Bit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçin Axtarışa keçin
Baytlarla ölçmə
Onluq İkilik
Adı Simvol Dərəcə Adı Simvol Dərəcə
 
bayt B 100 bayt B bayt 20
kilobayt kB 103 kibibayt KiB Kbayt 210
meqabayt MB 106 mebibayt MiB Mbayt 220
giqabayt GB 109 gibibayt GiB Gbayt 230
terabayt TB 1012 tebibayt TiB TBayt 240
petabayt PB 1015 pebibayt PiB Pbayt 250
ekzabayt EB 1018 eksbibayt EiB Ebayt 260
zettabayt ZB 1021 zebibayt ZiB Ebayt 270
yottabayt YB 1024 yobibayt YiB Ybayt 280

Bit (ing. binary digit) — minimal informasiya vahidi olub, iki mümkün məntiqi qiymətdən birini ifadə edir. Bu qiymətləri adətən "0" və "1" (ikilik kod) kimi işarə edirlər.

Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir.

Bir neçə ikilik ədəddən ibarət sıra bit sətri və ya bit vektoru adlanır. Bir çox kompüter sistemlərində səkkiz bitdən ibarət qrup bayt adlanır, lakin bəzi sistemlərdə bu oktet kimi də adlandırılır. Bir baytın yarısı (dörd bit) nibbl adlanır.

Fiziki ifadəsi[redaktə | mənbəni redaktə et]

Bir bit informasiya istənilən iki müxtəlif vəziyyəti olan rəqəmsal qurğu və ya digər fiziki sistem tərəfindən saxlanıla bilər. Bunlar triggerlərin iki stabil vəziyyəti, elektrik açarı, dövrənin iki müxtəlif cərəyan şiddəti və gərginlik səviyyələri, maqnitləşmə və polyarizasiyanın iki istiqaməti və s. olar bilər.

Bitlər müxtəlif formalarda ifadə oluna bilər. Müasir hesablama qurğularında, bit adətən gərginliyin səviyyəsi və ya dövrədə triggerin vəziyyəti ilə təyin olunur.

Vahidlər[redaktə | mənbəni redaktə et]

Bit Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən IEC 60027 standartında təyin olunub. Bu standarta əsasən, bit ölçü vahidinin simvolu "bit" kimi işarə olunur. Uyğun olaraq 1 kilobit (kbit) = 103 bit, 1 kibibit (kibit) = 210 bit kimi təyin olunub.

Kompüterdə əsas informasiya vahidi bayt, minimal informasiya vahidi isə bitdir.