Rusiya inqilabı
Rusiya inqilabı | |
---|---|
Tarix | 8 mart 1917 -16 iyun 1923 |
Yeri | keçmiş Rusiya İmperiyası |
İştirakçılar | Rusiya cəmiyyəti, Sosialist İnqilabçılar Partiyası, Bolşeviklər, Menşeviklər |
Nəticəsi |
Fevral inqilabı:
Oktyabr inqilabı:
Vətəndaş müharibəsi:
|
Vikianbarda əlaqəli mediafayllar |
İnqilab |
---|
Kateqoriya |
Rusiya inqilabı – Rusiya İmperiyası ərazisi boyunca 1917-ci ildə monarxiya dövlət idarəetməsinin ləğv edilməsiylə başlayıb, vətəndaş müharibəsinin sonu və Ukrayna, Azərbaycan və başqa milli dövlətlər daxil olmaqla, bolşevik Sovet İttifaqının qurulmasından sonra 1923-cü ildə sonlanan siyasi və sosial inqilab dövrü.
O, Birinci Dünya müharibəsi dövründə, Rusiyanın o dönəmki paytaxtı olan Petroqrad (indiki Sankt-Peterburq) ətrafında və içində cəmlənən Fevral inqilabı ilə başlamışdır. İnqilab Rusiya Ordusunu qiyama hazır hala gətirməkdə əsas payı olan Birinci Dünya müharibəsi ərzində böyük hərbi itkilər kontekstində özünü göstərmişdi. Rusiya parlamentinin, yəni Dumanın üzvləri xaos içərisində Rusiya müvəqqəti hökumətini quraraq ölkənin nəzarəti barədə düşündülər. Bu fikir yüksək əsilzadə zümrəsi və böyük kapitalistlərin maraqları ilə də üst-üstə düşürdü. Ordu idarəçiliyi inqilabı basdırmaq üçün əllərində vasitənin olmadığını hiss etdi və İmperator II Nikolay öz taxtından imtina etdi. İcma təşəbbüsləri hərəkatı cəmiyyəti məclisləri Sovetləri elan etdilər. Əsasən əskərlər və şəhər sənaye işçi sinfindən təşkil olunan bu sovetlər ilk başda müvəqqəti hökumətin idarəsinə icazə versə də, hökumətə təsir etmək üçün müstəsna hüquq və müxtəlif hərbi qruplaşmalara nəzarət etmə barədə israr etdi.
Bu, ikili idarəetmə mərhələsini ortaya çıxarır: Müvəqqəti hökumət dövlət gücünü əlində saxlayarkən, sosialistlərin rəhbərliyi altındakı sovetlərin milli şəbəkəsi aşağı və getdikçə artaraq sol yönümlü orta şəhər sinfi üzərində böyük idarə gücünə sahib idi. Bu xaotik dönəm müddətində tez-tez qiyamlar, etirazlar və tətillər qeydə alınır. Aralarında Vladimir Leninin rəhbərliyindəki bolşeviklərin də olduğu çoxu sosialist siyasi təşkilat gündəlik çətinliklərlə mübarizə aparır və mərkəz, Sovetlər və Duma uğrunda yarışırdı. Kəndlilərə torpaq paylayan və şəhər işçilərini çörəklə təmin edən Lenin Rusiyanın müharibədəki iştirakını dərhal sonlandırma siyasəti apardı. Müvəqqəti hökumət Almaniya ilə müharibəni davam etdirmək fikrini seçsə də, bolşeviklər və digər sosisalist fraksiyalar daha sonrakı inqilabın tərəqqisinə bəraət qazandırmaq üçün müharibəyə olan bəşəri nifrətdən önəmli dərəcədə istifadə etdilər. Bolşeviklər böyük nəzarət üçün istifadə etdikləri və idarələri altında olan işçi milislərini Qırmızı Qvardiyaya (daha sonra Qızıl Ordu) çevirdi.
