Bilbilək
Bilbilək | |
---|---|
39°41′40″ şm. e. 46°56′47″ ş. u.HGYO | |
Ölkə | |
Region | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Bilbilək — Azərbaycan Respublikasının Xocavənd rayonunun ərazisində keşmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocavənd rayonunun[1] Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsinin tərkibinə daxil olunur[2][3][4]. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir[5][6].
Tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycan SSR-nin 1 yanvar 1961-ci[2] və 1 oktyabr 1963-cü[3] illər üçün tərtib olunmuş inzibati ərazi bölgülərində o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun Sxtoraşen kənd Sovetinin tərkibində Sxtoraşen (indiki Şıx Dursun[7]), Mavas, Bilbilək kəndləri göstərilir. Hər iki halda Martuni rayonunun tərkibindəki Qırmızı Bazar qəsəbə Sovetinin tərkibində Qırmızı Bazardan başqa yaşayış məntəqəsi göstərilmir[2][3].
Azərbaycan SSR-nin 10 iyul 1968-ci[4] və 1 yanvar 1977-ci[8] illər üçün tərtib olunmuş inzibati ərazi bölgülərində rayonun tərkibində Sxtoraşen kənd Soveti artıq göstərilmir, həmçinin Bilbilək kəndi də göstərilmir, amma Sıxtoraşen və Mavas kəndləri isə artıq Qırmızı Bazar qəsəbə Sovetinin tərkibində göstərilirlər.
Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Martuni rayonunun Xocavənd rayonu adlandırılması, Hadrut rayonunun ləğvi, ləğv edilmiş Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilməsi qərara alındı[1]. Bununla, vaxtılə mövcud olmuş Bilbilək kəndinin ərazisi hal hazırda Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur, amma hal hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında Bilbilək adında kənd qeyd olunmur[5][6].
Birinci Qarabağ müharibəsinin nəticəsində keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İkinci Qarabağ müharibəsinin və 2023-cü il sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində keçmiş kəndin ərazisi Azərbaycanın nəzarətinə qayıtmışdır[9].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası (az.). 26 noyabr 1991-ci il. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
- ↑ 1 2 3 AZƏRBAYCAN SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ. Bakı: AZƏRNƏŞR. 1961. 172–173.
- ↑ 1 2 3 Азербайджанская ССР АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОЕ ДЕЛЕНИЕ (2). Баку: Азернешр. 1964. 151–152.
- ↑ 1 2 AZƏRBAYCAN SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ (3). Bakı: Azərnəşr. 1968. 113.
- ↑ 1 2 "İnzibati ərazi bölgüsü təsnifatı, 2024". www.azstat.org (az.). 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
- ↑ 1 2 İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2024 (PDF). BAKI: AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. Təsnifat T.Y.Budaqovun rəhbərliyi ilə Y.X.Yusifov, V.H.Məmmədəlizadə, L.H.Salamzadə və F.E.Qocayev tərəfindən işlənib hazırlanmışdır. 2024. 59–60.
- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası (az.). 29 dekabr 1992-ci il. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-15.
- ↑ Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (4). Bakı: Azərnəşr. 1979. 115.
- ↑ "Азербайджан вернул себе Карабах. Поставлена ли точка в конфликте?". BBC News Русская служба (rus). 2023-10-16. 2023-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27.
Xocavənd rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |