Azərbaycan məktəbi (jurnal)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan məktəbi
Növ jurnal
Dövrilik İl ərzində 4 nömrə
Tiraj 5000
Təsisçi Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təsis tarixi 1924-cü il
İlk buraxılışı 1924-cü il
Ölkə Azərbaycan Respublikası
Dil Azərbaycan, rus, ingilistürk
ISSN 0134-3289
as-journal.edu.az

Azərbaycan məktəbi (jurnal)Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi-nəzəri, pedaqoji jurnalı.İlk və ən uzunömürlü jurnalıdır. 1924–1930-cu illərdə "Yeni məktəb", 1930–1941-cü illərdə "Müəllimə kömək" adlanlandırılıb, 1943-cü ildən başlayaraq "Azərbaycan məktəbi" adı ilə dərc olunur.

  • «Azər­baycan məktəbi» - pedaqoji mətbuat tariximizdə ən uzunömürlü akademik jurnal hesab olunur. Jurnal 95 il müddətində təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli rol oynayıb.

Jurnalda elmi ictimaiyyət nümayəndələrinin, pedaqoqların, psixoloqların təhsilin aktual problemləri,fəlsəfəsi, tarixi ilə bağlı məqalələri dərc olunub. 2018 - ci ildən Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun göstərişi əsasında jurnalda yeni islahatlara start verilib. Onun dizaynı, məqalələrin hazırlanması və nəşri prosesi dünyanın təhsil sahəsində nüfuzlu elmi jurnallarının qəbul etdiyi elmi standartlara uyğunlaşdırılıb, jurnalın veb saytı yaradılıb. 1924-cü ildən bu günümüzədək nəşr olunan nömrələrinin elekton bazası yaradılıb və saytda arxivləşdirilib. Hazırda jurnalın saytı ingilis dilində dünya ictimiaiyyətinə təqdim olunur. CiteFactor, Index Copernicus kimi, ResearchGate, DOAJ, Ideal Online, SOBIAD kimi elmi dərgilərin elektron arxivlərini indeksləmə qurumları tərəfindən tanınmağa və qəbul edilməyə başlanmışdır. Hazırda Web of Sciencenəhəng elmmetrik platformasına daxil olmaq üçün ən müasir standartların tətbiqinə doğru istiqamətlənən “Azərbaycan məktəbi” jurnalı təhsilimizin aktual problemlərinə, qabaqcıl təcrübənin öyrənilməsinə, təhsilinin dünyada qəbul olunmuş nəzəri və konseptual məsələlərinə aid məqalələrin nəşrini planlaşdırır.

"Azərbaycan məktəbi" Azerbaijan Journal of Educational Studies adı altında beynəlxalq jurnal kimi artıq dünya arenasından da çoxsaylı alimlərin elmi məqalələrinidə dərc edir.

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxil edilmiş, akademik Mehdi Mehdizadə adına mükafata layiq görülmüşdür.

Yeni məktəb 1966 Cover Page
Müəllimə Qoməq 1931
Azərbaycan məktəbi 1966

Keçmiş sovet respublikaları arasında ilk dəfə olaraq “Azərbaycan məktəbi” jurnalına əlavə kimi müxtəlif illərdə 8 adda metodik məcmuə çap edilib. Həmin metodiki əlavələrin bəziləri bu gün də dərc olunmaqdadır. Bu əlavələr aşağıdakılardır:

  • "Русский язык и литература в Азербайджане"[1] (1947)
  • “Azərbaycan dili və ədəbiyyat tədrisi” (1954),
  • “Fizika və riyaziyyat tədrisi” (1954),
  • “Kimya və biologiya tədrisi” (1956),
  • “Əmək və politexnik təlim” (1958),
  • “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” (1964),
  • “İbtidai məktəb və məktəbəqədər tərbiyə” (1970),
  • “Məktəbdə bədən tərbiyəsi” (1976)

Qeyd edilməlidir ki, fənlər üzrə əlavə metodik məcmuələr nəşrə başlayana qədər metodika sahəsindəki yeni ideyalar yalnız bu jurnal vasitəsilə təhsil ictimaiyyətinə çatdırılırdı.