Vəziyyət Bolşevik idarəçiliyindəki, Petroqrad işçi və əskərləri tərəfindən reallaşan və Müvəqqəti hökuməti müvəfəqqiyyətlə devirib, onun bütün səlahiyyətlərini Sovetlərə ötürən 1917-ci ildəki Oktyabr inqilabı ilə kulminasiya nöqtəsinə çatdı. Onlar qısa zaman ərzində dövlətin paytaxtını Moskvaya köçürdülər. Bolşeviklər sovetlər içərisindəki güclü dəstək bazalarını mühafizə etdi və ali idarəetmə partiyası kimi, keçmiş imperiyanı dünyanın ilk sosialist dövlətinə çevirmək üçün yenidən təşkilatlanmaq və Sovet demokratiyasını ölkə və beynəlxalq səviyyədə tətbiq etmək məqsədilə federal hökuməti təsis etdi. Onların Rusiyanın Birinci Dünya müharibəsindəki iştirakını sonlandırma sözü bolşevik liderlərin 1918-ci ilin martında Almaniya ilə Brest-Litovsk sülh müqaviləsini imzalamasıyla tamamlanmış oldu. Daha sonra yeni dövləti qorumaq üçün bolşeviklər xalqın düşmənləri olaraq qəbul edilənləri cazalandırmaq, edam etmək və təmizləmək üçün inqilabi mühafizə xidməti kimi fəaliyyət göstərən, gizli polis Çekanı qurdu. Buradakı kampaniyalarda Böyük Fransa inqilabındakılar bilərəkdən örnək alınmışdı.
Az sonra müharibə Qırmızılar (Bolşeviklər), Ağlar (əks inqilabi qüvvələr), müstəqillik hərəkatçıları və Bolşeviklərə qarşı olan digər sosialist fraksiyalar arasında tüğyan etdi. Bolşeviklərin həm Ağları həm də digər bütün rəqiblərini məğlub etdiyi müharibə bir neçə il davam etdi. Qalib gələn sosialistlər özlərini Kommunist Partiyası kimi yenidən təşkil etdilər. Onlar, həmçinin yeni müstəqil olan Gürcüstan, Gürcüstan, Belorusiya, Azərbaycan və Ermənistan kimi respublikalarda da Sovet hakimiyyətini bərqərar etdilər. Onlar bu yurisdiksiyaları 1922-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində birləşməyə gətirdilər. Moskva və Petroqradda mühüm tarixi hadisələr cərəyan edərkən, ölkə ərazisi boyunca şəhərlərdə, imperiya ərazisindəki milli azlıqlar arasında və kəndlilərin ələ keçirərək torpaqları yenidən bölüşdürdüyün kənd ərazilərində də böyük dəyişikliklər yaşanırdı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ascher, Abraham, ed. The Mensheviks in the Russian Revolution (Ithaca, 1976).
- Browder, Robert Paul and Alexander F. Kerensky, eds., The Russian Provisional Government, 1917: Documents. 3 volumes (Stanford, 1961).
- Bunyan, James and H. H. Fisher, eds. The Bolshevik Revolution, 1917–1918: Documents and Materials (Stanford, 1961; first ed. 1934).
- Daly, Jonathan and Leonid Trofimov, eds. "Russia in War and Revolution, 1914–1922: A Documentary History." (Indianapolis and Cambridge, MA: Hackett Publishing Company, 2009). ISBN 978-0-87220-987-9. Includes private letters, press editorials, government decrees, diaries, philosophical tracts, belles-lettres, and memoirs; 416pp.
- Golder, Frank Alfred. Documents Of Russian History 1914–1917 (1927), 680pp online
- Miller, Martin A., ed. Russian Revolution: The Essential Readings (2001) 304pp
- Steinberg, Mark D. Voices of Revolution, 1917. In the series "Annals of Communism," Yale University Press, 2001. 404pp On-line publication of these texts in the Russian original: Golosa revoliutsii, 1917 g. (Yale University Press, 2002)
- Zeman, Z. A. B. ed. Germany and the Revolution in Russia, 1915–1918: Documents from the Archives of the German Foreign Ministry (1958) in Questia