Corc Stiqler

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Corc Stiqler
ing. George Joseph Stigler
Doğum tarixi 17 yanvar 1911(1911-01-17)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1 dekabr 1991(1991-12-01)[1][3][…] (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Elm sahəsi iqtisadiyyat
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları İqtisadiyyat üzrə Nobel mükafatı
ABŞ Milli Elmlər medalı

Corc Stiqler (ing. George Joseph Stigler) (17 yanvar 1911[1][2][…], Sietl, Vaşinqton1 dekabr 1991[1][3][…], Çikaqo) — amerikalı iqtisadçı. 1982-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Corc Stiqler ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində anadan olub. Corc Stiqler ali təhsil almağa Vaşinqton Universitetində başlamış, sonra isə Şimal-Qərb Universitetində təhsilini davam etdirmişdir. 1939-cu ildə Çikaqo Universitetində Frenk Naytın elmi rəhbərliyində doktorluq dərəcəsinə yüksəlmişdir.

Corc Stiqler II Dünya müharibəsi illərində Kolumbiya Universitetində gizli atom bombası istehsalı layihəsi olan Manhetten layihəsi üçün riyazi və statistik tədqiqatlar aparmışdır. Sonra 1947–1958-ci illərdə Kolumbiya Universitetinin iqtisadiyyat bölməsində müəllim işləmişdir. Corc Stiqler Çikaqo məktəbinin klassik liberalizm və azad bazar prinsiplərini qəbul edib yaymış, bu məqsədlə qurulan və hələ də böyük nüfuzu olan Mount Pelerin Cəmiyyətinin qurucu üzvü olmuşdur. Corc Stiqler 1991-ci ildə vəfat etmişdir.

Corc Stiqler Tənzimləyici qəsb etmə nəzəriyyəsinin qurucusu və təkmilləşdirəni olaraq məşhurlaşmışdır. Tənzimləyici qəsb etmə metodu çox diqqət çəkicidir. Bu yanaşmaya görə özəl sektor şirkətləri, maraqlanan qurumlar və digər siyasətə qarışan özəl qruplar dövlət və hökumətin tənzimləyici, istiqamətləndirici və məcbur edici güclərini öz mənfəətlərini qorumaq üçün qəsb edərək istifadə etməlidirlər. Bu nəzəriyyə iqtisadiyyatda Toplum seçimi sahəsində önəmli yer tutur. Bundan başqa Corc Stiqler iqtisadi təlimlər tarixi ilə bağlı tədqiqatlar aparmışdır. 1952-ci ildə yazdığı Əmək bazarında informasiya məqaləsi iş axtarmaq müddətində işsizlik anlayışını meydana gətirmişdir.

  • 1938 — Sosial rifah və diferensial qiymətlər, İqtisadi siyasət jurnalı.
  • 1939 — Qısa müddətdə istehsal və çatdırılma, İqtisadi siyasət jurnalı.
  • 1940 — Duapoliya nəzəriyyəsi ilə bağlı qeydlər, İqtisadi siyasət jurnalı.
  • 1941 — İstehsal və çatdırılma nəzəriyyəsi: formativ müddət.
  • 1946 — İqtisadiyyatda minimum əmək haqqı qanunvericiliyi, Amerikan iqtisadi icmalı.
  • 1946 — Qiymət nəzəriyyəsi.
  • 1950 — İqtisadi problemlərlə bağlı beş mühazirə.
  • 1965 — İqtisadiyyat tarixi essesi.
  • 1969 — Sənaye təşkilatı.
  • 1975 — Vətəndaş və dövlət: tənzimləmə haqqında esse.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 George J. Stigler // Solomon Quqqenhaym muzeyi. 1937.
  2. 1 2 George Joseph Stigler // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 George Joseph Stigler // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  4. 1 2 https://www.nobelprize.org/prizes/economic-sciences/1982/stigler/biographical/.
  5. 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.