Benqt Holmström

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Benqt Holmström
isv. Bengt Robert Holmström
Doğum adı Bengt Robert Holmström
Doğum tarixi (75 yaş)
Doğum yeri Helsinki, Finlandiya Finlandiya
Vətəndaşlığı Finlandiya Finlandiya
Milliyyəti fin
Uşağı 1[1]
Elm sahəsi İqtisadiyyat
Elmi dərəcələri
İş yerləri Helsinki Universiteti
Stenford Universiteti
Şimal-Qərb Universiteti
Yel Universiteti
Massaçusets Texnologiya İnstitutu
Təhsili Helsinki Universiteti
Elmi rəhbəri Robert R.Vilson
Tanınmış yetirməsi Conatan Levin[2]
Tanınır Müqavilə nəzəriyyəsi
Üzvlüyü
Mükafatları Nobel mükafatı 2016 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Benqt Holmström (18 aprel 1949[4][5][…], Helsinki) — fin iqtisadçı. 2016-cı ildə Müqavilə nəzəriyyəsi ilə bağlı olan tədqiqatlarına görə Oliver Hartla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[6][7]

Təhsil və karyerası

[redaktə | mənbəni redaktə et]

Benqt Holmström Helsinki Universitetinin Riyaziyyat və Dəqiq elmlər fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. Daha sonra Stenford Universitetində Əməliyyat tədqiqatları sahəsində magistr, 1978-ci ildə isə menecment sahəsi üzrə isə Robert R.Vilsonun elmi rəhbərliyində doktor elmi dərəcəsini almışdır.[8]

1979–1982-ci illərdə Şimal-Qərb Universitetinin İdarə elmləri fakültəsində dosent olaraq işləmişdir. 1983–1994-cü illərdə Yel Universitetinin İdarə elmləri fakültəsində professor olaraq dərs keçmişdir. 1994-cü ildə Massaçusets Texnologiya İnstitutunda işləməyə başladı və 2003–2006-cı illər ərzində institutun İqtisadiyyat şöbəsinin rəhbəri oldu.[8] Bundan başqa, 1999–2012-ci illərdə Nokianın idarə heyərinin üzvü olmuşdur.[9][10]

Benqt Holmström Əsl faktor nəzəriyyəsi ilə bağlı apardığı tədqiqatları ilə tanındı. Xüsusilə təşkilati idarələr içindəki maliyyə böhranlarında likvidlik problemləri üçün müraciət olunan təşviq edici Müqavilə nəzəriyyəsi ilə bağlı tədqiqatlar apardı.[8]

Benqt Holmström Amerikan İncəsənət və Elmlər Akademiyasının, Ekonometriya Cəmiyyətinin, Amerika Maliyyə Assososasiyasının, İsveç Kral Elmlər AkademiyasınınFinlandiya Ədəbiyyat və Elmlər Akademiyasının üzvüdür.

İqtisadiyyat üzrə Nobel mükafatı

[redaktə | mənbəni redaktə et]

10 oktyabr 2016-cı ildə İsveç Kral Elmlər Akademiyası tərəfindən Oliver Hartla birlikdə Benqt Holmströma Müqavilə nəzəriyyəsi ilə bağlı apardıqları tədqiqata görə İqtisadiyyat üzrə Nobel mükafatı verilmişdir.[11]

Komitə tərəfindən verilən izahatda "Çağdaş iqtisadiyyatlar, saysız-hesabsız müqavilə ilə bir yerdə tutulur. Benqt Holmström və Oliver Hartın təkmilləşdirdiyi nəzəri struktur, real həyat müqavilələri və nəzəriyyə ilə yanaşı müqavilə quruluşunun mümkün təhlükələrini də başa düşməyimiz baxımından önəmlidir. Benqt Holmström və Oliver Hart 1970-ci illərdə Müqavilə nəzəriyyəsini məhsuldar sahə olaraq meydana çıxardı. Sonrakı illərdə onlar bu nəzəriyyənin tətbiqi yollarını da tədqiq etdilər. Ən uyğun müqavilə nizamlamaları ilə bağlı olan analizləri də bir çox sahədə siyasət formalaşdırmağın intellektual əsaslarını formalaşdırdı" düşüncəsi öz əksini tapmışdır.[12]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 http://economics.mit.edu/faculty/bengt/cv.
  2. Levin, Jonathan David (1999). Relational contracts, incentives and information Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine (Ph.D.). MIT.
  3. 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
  4. Duignan B. Bengt Holmstrom // Encyclopædia Britannica (ing.).
  5. Bengt Holmström // Brockhauz Ensiklopediyası (alm.).
  6. "Bengt Holmström — Facts". 2018-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.
  7. Appelbaum, Binyamin (October 10, 2016). "Oliver Hart and Bengt Holmstrom Win Nobel in Economics for Work on Contracts" Arxivləşdirilib 2022-04-24 at the Wayback Machine. New York Times.
  8. 1 2 3 "Short Biography of Bengt Holmstrom" Arxivləşdirilib 2016-10-15 at the Wayback Machine.
  9. Mat Smith. "Nokia plans board of directors refresh, chairman to step down" Arxivləşdirilib 2016-09-16 at the Wayback Machine. engadget.com.
  10. Tara John (10 Ekim 2016). "4 Things to Know About the Nobel Economics Winners Oliver Hart and Bengt Holmström" Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine. Time.
  11. Binyamin Appelbaum. "Oliver Hart and Bengt Holmstrom Win Nobel in Economics for Work on Contracts" Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine. The New York Times.
  12. "About the Prize in Economic Sciences 2016" Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine. Nobelprize.org.