SSRİ dövründə

[redaktə | mənbəni redaktə et]

Azərbaycan məktəbi Azərbaycan SSR-də aylıq elmi-pedaqoji jurnal olmuşdur. Azərbaycan SSR Maarif Nazirliyinin orqanı olmuşdur. Qəzet 1924-cü ildən Bakıda nəşr edilmişdir. 1930-cu ilin noyabrınadək "Yeni məktəb", 1930-cu ilin noybarından 1941-cii ilin aprelinədək "Müəllimə kömək" adlanmışdır. Qəzet 1933-cü ildə və 1941-ci ilin aprelindən 1943-cü ilin aprelinədək çıxmamışdır. 1943-cü ilin aprelində "Azərbaycan məktəbi" adı ilə çıxmışdır. Jurnala əlavə olaraq 8 metodik məcmuə ("Azərbaycan dili və ədəbiyyat tədrisi", "Fizika və riyaziyyat tədrisi", "Kimya və biologiya tədrisi" və s.) nəşr edilmişdir. "Azərbaycan məktəbi"ndə pedaqogika tarixi və nəzəriyyəsi, məktəbşünaslıq, tədris metodikası, məktəbəqədər tərbiyə və s. məsələlərə dair məqalələr dərc olunmuşdur. 1976-cı ildə tirajı 21 min nüsxə olmuşdur.[2]

Müstəqillik illərində «Azərbay­can məktəbi»

[redaktə | mənbəni redaktə et]

Müstəqilliyimizin ilk illərində «Azərbay­can məktəbi» jurnalı bir çox problemlərlə və bağlanmaq təhlükəsi ilə üzləşdi. Yalnız ulu öndər Heydər Əliyevin ölkəmizdə bərqə­rar olan davamlı inkişaf kursu sayə­sində təhsilin bütün sahələrində olduğu kimi, pedaqoji mətbuat orqanlarının, o cümlədən «Azərbaycan məktəbi»nin fəaliyyətini davam etdirməsinə imkan və şərait yarandı. Hazırda jurnal Azərbaycanın təhsil sistemində uğurla aparılan islahat prosesinə dəyərli töhfə verir. Azərbaycan dövlətinin təhsilə göstərdiyi diqqət və qayğı dərc olunan məqalələrin əsas qayəsini təşkil edir. Jurnalda ardıcıl olaraq təhsil isla­hatları, o cümlədən müasir inkişaf tendensiyaları ilə bağlı məqalələr aparıcı yer tutur.

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Jurnalda yer alan “Təhsil siyasəti”, “Pedaqogika”, “Metodika”, “Kurikulum”, “Psixologiya”, “Təhsil tarixi”, “Beynəlxalq təcrübə”, “Təhsil texnologiyaları” rubrikalarının hər biri Azərbaycan və dünya təhsilinin qabaqcıl tendensiyalarını, (“Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” kimi konseptual sənədləri, Azərbaycan təhsilində son dövrlər həyata keçirilən genişmiqyaslı islahatların nəticələrinin elmi mahiyyətini, beynəlxalq təcrübənin tətbiqi imkanlarını, pedaqoji təhsilin məzmununu, pedaqoji kadr hazırlığının təşkilinə qoyulan tələblərin nəzərə alınmasını, ümumi təhsilin müəssisələrinin ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlərin beynəlxalq qiymətləndirmədə mövcud vəziyyətini, Beynəlxalq məktəblərdə qlobal vətəndaşlıq təhsilinin liberal perspektivlərini, eyni zamanda təhsil tariximizin bəzi mühüm məqamlarını) zəngin tədqiqat faktlarını əhatə edir.

