Trianon sülh müqaviləsi
Trianon sülh müqaviləsi - I dünya müharibəsinin yekunlarına dair Paris Sülh Konfransının gedişində Antanta ölkələri ilə Macarıstan arasında imzalanmış sülh müqaviləsi.
Haqqında
[redaktə | mənbəni redaktə et]1920-ci il 4 iyunda Macarıstanla Antanta arasında Parisin Trianon sarayında sülh müqaviləsi imzalandı. Müqaviləyə görə Macarıstandan slavyan malikanələri alındı. Macarıstan Çexoslovakiyanın müstəqilliyini tanıyır, Slovakiya və Zakarpat Ukraynasını ona, Serb-Xorvat-Sloven krallığının müstəqilliyini tanımaqla Xorvatiya, Baçka və Banatın qərb hissəsini isə ona verirdi. Həmçinin Macarıstan Rumıniyaya Transilvaniya və Banatın şərq hissəsini, Avstriyaya Burqenland əyalətini verirdi. Macarıstan özünün Dunaydakı bütün donanmasından məhrum edilirdi. O ancaq 35 min nəfərlik muzdlu qoşun saxlaya bilərdi. Macarıstan ərazisi belə parçalandığına görə İkinci Dünya müharibəsinə qədər onu “kəsilmiş dövlət” də adlandırırdılar.
Hazırlıq
[redaktə | mənbəni redaktə et]Müttəfiq Dövlətlərin müharibədən sonra Macarıstana sülh müqaviləsinin şərtlərini göndərməsi çox gecikmişdi. Bunun səbəbi əvvəllər Macarıstanda Bela Kun rəhbərliyində kommunist rejimin mövcud olması və sonralar daha mülayim olan iqtidarların gəlməsinə baxmayaraq Rumıniyanın Budapeşt şəhərini işğal altında saxladığı müddət ərzində (Avqust - Noyabr 1919) mövcud olmuş siyasi qarışıqlıq idi. Sonda müttəfiqlər yeni bir hökuməti tanıdılar və 16 yanvar 1920-ci ildə müqavilənin ilkin şərtlərini Macar hökumətinin nümayəndələrinə təqdim etdilər.[1]
Müqavilənin şərtləri
[redaktə | mənbəni redaktə et]Torpaq itkisi
[redaktə | mənbəni redaktə et]Bu müqavilə ilə Macarıstan əhalisinin və ərazisinin 3/2 hissəsini itirdi.[1]. Bu müqavilənin şərtlərinə görə 2 milyona yaxın Macar, ölkə sərhədlərindən kənarda qaldı.
- Slovakiyaya, Ruthenianın Karpat Dağları altında qalan hissəsi (bu gün Zakarpatskaya adı ilə Ukraynanın bir bölgəsi), Pressburg (Bratislava) və bəzi xırda yerlər isə Çexoslovakiyaya verildi.
- Qərbi Macarıstan (Sopron istisna olmaqla Burgenlandın çox hissəsi) Avstriyaya verildi.
- Xorvatiya (Medimurje daxil olmaqla), Sloveniya (Prekomurje daxil olmaqla), Voyevodina və Banatın bir hissəsi Serb-Xorvat-Sloven Krallığına verildi.
- Banatın böyük bir hissəsi və Transilvaniya bölgəsi Rumıniyaya verildi.
- Fiume İtaliyaya verildi.
- Slovakiyanın şimalında yerləşən bir neçə kənd Polşaya verildi.
Digər şərtlər
[redaktə | mənbəni redaktə et]- Millətlər Cəmiyyətinin şərtləri, müqaviləyə daxil edildi.[1]
- Macarıstan ordusunun sayı, 35 min əsgər ilə məhdudlaşdırıldı. Yüngül silahlar ilə silahlanmış olan bu ordu yalnız daxili təhlükəsizlik və sərhəd mühafizəsi ilə məşğul olmalıydı.[1]
- Macarıstanın verəcəyi ağır müharibə təzminatları müharibədən sonra müəyyənləşdiriləcəkdi.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]S.Mustafayeva. Avropa və Amerika ölkələrinin ən yeni tarixi. I hissə. Bakı,2010