağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şimali Koreya bayrağı
Təfərrüatlar
Proporsiya 1:2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimali Koreya bayrağı 1948-ci il sentyabr ayının 8-də verilmiş qərar ilə ölkənin rəsmi bayrağı və simvolu elan edilmişdir. Ağ çevrə içərisində yerləşdirilmiş olan qırmızı beşguşəli ulduz kommunizmin simvoludur. Bayrağın üstündəki qırmızı rəng inqilabi vətənpərvərliyi, mavi rəngli simvollar müstəqillik, sülh, və qardaşlıq ideyaları uğrunda mübarizə aparan dünya xalqlarını, ağ simvollar isə Koreya xalqının uzun tarixə yayılmış olan mədəni birliyini əks etdirir.