Fin-uqor xalqları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fin-uqor xalqları
Fin-uqor dilli xalqların yaşadığı ərazilər
Ümumi sayı
~26,505,000
Yaşadığı ərazilər
 Macarıstan 9,982,000
 Finlandiya 5,500,000
 Rusiya 2,322,000
 ABŞ 2,288,100
 Rumıniya 1,227,623
 Estoniya 936,000
 Slovakiya 520,500
 İsveç 507,600
 Kanada ~450,000
 Serbiya 253,899
 Ukrayna 156,600
 Norveç 60,000–100,000
Dili

Fin-uqor dilləri

Dini

Xristianlıq, şamanizmanimizm

Qohum xalqlar

Somoedlər


Fin-uqor xalqları - Baltik regionu, Şimali AsiyaOrtadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi.

Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, FinlandiyaEstoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır.

RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşaerzyanlar - Mordoviya). Xantılarmansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir.

Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.

Xalq Qrup Ənənəvi dil Dil qrupu Mədəni ərazi[1] Sayı Ən vacib ərazi Digər ənənəvi ərazilər Subqruplar
Xantılar Ob xalqları Xantı dili böyük ehtimalla Uqor Arktika mədəniyyət ərazisi 31,000[2] Xantı-Mansi Yamalo-Nenets
Mansilər Ob xalqları Mansi dili böyük ehtimalla Uqor Arktika mədəniyyət ərazisi 12,000[2] Xantı-Mansi
Macarlar (Magyar) Macar dili böyük ehtimalla Uqor Dunay mədəniyyət ərazisi 13,000,000–14,000,000 Macarıstan Rumıniya, Slovakiya, Serbiya, Ukrayna Sekellər, Çanqoşlar, Yaslar
Komilər Permyanlar Komi dili Perm dilləri Arktika mədəniyyət ərazisi 323,000[2] Komi Respublikası Perm diyarı Komi-permyaklar
Udmurtlar Permyanlar Udmurt dili Perm dilləri Volqa mədəniyyət sahəsi 552,000[2] Udmurtiya Besermyanlar
Marilər Volqa finləri Mari dili Volqa mədəniyyət sahəsi 548,000[2] Mari El Başqırdıstan Çəmənlik mariləri, Təpə mariləri, Şərqi marilər
Mordvalar Volqa finləri Erzyanmokşa dilləri Mordva dilləri Volqa mədəniyyət sahəsi 744,000[2] Mordoviya Samara vilayəti, Penza vilayəti, Ulyanovsk vilayəti, Orenburq vilayəti Erzyanlar, Mokşalar
Finlər Baltik finləri Fin dili Fin dilləri Baltik dənizi mədəniyyət sahəsi 6,200,000–7,000,000 Finlandiya Leninqrad vilayəti, Kareliya Respublikası, İsveç, Norveç Tornedallar, Meşə finləri, Kvenlər, İngermanlandlılar, Tavastlar, Ostrobotniyalılar, Savakotlar, Gerçək finlər
Karellər Baltik finləri Karel dili Fin dilləri Baltik dənizi mədəniyyət sahəsi 61,000 Kareliya Respublikası Tver vilayəti, Murmansk vilayəti, Leninqrad vilayəti Karellər (gerçək), Olonets karelləri, Lud karelləri
Vepslər Baltik finləri Veps dili Fin dilləri Baltik dənizi mədəniyyət sahəsi 5,900[2] Kareliya Respublikası Leninqrad vilayəti, Voloqda vilayəti
İjorlar Baltik finləri İnqriya dili Fin dilləri Baltik dənizi mədəniyyət sahəsi 300[2] Leninqrad vilayəti
Votlar Baltik finləri Vot dili Fin dilləri Baltik dənizi mədəniyyət sahəsi 60[2] Leninqrad vilayəti
Estonlar Baltik finləri Eston dili Fin dilləri Baltik dənizi mədəniyyət sahəsi 1,100,000 Estoniya Latviya, Leninqrad vilayəti, Pskov vilayəti Setolar, Vırular
Livonlar Baltik finləri Livon dili Fin dilləri Baltik dənizi mədəniyyət sahəsi 180 Latviya
Saamilər Saamilər Saami dilləri Arktika mədəniyyət ərazisi 80,000 Norveç İsveç, Finlandiya, Murmansk vilayəti İnari saamiləri, Skoltlar
  1. Korhonen, Mikko: Uralin tällä ja tuolla puolen. In the book Laakso, Johanna (edit.): Uralilaiset kansat, p. 23.
  2. 1 2 3 4 5 6 7 8 9 Demoskop Weekly No 543-544 Arxiv surəti 12 oktyabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 12, 2013, at the Wayback Machine
  • Mile Nedeljković, Leksikon naroda sveta, Beograd, 2001.
  • People of Volga and Uralic regions. Komi-Zyrians. Komi-Permyaks. Mari. Mordvins. Udmurts. Moscow, 2000. (rus. Народы Поволжья и Приуралья. Коми-зыряне. Коми-пермяки. Марийцы. Мордва. Удмурты. М., 2000.)
  • Petrukhin, Vladimir. Myths of Finno-Ugric Peoples. Moscow, 2005. 463 p. (rus. Петрухин В. Я. Мифы финно-угров. М., 2005. 463 с.)
  • World Outlook of Finno-Ugric People. Moscow, 1990. (rus. Мировоззрение финно-угорских народов. М., 1990.)
  • "Early contacts (4000 BC – 1000AD) between Indo-European and Uralic speakers". Riho Grünthal, Volker Heyd, Mika Lavento, Johanna Nichols & Janne Saarikivi with the help of Satu Keinänen. Editing and layout by Bianca Preda. University of Helsinki.