Jurnalla əməkdaşlıq edən məşhurlar

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın elmi-ictimai fikrinin tanınmış simaları - Bəkir Çobanzadə, Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Tağı Şahbazi Simurğ, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Məmməd Arif, Məmməd Cəfər, Əşrəf Hüseynov, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Abasqulu Abbaszadə, Maqsud Cavadov, Cümşüd Zülfüqarlı, Mehdi Mehdizadə, Əhməd Seyidov, Ağəmməd Abdullayev, Feyzulla Qasımzadə, Həmid Araslı, Əkbər Bayramov, Budaq Budaqov, Mərdan Muradxanov, Bəşir Əhmədov, Yusif Talıbov, Əliheydər Həşimov, Əjdər Ağayev, Əbdül Əlizadə, Hüseyn Əhmədov, Nurəddin Kazımov, Yəhya Kərimov və digərləri jurnalla sıx əməkdaşlıq əlaqələri qurub, özlərinin elmi fikirlərini, pedaqoji təcrübələrini məhz bu jurnal vasitəsilə oxuculara çatdırıblar. XX əsrin 70-80-ci illərində “Azərbaycan məktəbi” jurnalı Sovetlər Birliyinin ən nüfuzlu pedaqoji nəşrləri sırasında yer alırdı. Keçmiş ittifaqın tanınmış pedaqoq alimlərinin ( SSRİ Maarif naziri Mixail Prokofyev, Rusiyanın görkəmli alimləri, akademiklər Yuri Babanski, Artur Petrovski, Mirzə Maxmutov, Vladimir Adoratski, Valeri Alekseyev, Aleksey Bodalyov, Vladimir Favorski, İvan Kairov, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvləri Daniel Elkonin, Aleksandr Kotalikov, professorlar Pyotr Fridolin, Boris Komarovski, Pavel Yakobson, Mixail Abramov, Aleksey Amossov, Leb İtelson, Nadejda Krupskaya, akademik Aleksandr Makovelski, Gürcüstandan akademik Şalva Amanaşvili əsərləri sistemli olaraq jurnalın səhifələrində yer tutub. İttifaqın aparıcı elmi-pedaqoji nəşrləri “Azərbaycan məktəbi” jurnalında dərc olunan yazılardan ardıcıl olaraq iqtibaslar gətirib, buradakı elmi məqalələri öz səhifələrində yerləşdiriblər.

Jurnal barədə deyilənlərdən

[redaktə | mənbəni redaktə et]

Azərbaycan-sovet yazıçısı, dramaturq, ictimai xadim Mirzə İbrahimov XX əsrin 40-cı illərini nəzərdə tutaraq yazırdı:

«...O zaman məktəb və müəllimlərimiz həmişəkindən daha artıq təlim-tərbiyə barədə müntəzəm məlumat ve­rən ədəbiyyata, xüsusən qəzet və jurnala bö­yük ehtiyac duyurdu... Müəllimlərimizin, bü­tün maarif işçilərinin mənəvi tələbləri, peda­qoji elmləri dərindən mənimsəmək həvəsi, təlim və tərbiyənin vacib məsələlərini, mək­təb həyatını ətraflı işıqlandıran elmi yazılara ehtiyac xüsusi bir jurnalın çap olunmasını tələb edirdi. Beləliklə, «Azərbaycan məktəbi» meydana çıxdı... Bu illər ərzində peda­qoji fikrimizin inkişafında, respublikamızda tə­lim-tərbiyə sisteminin kamilləşməsində, pe­daqoji elmi kadrların yetişməsində, püxtələşməsində, məncə, onun xidmətləri çox böyükdür».

Jurnalın rubrikaları

[redaktə | mənbəni redaktə et]
  • «Təhsil tarixi»
  • «Təhsilin fəlsəfəsi»
  • «Beynəlxalq təcrübə»
  • «Peda­qoji psixologiya»
  • «Təhsilin iqtisadiyyatı»
  • «Təhsilin idarəedilməsi»
  • «Kurikulum, innovasiyalar»
  • «Metodika, qabaqcıl təcrübə»
  • «Yeni nəsil dərsliklər, yeni nəşrlər»

Jurnalın baş redaktorları

[redaktə | mənbəni redaktə et]

Jurnalın ilk baş redaktoru Mustafa Quliyev olub (1924-1928). Daha sonra Abbas Sultanov (1928-1929), Qılıncinski (1930) , Mikayıl Rəhimli (1932), Pənah Qasımov (1935-1936), İsmayıl Qasımov (1937-1940), Rüstəm Hüseynov (1940-cı ilin sonlarında), Laləzar Mustafayeva (1941-1943) , Ə.M.Qafarlı (1947), Rüstəm Hüseynov ( 1948-1963), Əkbər Mirzəyev (1963-1974), Əjdər Ağayev (1974-1981), Zəhra Əliyeva (1981-2006), Nəcəf Nəcəfov (2006-2018), Rahil Nəcəfov (2018-2021) rəhbərlik edib. Hazırda jurnalın baş redaktoru Arzu Soltandır.

