Güneyxırman
Güneyxırman | |
---|---|
39°44′52″ şm. e. 47°02′02″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Güneyxırman (əvvəlki adı: Günəyqaler) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Günəyqaler kəndi Güneyxırman kəndi adlandırılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Güneyxırman kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kəndi Güneyçartar kəndindən çıxmış ailələr keçmış əkin yerində salmışlar. Gəlmə ermənilər kəndin adını Guneyqaler (qaler erm. "xırman" deməkdir) kimi rəsmiləşdirmışdilər. 1992-ci ildən kəndin keçmiş adı özünə qaytarılmışdır. Oykonim güney (gün tutan yer) və xırman (taxıl zəmisi, taxıl döyülən yer) komponentlərindən düzəlib, "güneydəki, cənubdakı xırman" mənasındadır.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | XXXX | XXXX | XXXX |
2009[5] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
[redaktə | mənbəni redaktə et]Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
[redaktə | mənbəni redaktə et]Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
[redaktə | mənbəni redaktə et]Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 58" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- ↑ Güneyxırman // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.