Jurnalın redaksiya heyətinin üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Arzu Soltan (baş redaktor)
  • Nəsrəddin Musayev (baş redaktorun müavini)
  • Tariyel Süleymanov (məsul katib)
  • Könül Abaslı (Azərbaycan Respublikasının Təhsil İnstitutu)
  • Ülkər Babayeva (Azərbaycan Respublikasının Təhsil İnstitutu)
  • İntiqam Cəbrayılov (Azərbaycan Respublikasının Təhsil İnstitutu)
  • Yalçın İslamzadə (Oxbridge Academy)
  • Müseyib İlyasov (Azərbaycan Dövlət Pedaqoji Universiteti)
  • Gülməmməd Məmmədov (ADA Universiteti)
  • Rza Məmmədov (Naxçıvan Dövlət Universiteti)
  • Ülviyyə Mikayılova (ADA Universiteti)
  • Anar Mustafazadə (Bakı Dövlət Universiteti)
  • Elza Səmədli (Xəzər Universiteti)
  • Qalib Şərifov (Azərbaycan Dövlət Pedaqoji Universiteti)

Beynəlxalq redaksiya Şurasının üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Prof.Dr. Aziz Sancar
  • Prof.Dr. Taylor Amanda
  • Prof.Dr. Anna Kirvalidze
  • Prof.Dr. Cəfər Cəfərov
  • Prof.Dr. Cihangir Doğan
  • Prof.Dr. Ənvər Abbasov
  • Prof.Dr. Fərrux Rüstəmov
  • Prof.Dr. Hikmət Əlizadə
  • Prof.Dr. Hüseyn Əhmədov
  • Prof.Dr. İlham Əhmədov
  • Prof. Dr. İlham Məmmədzadə
  • Prof.Dr. İrfan Erdoğan
  • Prof.Dr. İsa Həbibbəyli
  • Dr.Mahmut Çitil
  • Prof.Dr. Mauro Mocerino
  • Dr.Məhəbbət Vəliyeva
  • Prof.Dr. Məsud Əfəndiyev
  • Prof.Dr.Natalya Shevchenko
  • Prof.Dr. Səlahəddin Xəlilov
  • Prof.Dr. Tatiana Ryabova
  • Prof.Dr.Tatiana Vasilenko
  • Prof.Dr. Vaqif Deyruşeviç Bayramov
  • Prof.Valeriy Kiriçuk
  • Prof.Yuriy Zinçenko

Beynəlxalq elmi indekslərdə

[redaktə | mənbəni redaktə et]

2018-ci ildən Təhsil Nazirliyinin tövsiyəsi ilə jurnalda məqalələrin işlənməsi və qəbulu, tərtibat və dizayn sahəsində yeni standartlar tətbiq olunur. Jurnal beynəlxalq nüfuzlu elmi indekslərdə indekslənir və öz ənənələrinə sadiq qalaraq fundamental elmi istiqaməti, innovativlik təmayülünü əsas götürür. Hazırda ResearchGate, Index Copernicus, Google Scholar, Academia.edu, DOAJ, Indeks Copernicus International, Idealonline, Calameo, J-Gate, DRJİ indekslərinə sahib olan jurnalın yaxın gələcək üçün hədəfi nüfuzlu elmi bazaların - SCOPUS, Web of Science-in istinad bazasına, həmçinin pedaqogika sahəsində nüfuzlu elmi məqalələrin bazası sayılan “Social Science Citation”ın siyahısına düşməkdir. Buna nail olmaq üçün ən mühümü vəzifə , Azərbaycanda və dünyada tanınan alimlərin, zəngin pedaqoji təcrübəyə malik olan müəllimlərin beynəlxalq standartlara cavab verən elmi məqalələrinin çapına nail olmaqdır.

  1. 2011-ci ildən Bakı Slavyan Universitetində nəşr oluunmağa başladı | https://bsu-uni.edu.az/ru/journals/1/ Arxivləşdirilib 2019-04-08 at the Wayback Machine
  2. Азәрбајҹан мәктәби // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 161.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]